Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-289/2024 07.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydləri kitabında onun xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulması faktının müəyyən edilməsi, buna müvafiq olaraq doğum haqqında şəhadətnamənin ata qrafasında miliyyətcə azərbaycanlı X4nun, ana qrafasında anası miliyyətcə azərbaycanlı X3 qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçi məhkəmə iclasında dəqiqləşmə ərizəsi verərək izahatında bildirmişdir ki, o, xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmuşdur. X4, anası isə X5r. Hazırda ailəlilidir və Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatdadır. Məlum səbəblərdən sonra, yəni 1988-ci il hadisələrindən sonra köçkün kimi Biləsuvar rayonu Ağayrı kəndində məskunlaşmışdır. 06 may 2016-cı tarixdə Yıldırım Tahsinlə rəsmi nikaha girdikdən sonra Yıldırım sayadını qəbul etmişdir. Bəzi sənədləşmə işlərinin aparılması üçün doğum haqqında şəhadətnamə lazım olduğundan Maraqlı şəxsnə müraciət edərək doğum haqqında şəhadətnaməsini itirdiyini və buna görə doğum aktı qeydi barədə arayış verilməsini xahiş etmişdir. X17 bildirmişdir ki, onun ümumiyyətlə doğum aktı qeydi aparılmamışdır. Halbuki bəzi sənədlər mövcuddur ki, həmin sənədlərdə onun xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulması qeyd olunmuşdur. O, doğum akt qeydinin bərpa olunması üçün təkrar Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, doğum akt qeydi aparılmadığı üçün doğum akt qeydi tapılmamışdır və doğum aktı qeydinin bərpası üçün məhkəməyə müraciət elməlidir. Onun xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasını şahidlər də təsdiq edə bilərlər. Odur ki, xx xxxx 1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Ağayrı KİƏDN-nin xx.xx.2023-cü il tarixli 5-39-11/2-132/2023 saylı arayışından görünür ki, Yıldırım X10 rayonu Ağayrı kəndində daimi qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 05/Q-438/70 saylı arayışından görünür ki, X8 barəsində Maraqlı şəxs arxivində doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZE seriyalı № 06993889 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Ağayrı kəndində qeydiyyatdadır. İş materiallarında olan Biləsuvar RPŞ-nin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X8 rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunda ona məxsus olan fərdi uçot kartoçkasında X4, anası isə X2 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli № 3-16-5/8-15-106/2023 saylı məktubundan görünür ki, doğumun qeydi ilə bağlı Ərizəçi Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin doğum faktının müəyyən edilməsi ilə bağlı zəruri sənədlər təqdim edilmədiyi üçün doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. İş materilallarında olan AZ-İİ № 116374 saylı X6 surətindən görünür ki, Yıldırım Tahsin və X12 nikahlarını 06 may 2016-cı il tarixdə Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 379 nömrə ilə qeydə aldırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Həqiqətən də Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikası Neomberyan rayonunda doğulmuşdur. Lakin 1988-ci il hadisələrindən sonra bacısı köçkün kimi Biləsuvar rayonu Ağayrı kəndində məskunlaşdığı üçün doğum akt qeydinin əldə edilməsi mümkün olmamışıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədəlrin bərpası mümkün olmasın. Məhkəmə işdə iştirak edən Ərizəçi izahatını, şahidin ifadəsini dinləyib və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi üçün hazırda həmin sənədlərin Ermənistan Respublikasından məlum hadisələrlə bağlı əldə edilməsi qeyri-mümkündür, eyni zamanda həmin sənədlərin başqa qaydada də əldə edilməsi də mümkün deyildir. Lakin ərizəçinin təqdim etdiyi yuxarıda qeyd olunan sənədlər onun xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi qənaətinə gəlməyə əsas verir. Ona görə də ərizə təmin edilməli, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Neomberyan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin, bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs həvalə edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında “X11”, ana qrafasında “X9” qeyd edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X20
Məhkəmə qərarları › İş №2(022)-289/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-289/2024
07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver