Məhkəmə qərarları › İş №2(022)-294/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-294/2025

21.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-294/2025 21.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Qubadov Xəyal Böyükxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan payın naturada ayrılması tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda göstərilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən 3/5 hissədə, torpaq sahəsindən 8/30 hissəsdə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən ev və torpaq sahəsindən ibarət daşınmaz əmlak cavabdehlə onun paylı mülkiyyətindədir.Bu haqda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməklə daşınmaz əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli kitabın 85 nömrəli vərəqində (reyestr nömrəsi **********492-10301) qeydiyyata alınmışdır. Həmin Çıxarışdan görünür ki, daşınmaz əmlaklarda payları aşağıdakı kimidir: fərdi yaşayış evində 3/5 hissədə, torpaq sahəsində 8/30 hissədə İddiaçı, fərdi yaşayış evində 2/5 hissədə və torpaq sahəsində 22/30 hissədə isə Cavabdeh mülkiyyətindədir. Həmin əmlaklar ümumi istifadələrindədir. Payları bəlli olsa da, lakin payları naturada bölünməmişdir. Faktiki olaraq evin içərisində ayrı yaşayırlar.Bu vəziyyət onun həmin əmlakından tam sərbəst şəkildə istifadə etməsinə imkan vermir.Belə ki, komunal təminatlarla bağlı hər birinə aid bir sayğac (su, işıq, qaz, ) quraşdırılıb. Cavabdeh elektirik, qaz, su kimi komunal xidmətdən istifadə etməyə imkan vermir. Qış aylarında cavabdeh və ailəsi işə gedirlər. İşə gedən vaxt isə qazı bağlayırlar ki, o qazdan istifadə etməsin. Ona görə də aralarında belə mübahisələr yaranır. Onlar işdən evə dönənə qədər o, evin içərisində donur. Komunal təminatın ayrılması ilə bağlı adiyyatı üzrə qaz, su, işıq idarələrinə müraciətlər etmişdir ki, onu abonenet kimi qeyd edib onun adına sayğac quraşdırsınlar. Tək yaşayır, o, öz məsrəfini özü nizamlayır, yoxsa hər ayın sonunda bu məsələlər üstündə mübahisələri olur. Əmlak və torpaq vergisini həmişə o, ödəyir.Bundan başqa, onun evinə onu görmək üçün qohumları gəlmək istəyir. Lakin mövcud şərait bu istəyin qarşısını alır.O, evə girəndə cavabdeh qapını çöldən kilidləyir. O, çöldə olanda isə işəridən kilidləyir. Son vaxtlar qonşunun həyətindən özünə qapı açmış, oradan gediş-gəliş yolu kimi istifadə edir. Odur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən 3/5 hissədə, torpaq sahəsindən 8/30 hissədə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pu blik Hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı adına ünvan 2 ünvanında 00609 ha həyətyanı torpaq sahəsində yerləşən (reyestr nömrəsi **********92-10301 olan) fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli kitabın 85 nömrəli vərəqində qeydiyata alınmışdır. İddiaçı payı fərdi yaşayış evində 3/5 hissədə, torpaq sahəsində payı 8/30 hissədə, Cavabdeh payı fərdi yaşayış evində 2/5 hissədə, torpaq sahəsində 22/30 hissədə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2025-ci il tarixli № 10/2122 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixil Çıxarışa (reyestr nömrəsi **********92-10301, qeydiyyat nömrəsi **********) əsasən, ünvan 2 ünvanında olan fərdi yaşayış evinin faktiki vəziyyətdə tərəflər arasında təcrid şəkildə bölünməsini (giriş-çıxış, yaşayış və yardımçı sahələr ayrılmışdır), fərdi yaşayış evindən faktiki istifadə vəziyyətini və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0609 ha torpaq sahəsinin uzunluq boyunca şərq istiqamətdən yol ilə həmsərhəd olmasını nəzərə alaraq, ünvan 2 ünvanında olan fərdi yaşayış evindən və 0,0609 ha torpaq sahəsindən (8/30 hissədə) İddiaçı payının naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixil Çıxarışa (reyestr nömrəsi **********92-10301, qeydiyyat nömrəsi **********) əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı 3/5 (beşdə üç) hissədə, ünvan 1 ünvanında yerləşən 0,0609 ha torpaq sahəsindən İddiaçı 8/30 (otuzda səkkiz) hissədə payı naturada ayrılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlək Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixil Çıxarışa (reyestr nömrəsi **********92-10301, qeydiyyat nömrəsi **********) əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı 3/5 (beşdə üç) hissədə, ünvan 1 ünvanında yerləşən 0,0609 ha torpaq sahəsindən İddiaçı 8/30 (otuzda səkkiz) hissədə payı naturada ayrılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar