Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-27/2024 02.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı2 və iddiaçıların nümayəndəsi vəkil X6 Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X8 və İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı ümumi mülkiyyətdən payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X8 və İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Amankənd kəndində yerləşən **********04 reystr nömrəsinə əsasən Çıxarış üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki paylarının cavabdehlərin payından naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Biləsuvar rayonunun Əmankənd kəndində yaşayırlar. Biləsuvar rayonu Əmankənd kəndində aqrar islahatlar zamanı ailə kimi ümumi mülkiyyətlarinə 6,0866 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Buna dair adlarına **********04 reystr nömrəsi olan Çıxarış da verilmişdir. Əlavə olaraq bildirir ki, ümumi mülkiyyətdə payları da müəyyən edilmişdir. Həmin torpaq sahəsində cavabdehlərin payı hər birinə 6/60 hissədə müəyyən edilmişdir. Hazırda cavabdehlərdən paylarının naturada ayrılmasını tələb etsələr də cavabdehlər buna imkan vermirlər. Sonda iddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçıların nümayəndəsi vəkil X11 da eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh2 iddiaçılaırn payının paturada müəyyən edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən iddiaçını, iddiaçıların nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu, Əmankənd kəndində 6.0866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi **********04) İddiaçı1 13/60 hissədə, İddiaçı2 1/60 hissədə, İddiaçı3 1/60 hissədə, İddiaçı4 1/60 hissədə, İddiaçı5 1/60 hissədə, İddiaçı6 6/60 hissədə, İddiaçı7 6/60 hissədə, X5 6/60 hissədə, Cavabdeh1 6/60 hissədə, X7 6/60 hissədə, X2 6/60 hissədə və İddiaçı8 7/60 hissədə payları Daşınmaz Əmlakın Dövlət reyestrində (qeydiyyat nömrəsi **********) xx.xx.2023-cü il tarixlə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli 3-16-16/2-10/304 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6684/2023 saylı mütəxəssis rəyində və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, ünvan 1 kənd ünvanında yerləşən, tərəflərin paylı mülkiyyətində olan 6,0866 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki istiqamətdən yol ilə həmsərhəd olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən iddiaçıların (İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı5, İddiaçı6, İddiaçı7, X3 və İddiaçı8) payına uyğun sahəsnin (42/60 hissə) naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 222.1 -ci maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. MM-in 223.1-223.3.-cü maddələrinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir; Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər; Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X8 və İddiaçı8 iddiası təmin edilərək, iddiaçııların payı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-220.6-cı maddəsinin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Torpaq sahəsinin iddiaçılar İddiaçı1 13/60 hissədə, İddiaçı2 1/60 hissədə, İddiaçı3 1/60 hissədə, İddiaçı4 1/60 hissədə, İddiaçı5 1/60 hissədə, İddiaçı6 6/60 hissədə, İddiaçı7 6/60 hissədə, İddiaçı8 7/60 hissədə payları ayrılmaqla naturada müəyyən edilsin. İş üzrə ekspertiza xərci qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və ödənilmiş dövlıt rüsumunun əvəzi qismində 100 (yüz) manat Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X8 və İddiaçı8 verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №2(022)-27/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-27/2024
02.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver