Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-268/2023 04.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ BiləsuvarRayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2, cavabdeh X7 və nümayəndəsi vəkil X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X4 cavabdeh X9 qarşı evə köçürmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X10 cavabdeh X9 qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, cavabdeh X9 məxsus Biləsuvar şəhəri, Nizami küçəsi 11 ünvanında yerləşən evə köçürülmələri və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdeh X7 oğludur. O, xx xxxxxxxx 1965-ci ildə Salyan rayonu, Bankə kəndində anadan olmuş və 1969-cu il tarixdən ünvan 1 ünvanında yaşamaqla, oradan orta məktəbə, hərbi xidmətə getmiş, həmin ünvanda ailə qurmaqla övladları həmin ünvanda doğulmuş və orada uzun müddət yaşamışlar.Hazırda atası ilə aralarında narazılıqları olmuş, atası onu və ailə üzvlərini evdən çıxartmış və evə buraxmamışdır. Bundan sonra 1991-1992-ci illərdə Biləsuvar şəhəri, PMK-19 qəsəbəsində ev alaraq orada ailə üzvləri ilə birlikdə 2007ci ilə kimi yaşamışlar.Lakin, uşağı xəstə olduğu üçün həmin evi satmaq məcburiyyətində qalmışdır. PMK-19- qəsəbəsində olan evi satdıqdan sonra Biləsuvar şəhəri, Təyyarə Meydanı yaşayış massivində torpaq alıb ev tikmişdir. Həmin evdə də 2016-cı ilə kimi yaşamış və 2016-cı ildə qızı Mədinə xəstə olduğu üçün həmin evi də satmışdır. Həmin vaxtdan hal-hazıra qədər faktiki olaraq kirayədə yaşayırlar. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı3 məhkəmə iclasında iddiasını müdafiə edərək göstərmişdir ki, ünvan 3 ünvanda yaşamışdır.Həmin ünvanda yaşayarkən evin təmirinə qazancından pul xərcləmişdir. Cavabdehlə atası arasındakı münasibət pozulduqdan sonra babası onları evdən çıxartmışdır. O. hazırda valideynləri ilə birlikdə yaşayır.Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək ifadəsində göstərmişdir ki, Biləsuvar şəhəri, Nizami küçəsi 11 saylı evə gəlin gəlmiş və həmin evdə yaşamaqla, 3 övladı doğulmuşdur.Qayınatası, yəni cavabdeh X3 Abıyevlə aralarında olan münasibətdən sonra onları yaşadıqları evdən çıxartmış və bir də həmin evə buraxmamışdır. Hal-hazırda o, ailə üzvləri ilə birlikdə kirayədə yaşayırlar.Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X12 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X7 nümayəndəsi vəkil X5 da iddia əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abıyev X8 şəhəri, C.Cabbarlı küçəsi ev 44 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar şəhər inzibati ərazi dairəsinin xx.xx.2022-ci il tarixli 4902 saylı arayışından görünür ki, Abıyev X8 şəhəri, C.Cabbarlı küçəsi ev 44 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RPŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 və ailı üzvləri xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanından qeydiyyatdan çıxaraq ünvan 8mi pasport qeydiyyatına alınmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, X1 şəhəri Nizami küçəsi 11 saylı ünvanda mülkiyyətində olan 0,07 ha həyətyanı torpaq sahəsində iki mərtəbəli 5 otaqlı 113.6 kvm yaşayış sahəsi, 98.7 kvm yardımçı sahə, 212.3 kvm ümumi sahə olmaqla fərdi yaşayış evi tikmişdir. Həmin fərdi yaşayış evi DƏDRX tərəfindən verilmiş (qeydiyyat nömrəsi ********** olan) xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən X9 məxsusdur. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL-01370 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X12 ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı1 ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı1 tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Beləliklə, işdə olan sübutlarla, o cümlədən tərəflərin izahatları, habelə digər iş materialları ilə işin mübahisəsiz halı kimi müəyyən olunur ki, İddiaçı1 1991-1992-ci illərdə cavabdeh X9 məxsus fərdi yaşayış evindən başqa yayşayış sahəsinə köçərək yaşadığı üçün iddiaçılar mübahisə olunan cavabdehə məxsus evə istifadə hüquqlarını itirmişlər. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı1 1991-1992-ci illərdə mübahisə olunan evdən ailə üzvləri ilə birlikdə köçərək Biləsuvar şəhəri, PMK-19 qəsəbəsində ev alaraq orada ailə üzvləri ilə birlikdə 2007-ci ilə kimi yaşamışlar.Lakin, İddiaçı1 uşağı xəstə olduğu üçün həmin evi satmaq məcburiyyətində qalmışdır. PMK-19qəsəbəsində olan evi satdıqdan sonra Biləsuvar şəhəri, Təyyarə Meydanı yaşayış massivində torpaq alıb ev tikmişdir. Həmin evdə də 2016-cı ilə kimi yaşamış və 2016-cı ildə qızı Mədinə xəstə olduğu üçün həmin evi də satmış və bundan sonra kirayə mənzildə yaşamağa başlamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr 1-dək qüvvədə olmuş) 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin qeyd olunan halları belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X4 cavabdeh X9 qarşı evə köçürmə tələbi barədə iddiası əsassızdır və onun təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X4 cavabdeh X9 qarşı evə köçürmə tələbinə dair iddia rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş 15 manat məbləğdə dövlət rüsumu və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 55 manat iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və X4 cavabdeh X9 qarşı Biləsuvar şəhəri, Nizami küçəsi 11 ünvanında yerləşən evə köçürülmələri və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(022)-268/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-268/2023
04.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver