Məhkəmə qərarları › İş №2(022)-249/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-249/2023

16.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-249/2023 16.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 nömrəli qərarı ilə JN-160 kod 80808018 saylı Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə paylı mülkiyyətlərində olan 5.02 hektar torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərmişdir ki, Biləsuvar rayonu, Bağbanlar kəndində yaşayır.Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona ailə üzvləri ilə birlikdə Çinarlı kəndində ümumi paylı mülkiyyətə 5.02 hektar torpaq sahəsi verilmişdir.Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı qeydə alınmaqla, onlara JN-160 kod 80808018 nömrəli Dövlət aktı verilmişdir.Hazırda o, ailə qurduğuna görə Bağbanlar kəndində yaşayır. O, ümumi paylı mülkiyyətdə olan payının ayrılmasını tələb etsə də, ümumi razılığa gələ bilmirlər. Həmin torpaq sahəsi cavabdehlərin mülkiyyətində qalmış və bu günə kimi onlar tərəfindən əkilib-biçilir.O, dəfələrlə özünə düşən torpaq sahəsini tələb etsə də, cavabdehlər buna etiraz edirlər. Odur ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 nömrəli qərarı ilə JN-160 kod 80808018 saylı Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə paylı mülkiyyətlərində olan 5.02 hektar torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilmısini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məsəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-160 kod 80808018 saylı Dövlət Aktının surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 qızının, İddiaçı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə 5.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahə verilmişdir. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Dadaşova X1 rayonu, Bağbanlar kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RİHB-nın Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il ytarixli 1118 saylı arayışından görünür ki, Dadaşova X1 rayonu Bağbanlar kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 222.1 və 222.2-ci maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Torpağın Mülkiyyət Hüququna dair JN-160 kod 80808018 saylı Dövlət Aktına əsasən Cavabdeh1, Cavabdeh2 qızının, İddiaçı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmiş Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə 5.02 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsindən İddiaçı payı müəyyən edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-160 kod 80808018 saylı Dövlət Aktına əsasən Cavabdeh1, Cavabdeh2 qızının, İddiaçı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997ci il tarixli 35 saylı qərarı ilə 5.02 ha torpaq sahəsindən İddiaçı 1/6 hissədə payı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızından, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar