Məhkəmə qərarları › İş №2(022)-28/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-28/2024

13.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-28/2024 13.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçı Biləsuvar rayon Yuxarı Ağalı bələdiyyəsinin nümayəndəsi vəkil X1, Cavabdeh iştirakı ilə, İddiaçı Biləsuvar rayon Yuxarı Ağalı bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Biləsuvar rayon Yuxarı Ağalı bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz istifadə etdiyi bələdiyyəyə məxsus 0,91 hetar torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin bələdiyyəyə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləsuvar rayonu Yuxarı Ağalı kəndində bələdiyyənin mülkiyyətində torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən 0,91 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini heç bir hüquq müəyyənedici sənədi olmadan kənd sakini Cavabdeh qanunsuz olaraq balıq gölü yaratmaqla istifadə edir. Dəfələrlə cavabdehə həmin torpaq sahəsini boşaltması təklif olunsa da bundan imtina etmişdir. 06 dekabr 2022-ci il tarixdə ƏMDX-nin Cəlilabad Ərazi İdarəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdirinin, Yuxarı Ağalı kənd İcra Nümayəndəsinin və bələdiyyənin iştirakı ilə həmin sahəyə baxış keçirilməklə akt tərtib edilmişdir. Ona görə də Cavabdeh qanunsuz istifadə etdiyi bələdiyyəyə məxsus 0,91 hetar torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin bələdiyyəyə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X2 məhkəmə iclasında iddianın təmin olunmasını dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-01-1 saylı kod 80802018 Dövlət Aktından görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 35 saylı qərarı ilə Biləsuvar rayonu Yuxarı Ağalı kəndində yerləşən 71.83 ha torpaq sahəsi Biləsuvar rayonu Yuxarı Ağalı kənd bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xirməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə Biləsuvar rayonu Yuxarı Ağalı kəndində 2.2957 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016, daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2024-cü il tarixli № 3-16-16/2-10/9417 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Əraz İdarəsinin xx.xx.2023-cü il tarixli. 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən bələdiyyənin mülkiyyətində olan cəmi 71.83 hektar torpaq sahəsinin mübahisələndirilən 0.41 ha hissəsinin, Cavabdeh Abuzər oğlunun və onun ailə üzvlərinin JN-135 saylı Dövlət Aktı ilə (**********97 reyestr nömrəli Çıxarışla) 2.2957 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə cavabdehin və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.11 ha kənd təsərrüfatı təyinatlı toroaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3188/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavı edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən bələdiyyələrin mülkiyyətində olan cəmi 71.83 hektar torpaq sahəsinin mübahisələndirilən 0.41 ha hissəsinin, Cavabdeh Abuzər oğlunun və onun ailə üzvlərinin JN-135 saylı Dövlət Aktı ilə (**********97 reyestr nömrəli Çıxarışla) 2.2957 ha (Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə cavabdehin ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.11 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşmədiyi, yəni hüdudlarından kənarda yerləşdiyi müəyyənləşdirilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3188/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən bələdiyyənin mülkiyyətində olan cəmi 71.83 hektar torpaq sahəsinin mübahisələndirilən 0.41 hektaradək hissəsinin Cavabdeh faktiki istifadə etdiyi iddia olunan ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İş materiallarında olan ekspert rəyi ilə Biləsuvar rayonu Yuxarı Ağalı kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən bələdiyyənin mülkiyyətində olan cəmi 71.83 hektar torpaq sahəsinin 0.41 hektaradək hissəsinin Cavabdeh Abuzər oğlunun və onun ailə üzvlərinin JN-135 saylı Dövlət Aktı ilə (**********97 reyestr nömrəli Çıxarışla) mülkiyyətinə verilmiş 2.2957 ha (Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə cavabdehin ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.11 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qiamən təmin edilməli, Cavabdeh iddaçı Biləsuvar rayonu Yuxarı Ağalı bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu Ağalı kəndi ərazisində yerləşən cəmi 71.83 hektar torpaq sahəsinin 0.41 hektar hissədən çıxarılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, cavabdehdən ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddaçı Biləsuvar rayonu Yuxarı Ağalı bələdiyyəsinin mülkiyyətində olan Biləsuvar rayonu Ağalı kəndi ərazisində yerləşən 71.83 hektar torpaq sahəsinin 0.41 hektar hissəsindən çıxarılsın. Cavabdeh ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar