Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-24/2025 10.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sərhəd mərzlərinin bərpası, zəbt olunmuştorpaq sahəsindən çıxarılma tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ailə üzvləri ilə Biləsuvar rayonu, Dəvrişli kəndində yaşadıqları müddətdə onlara 5.82 ha əkin torpaq sahəsi sərhəd mərzləri müəyyən edilməklə verilmişdir və həmin 5.82 ha torpaq sahəsi Biləsuvar rayon X10 tərəfindəndə verildikdən sonra onlara 07 sentyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət X11 Şəxsi tərəfindən torpağın mülkiyyət verilməsinə dair **********38 nömrəli çıxarış olmaqla onların mülkiyyətinə verilmişdir. Uzun illər həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarını həyata keçirmiş, həmin torpaq sahəsində əkin əkməklə ondan istifadə etməklə ailəsinii dolandırmışdır. Son dövrlərdə, istifadə etmək istəsə də, bu mümkün olmamışdır. Çünki 2022-ci ildən başlayaraq qonşusu olan Cavabdeh onun əkin pay torpaq sahəsini zəbt etməklə özünə aid əkin əkməklə istifadə etmişdir. Cavabdehin bu hərəkətlərin gördükdə, iddiaçı onunla söhbət edib mübahisəni həll etmək istəsə də, də bir nəticəyə nail ola bilməmişdir. O, bu məsələ ilə bağlı lazımi orqanlara dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, mübahisənin həllinə nail ola bilməmişdir. Hər müraciətindən sonra cavab almışdır ki, bu məsələni həll edə bilmirlər. Yalnız məhkəmə qaydasında bu məsələ həll olunmalıdır. Bir mülkiyyətçi kimi tələb edir ki, həm onun həmdə cavabdehin torpaq sahəsi lazımı dövlət qurumları tərəfindən yenidən ölçülüb kimin torpaq sahəsini zəbt edilməsinə məhkəmə tərəfindən son qoyulsun. İddiaçının tələbi: İddiaçı mülkiyyətində olan Dövlət X11 Şəxsi tərəfindən verilmiş torpağın mülkiyyət verilməsinə dair **********38 nömrəli çıxarışa əsasən 1,0798 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə, qanunsuz zəbt etdiyi həmin sahədən Cavabdeh çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndəliyinin 13 yanvar 2023-cü il tarixli, 5-39-3/2-177/2023 saylı arayışından görünür ki, Mahmudlu X6 rayonu, Xırmandalı kəndində yaşayır. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********38 nömrəli, 07 sentyabr 2022-ci il tarixli dövlət reyestrindən çıxarışından görünür ki, Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 1.0795 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 06 iyun tarixli, 06 nömrəli qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, torpaq sahəsinin təyinatı-kənd təsərrüfatı məhsulları istehsalı üçündür və torpağın mülkiyyətçiləri X8 və onun ailə üzvləri X1, X3, X4, X5 və X2r. AR-İİ seriyalı 953489 nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən şəxs İddiaçı, etibar edilən şəxs isə Nümayəndədur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2025-ci il tarixli, 10/4136 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 20.05.25 tarixli 3-21-3-44/2-3484/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********38 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 88 saylı 1.0795 ha- faktiki vəziyyətə əsasən islahat 0.95 ha (iki hissəli-0.8373 ha və 0.1135 ha). **********50 reyestr nömrəli çıxarışla Cavabdeh və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 90 saylı 0.77 ha - faktiki vəziyyətə əsasən islahat 0.68 ha (iki hissəli-0.58 ha və 0.10 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi müəyyən edildi. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialının döngə nöqtələrinin koordinatlarına görə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində **********38 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 88 saylı 1.0795 ha - faktiki vəziyyətə əsasən islahat 0.95 hektarın (iki hissəli-0.8378 ha və 0.1135 ha mübahisələndirilən 0.8378 ha torpaq sahəsindən 0,1581 hektaradək hissəsi özünün şimal-şərq istiqamətində qalan 0.6792 hektaradək hissəsi isə Cavabdeh faktiki istifadəsində olduğu müəyyənləşdirilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. 25 yanvar 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun: 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir; 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 1.0795 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********38 nömrəli, 07 iyul 2022-ci il tarixli dövlət reyestrindən çıxarışına əsasən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 1.0795 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüquqları əsasında İddiaçı məxsusdur. İddiaçı dəfələrlə cavabdehdən torpaq sahəsini tərk etməsini tələb etsə də o, müxtəlif bəhanələrlə torpaq sahəsini tərk etməmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mülkiyyətinə verilmiş Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində **********38 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 88 saylı 1.0795 ha - faktiki vəziyyətə əsasən islahat 0.95 hektarın (iki hissəli- 0.8378 ha və 0.1135 ha mübahisələndirilən 0.8378 ha torpaq sahəsindən 0,1581 hektaradək hissəsi onun faktiki istifadəsindədir. Həmin torpaq sahəsinin şimal-şərq istiqamətində qalan 0.6792 hektaradək hissəsi isə Cavabdeh faktiki istifadəsindədir. Yəni ki, Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinə maneələr yaratmış, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etsə də, cavabdeh bu cür hərəkət etməyə davam etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etməsinə baxmayaraq, cavabdehin ona məxsus torpaq sahəsindən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 1,0795 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən 1.0795 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilərək, Cavabdeh həmin torpaq sahəsinin şimal-şərq istiqamətində qalan 0.6792 hektaradək hissəsindən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat pul vəsaiti Cavabdehdan tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-24/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-24/2025
10.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver