Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-225/2024 19.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 Hüseynağa oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseynağa oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseynağa oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseynağa oğlunun onun icarəsində olan Biləsuvar rayonu Ağayn kəndində yerləşən 10.75 ha torpaq sahəsindən zəbt etdikləri 6 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdadiə edərək göstərmişdir ki, Biləsuvar rayonu Ağayn kəndində yerləşən 10.75 ha torpaq sahəsi icarə hüququ əsasında ona verilmişdir. Torpağın təyinatı kənd təsərrüfatı təyinatlı torpaqdır. Həmin torpaq sahəsi xx.xx.2022-ci ildən xx.xx.2037-ci ilə kimi onun icarəsinə verilmişdir. Lakin, əvvəlki icarədarlar olan cavabdehlər onun icarəsində olan həmin torpaq sahəsinin 6 ha hissəsini zəbt etmişlər. Onun hüquqlarının pozulması 2021-ci ilin noyabr ayından etibarən davam etməkdədir. Cavabdehlər ona öz torpağına girməyə və ondan istifadə etməsinə imkan vermirlər.Hazırda həmin şəxslərin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması üçün məhkəmə qətnaməsi qəbul edilməsinə zərurət yaranmışdır.Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseynağa oğlunun onun icarəsində olan ünvan 1ində yerləşən 10.75 ha torpaq sahəsinin zəbt etdikləri 6 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Hüseynağa oğlu izahatında iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçı və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür kiu, Qəfərov X1 rayonu Ağayrı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1,5 ha torpaq sahəsi İddiaçının icarəsinə verilməklə icarə hüququ xx.xx.2022-ci il tarixdə (**********74 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2 ha torpaq sahəsi İddiaçının icarəsinə verilməklə icarə hüququ xx.xx.2022-ci il tarixdə (**********74 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1,5 ha torpaq sahəsi İddiaçının icarəsinə verilməklə icarə hüququ xx.xx.2022-ci il tarixdə (**********74 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2 ha torpaq sahəsi Cavabdeh2 Hüseynağa oğlunun icarəsinə verilməklə icarə hüququ xx.xx.2021-ci il tarixdə (**********74 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən Ağayrı bələdiyyəsinə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3.75 ha torpaq sahəsi Cavabdeh1 icarəsinə verilməklə icarə hüququ xx.xx.2021-ci il tarixdə (**********74 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyə verən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin Məcəllənin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları ilə onlarla bağlanan müqavilələrlə yaranır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinin tələbinə görə torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. İş üzrə təyin edilmiş məhkəmənin tikinti-texniki ekspertizasının keçirilməsinə dair qərardadına əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2024-cü il tarixli 10/7339 saylı ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4165/2024 saylı mütəxəssis rəyinə əsasən, ünvan 1ində **********74 reyestr nömrəli Çıxarışla Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı icarəsinə verilmiş A№764084, A№764085 ve A№764086 seriyalı "Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən müvafiq olaraq 1,5 ha, 1,5 ha və 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin elektron baza məlumatı materialında yerləşmə vəziyyəti (sərhədləri) müəyyən edilmişdir. ünvan 1ində **********74 reyestr nömrəli Çıxarışla Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 Hüseynağa oğlunun icarəsinə verilmiş A№ 668835 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən 2,0 ha və Cavabdeh1 icarəsinə verilmiş A№ 669366 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən 3,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin elektron baza məlumatı materialında yerləşmə vəziyyəti (sərhədləri) müəyyən edilmişdir. ünvan 1ində **********74 reyestr nömrəli Çıxarışla Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı icarəsinə verilmiş A№764084, A№764085 və A№764086 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin döngə nöqtələrinin koordinatlarına əsasən müvafiq olaraq 1,5 ha, 1,5 ha və 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə cavabdehlər Cavabdeh2 Hüseynağa oğlunun icarəsinə verilmiş A№ 668835 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 2,0 ha və Cavabdeh1 icarəsinə verilmiş A№ 669366 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən 3,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üstüstə düşmür. Cavabdehlər Cavabdeh2 Hüseynağa oğlu və Cavabdeh1 faktiki istifadə vəziyyətinə əsasən onların İddiaçı icarəsinə verilmiş torpaq sahələrindən istifadə etmədikləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə işin müəyyən edilmiş hallarına yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçının tələb etdiyi icarəsində olan ünvan 1ində yerləşən 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 6 ha torpaq sahəsindən çıxarılması tələbi əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya 6 ha torpaq sahəsi deyil, ünvan 1ində yerləşən bələdiyyəyə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1,5 ha, 1,5 ha və 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri icarəsinə verilməklə icarə hüququ müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır. İddiaçının istinad etdiyi hal, yəni Ağayrı kəndində yerləşən bələdiyyəyə məxsus 10.75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən həmin torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmaqla cavabdehlərə icarəyə verilməsindən daha əvvəl istifadə etməsi halı əsaslı hesab edilə bilməz. İş materiallarından da görünür ki, ünvan 1ində Ağayrı bələdiyyəsinin mülkiyyətində olan 10,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 Hüseynağa oğluna 2,0 ha və Cavabdeh1 3,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri icarəyə verilmiş və cavabdehlərin icarə hüquqları dövlət qeydiyyatına alınmaqla adlarına daşınmaz əmlakın dövlət reyeystri xidməti tərəfindən müvafiq çıxarışlar verilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseynağa oğluna qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməmlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseynağa oğluna qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının aparılması üçün sərf edilmiş 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №2(022)-225/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-225/2024
19.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver