Məhkəmə qərarları › İş №2(022)-319/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-319/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-319/2025 30.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızının sədrliyi, X10 məhkəmə-iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb olunmaqla) “doğum faktının faktının müəyyən edilməsi tələbi” barədə mülki işə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçinin tələbi: Ərizəçi “doğum faktının müəyyən edilməsi tələbi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi bildirir ki, o, 2021-ci il tarixdə Salyan rayon sakini X15 ilə ailə həyatı qurmuşdur. X6 ilə aralarında rəsmi nikahları yoxdur və 2024-cü il tarixə kimi qeyri-rəsmi nikahla yaşamışlar. O, İlkinlə ər-arvad kimi yaşamış və onların ər-arvad kimi yaşadıqları vaxtda 11 iyul 2022-ci il tarixdə qızları X12 doğulmuşdur. Oğlu Sənan anadan olan zaman xəstəxanaya çatdırmaq mümkün olmadıqından ev şəraitində 13 yanvar 2024-cü il tarixdə anadan olmuşdur və Biləsuvar şəhəri doğum evinə getsələr də orada onlara bildirilmişdir ki, xəstəxana şəraitində doğuş olmayıbsa, onlar uşağı Biləsuvar şəhəri doğum evində qeydiyyata ala bilməzlər. X7 13 yanvar 2024-cü il tarixdə anadan olsa da, bu günə kimi onun üçün doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Çünki, oğlu Sənan ev şəraitində doğulduğu üçün ona doğum evində doğulmadığı üçün hər hansı rəsmi sənədləri almaq olmur. Çünki, uşaq doğulan zaman onların rəsmi nikahları olmadığı üçün Maraqlı şəxsndə onun doğum faktını təsdiq etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında çıxış edən Ərizəçi, izahatında ərizədə yazılan xüsusatları təsdiq edərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 185.5-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Maraqlı şəxs 21 oktyabr 2024-cü il tarixli 5-16-5/8-15-7-452/2024 nömrəli məktubundan görünür ki, iddiaçının Maraqlı şəxsnə daxil olmuş doğumun qeydə alınması ilə bağlı 21 oktyabr 2024-cü il tarixli ərizəsi araşdırılmış və tərəflərindən qeydiyyat şöbəsinə övladlarının doğum faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün ərizələrinin icrası mümkün olmamışdır. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 noyabr 2024-cü il tarixli 5-39—9/7-493/2024 nömrəli arayışından görünür ki, Əliyeva X2 rayonu, İsmətli kəndində yaşayır. Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X20nin Biləsuvar Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2 (022)-319/2025 nömrəli soğusuna cavab olaraq, 25 fevral 2025-ci il tarixli, 18-1- 30/3-939/2025 nömrəli məktubundan görünür ki, 13 yanvar 2024-cü ildə doğlulmuş X11 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X20ndə 25 yanvar 2024-cü il tarixdə “BSJ” peyvəndi vurulmuşdur. “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” X20nin həkimi Seyidov Mirqadir tərəfindən həyata keçirilmiş 07 oktyabr 2023-cü il tarixli ultrasəslə müayinənin nəticəsindən görünür ki, həmin dövr 24-25-ci həftəlik hamiləlik müddətinə uyğundur. Məhkəmə iclasında şahid qismində dindirilmiş: Ərizəçi bacısı X4 bacısı Bənövşənin ev şəraitində uşaq doğduğunu, doğuş zamanı bacılarının yanında olmadığını, lakin bacısı qızının telefon zəngindən dərhal sonra onların evlərinə getdiyini bildirmiş, doğuşun əmisi arvadı Mətanət tərəfindən qəbul edildiyini göstərmişdir. Ərizəçi bacısı X5 bacısı Bənövşənin ev şəraitində uşaq doğduğunu, doğuş zamanı bacılarının yanında olmadığını, lakin bacısı qızının telefon zəngindən dərhal sonra onların evlərinə getdiyini bildirmiş, doğuşun əmisinin arvadı Mətanət tərəfindən qəbul edildiyini göstərmişdir. Ərizəçi bacısı X4 bacısı Bənövşənin ev şəraitində uşaq doğduğunu, doğuş zamanı bacılarının yanında olmadığını, lakin bacısı qızının telefon zəngindən dərhal sonra onların evlərinə getdiyini bildirmiş, doğuşun əmisinin arvadı Mətanət tərəfindən qəbul edildiyini göstərmişdir. Ərizəçi əmisinin arvadı X1 ev şəraitində uşaq doğduğunu, doğuş zamanı onun yanında olaraq, doğuşu şəxsən qəbul etdiyini, uşağın göbək bağını kəsdiyini, daha sonra isə bələdiyini göstərmişdir. Doğuş zamanı evdə Bənövşə, onun övladları olmuşdur. Doğuşdan dərhal sonra evə Bənövşənin bacıları Qənirə və Simarə gəlmişdirlər. Ərizəçi faktiki əri X15 öz izahatında bildirmişdir ki, uşaq doğularkən işi ilə əlaqədar Bakı şəhərində olmuşdur. Lakin, uşağın evdə doğulmasını ona telefon vasitəsilə bildirmişlər və bundan dərhal sonra yola çıxaraq evə gəlmişdir. Evə gəldikdə doğuşun Bənövşənin əmisinin arvadı Mətanət tərəfindən qəbul edildiyini öyrənmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işdə ərizəçini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, X15 və Ərizəçi nikahları qeydə alınmamışdır. Ərizəçi 13 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonunda ev şəraitində oğlan uşağı dünyaya gətirmiş, lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 21 oktyabr 2024cü il tarixli məktubundan da görünür ki, ərizəçi uşağına doğum haqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, X7nun 13 yanvar 2024cü il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə övladını uşaq bağçasına yerləşdirməsi, gələcəkdə təhsil alması və s. hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi Ərizəçi uşağı üçün doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni X7nun 13 yanvar 2024-cü il tarixdə doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni uşağa aid doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X9 13 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonunda doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə məhkəmə və digər xərclərlə bağlı tələb olmadığından çəkilmiş xərclər ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X9 13 yanvar 2024-cü il tarixdə tibb müəssisəsindən kənаrdа Ərizəçi tərəfindən doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Akt qeydləri kitabında X9 təvəllüdü “13 yanvar 2024-cü il”, cinsi “kişi”, doğulduğu yer “Biləsuvar rayonu”, ata adı qrafasında “X15”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” kimi yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar