Məhkəmə qərarları › İş №2(022)-224/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-224/2024

20.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-224/2024 20.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İlkin iddia üzrə İddiaçı İlkin iddia üzrə cavabdeh X2 və nümayəndəsi Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılması və sərhəd mərzlərinin bərpa edilməsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılması və sərhəd mərzlərinin bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən **********56, **********23, **********75 saylı Çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmaqla sərhəd mərzlərinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı mülkiyyətində olan reyster nömrəsi **********17 olan Çıxarışa əsasən 0,0763 hektar torpaq sahəsindən çıxarılması və sərhəd mərzinin bərpa olunnmasına dair qətnamə çıxarəlmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Biləsuvar rayonu Çaylı kəndində yerləşən 3,25 hektar, 1,3101 ha, 0,8573 ha olan torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Buna dair DƏDRX-dən çıxarışı və torpaq sahəsinin plan və ölçüsü sənədi də vardır. Son illər cavabdeh mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsini zəbt etməklə əkibbecərir. Onunla mübahisəni məhkəmədən kənar həll edə bilməmişdir. Dəfələrlə cavabdehdən mülkiyətində olan torpaq sahəsindən çıxmasını tələb etsə də, bundan imtina etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasına və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Qarşılıqlı iddiaçı X4 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Biləsuvar rayonunun Çaylı kəndində yaşayır. Biləsuvar rayonu Çaylı kəndi ərazisində DƏDRX-nin reyster nömrəsi **********17 olan Çıxarışa əsasən, müdlkiyyətində 2,625 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Göstərdiyi kimi adı çəkilən torpaq sahəsi Dövlət qeydiyyatından keçməklə rəsmi Çıxarışı da vardır. Hazırda cavabdeh İddiaçı ona qarşı torpaq sahəsindən çıxarma tələbinə dair iddia qaldırmışdır. İş üzrə eksperiza təyin edilmişdir. Ekspert rəyi ilə tanış olan zaman müəyyən edilmişdir ki, İddiaçı onun mülkiyyətində olan 2,625 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0763 hektar hissəsini zəbt etmişdir. Sonda cavabdeh iddia tələbinin əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. X2 nümayəndəsi Vəkil X4 ilə eyni məzmunda ifadə verərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işin faktiki hallarını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarışdan görünür ki, İddiaçı Biləsuvar rayonu Çaylı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 0.8573 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarışdan görünür ki, İddiaçı Biləsuvar rayonu Çaylı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 3.25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarışdan görünür ki, İddiaçı Biləsuvar rayonu Çaylı kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 1.3101 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********17, qeydiyyat nömrəsi **********) Çıxarışdan görünür ki, Biləsuvar rayonu Feoletovka kəndi ərizisində X3 və onun ailə üzvlərinin mülkiyyətinə 2,625 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idrarəsinin xx.xx.2024-cü il tarixli 3-28-3-44/2-4398/2024 saylı mütəxəssis rəyində torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Çaylı kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********75 (254/0,86), **********56 (255/3,25) və **********23 (254A/1.31) reyestr nömrəli Çıxarışlarla İddiaçı müvafiq olaraq mülkiyyətinə verilmiş 0,86 ha, 3,25 ha və 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatlarının müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapdığı, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Çaylı kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********17 (253/2,63) reyestr nömrəli Çıxarışla Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərildiyi, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Çaylı kəndi ərazisində İddiaçı müvafiq olaraq mülkiyyətində olan 0,86 ha, 3,25 ha və 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmədiyinin müəyyən olunduğu, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Çaylı kəndi ərazisində İddiaçı mülkiyyətində olan cəmi 5,42 ha (0,86 ha, 3,25 ha və 1,31 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,1443 (0,2329 ha, 0,5794 ha və 0,3320 ha) hektaradək hissəsinin Cavabdeh faktiki istifadə etdiyi iddia olunan ərazi kimi plana alınmış 2,82 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyətinin müəyyən edildiyi, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0763 hektaradək hissəsinin isə İddiaçı faktiki istifadə kimi plana alınmış 5,77 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmə vəziyyəti müəyyənləşdirilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapdığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7436 saylı ekspert rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4398/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Çaylı kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********75 (254/0,86), **********56 (255/3,25) və **********23 (254A/1,31) reyestr nömrəli Çıxarışlarla İddiaçı müvafiq olaraq mülkiyyətinə verilmiş 0,86 ha, 3,25 ha və 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4398/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Çaylı kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********17 (253/2,63) reyestr nömrəli Çıxarışla Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4398/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Çaylı kəndi ərazisində İddiaçı müvafiq olaraq mülkiyyətində olan 0,86 ha, 3,25 ha və 1,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə sənəd üzrə üstüstə düşmədiyi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Çaylı kəndi ərazisində İddiaçı mülkiyyətində olan cəmi 5,42 ha (0,86 ha, 3,25 ha və 1,31 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,1443 (0,2329 ha, 0,5794 ha və 0,3320 ha) hektaradək hissəsinin Cavabdeh faktiki istifadə etdiyi iddia olunan ərazi kimi plana alınmış 2,82 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0763 hektaradək hissəsinin isə İddiaçı faktiki istifadə kimi plana alınmış 5,77 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar rayonu Çaylı kəndi ərazisində İddiaçı mülkiyyətində olan cəmi 5,42 ha (0,86 ha, 3,25 ha və 1,31 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,1443 (0,2329 ha, 0,5794 ha və 0,3320 ha) hektaradək hissəsi Cavabdeh faktiki istifadə etdiyi iddia olunan ərazi kimi plana alınmış 2,82 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Eyni zamanda Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0763 hektaradək hissəsi isə İddiaçı faktiki istifadə kimi plana alınmış 5,77 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Biləsuvar rayonu Çaylı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 5.42 (0.86 ha, 3.25 ha və 1.31 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,1443 (0,2329 ha, 0,5794 ha və 0, 3320 ha) hektaradək hissəsindən X4, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0763 hektaradək hissəsindən isə İddiaçı çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Biləsuvar rayonu Çaylı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 5.42 (0.86 ha, 3.25 ha və 1.31 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,1443 (0,2329 ha, 0,5794 ha və 0, 3320 ha) hektaradək hissəsindən X4 çıxarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0763 ha hissəsindən İddiaçı çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı və X1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar