Məhkəmə qərarları › İş №2(022)-320/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-320/2025

08.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-320/2025 08.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ilə müraciət edərək, **********40 saylı Çıxarışa əsasən mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 0,20 hektarının Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonunun Amankənd kəndində yaşayır. Yaşadığı ev və həyətyanı torpaq sahəsi 8080İ3000640 saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsusdur. 2020-ci ildə əri ilə borc pula ehtiyacı yaranmışdır.Kənddə yaşayan qaynı oğlu Fuadın imkanı yaxşı olduğundan əri İsa ilə birlikdə ona müraciət etmişlər. Həmin vaxt onlara 4 min manat pul lazım idi. Fuada bildirmişlər ki, etibarlılıq olsun deyə, istəyirsə yaşadıqları həyətin müəyyən hissəsini onun adına girov kimi qoysunlar və onlara 4 min manat borc pul versin. Borclarını düzəldən kimi qaytararlar və o, da torpağı qaytarar. Fuad bununla razılaşmış və bildirmişdir ki, həyətin 20 sotunu onun adına keçirsinlər, haçan imkanları olanda ondan aldıqları 4 min manatı qaytararlar. Bununla bağlı notariat kontoruna getmişlər və notariat kontorunda həyətin 20 sotunu Fuadın adına keçirmişlər.Bu illər ərzində həyətyanı torpaq onların istifasindədir.Bu il Fuaddan borc aldıqları pulu düzəldib Fuada vermək istəsələr də o, pulun ona lazım olmadığını, torpağın ona məxsus olmasını bildirmişdir. Razılaşmaya görə pulu qaytardıqları zaman Fuad da torpağı onlara qaytarmalı idi. O, isə onları aldadaraq bu sənədləşməni apardığını bildirmişdir. Cavabdeh onun qaynı oğlu olmasaydı o, ona inanmaz və bu müqaviləni bağlamazdı. Cavabdeh ilkin andan aldadaraq bu müqaviləni ona bağlatdırmışdır. Çünki o, bir neçə dəfə cavabdehə ondan aldığı pulu qaytarmaq istədiyini, ona görə də müqavilənin ləğv edilməsini tələb etmişdir. Lakin cavabdeh bundan imtina etmişdir. Digər tərəfdən həmin 20 sot ərazinin dəyəri heç də 4 min manat deyildir. Şünki orada onların təsərrüfat tikililəri və digər əmlakı da vardır. Onlar həmin ərazini satmaq niyyətində olmamışlar. Belə ki, həmin ərazinin dəyəri 10 min manatdan yuxarıdır. Hesab edir ki, mülkiyyətində olan torpaq sahəsinin cavabdehə alqı satqısı aldatma yolu ilə bağlanmaqla etibarsızdır.Ona görə də iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsindən göründüyü kimi İddiaçı iddia ərizəsini imzalamamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: …152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinə dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pul İddiaçı geri qatarılsın. İddiaçı izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar