Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-23/2024 30.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz istifadə edilən 2.30 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Biləsuvar rayon Xırmandalı bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bələdiyyəyə aid torpaq sahəsindən Cavabdeh qanunsuz istifadəsinə son qoyulması və bələdiyyəyə aid 2.30 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin nümayəndəsi X2 ərizə verərək hazırda iddia tələbi ilə bağlı yaranmış problem aradan qaldırıldığından iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, tərəfləri dinləyərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz istifadə edilən 2.30 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(022)-23/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-23/2024
30.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver