Məhkəmə qərarları › İş №2(022)-333/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-333/2024

23.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-333/2024 23.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı1 (və iddiaçıların nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı1, X12, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı 0,25 ha torpaq sahəsi üzərində tikilmiş yaşayış evindən, digər tiklilərdən paylarının müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, X12, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Biləsuvar rayon Günəşli kəndində yerləşən JN-099A 80805018 həyətyanı torpq şəhadətnaməsinə əsəsən ümumi birgə ailəvi mülkiyyətlərində olan 0,25 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111,6 kv.m fərdi yaşayış evi olan 1 mərtəbəli,3 otaqlı,bir kuxna,bir hamamdan ibarət evdən, həyətda olan digər tikintilərdən onların payının müəyyən edilməsi və ödənilmiş 100 manat dövlət rusumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək göstərmişdir ki, o, Biləsuvar rayon Günəşli kəndində qeydiyyatdadır və həmin evdə yuxarıda göstərdiyi ailə üzvləri ilə bərabər yaşamışlar. Onlar 2023-ci il tarixə kimi Biləsuvar rayon Günəşli kəndində valideyinləri ilə birlikdə ata evində yaşamışlar. Cavabdeh ata evindən çıxaraq Biləsuvar rayon Günəşli kənd ərazisində özünə məxsus evdə yaşamaqa başlamışdır. Valideynləri rəhmətə gedəndən sonra bütün təsərrüfatı o, idarə etmiş və bu günə kimi də cavabdeh həmin evdə yaşamamış, çünki uzun müddət Rusiyada olmuş, orada da cinayət törətməklə 9 il həbis edilmişdir. Bura gələndən sonra Cavabdeh, yəni qardaşı onlarla mütamadi olaraq yola getməyərək, evdən çıxmalarını, həmin evi satacağını bildirmişdir. Onların məlumatı olandan sonra evin satılmasına dair qardaşının niyətinin gerçək olmasına mane olmuşlar, çünki hal- hazırda onlarla bərabər qüsurlu xəstə bacıları yaşayır. Bundan sonra onlara çatası bütün payların müəyyən edilməsini istəməklə qərara gəlmişlər ki, ancaq həyətyanı torpaq sahəsindən onun üzərində tikilmiş evdən payının müəyyən edilməsi və əkin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi barədə məhkəməyə müraciət etsinlər. Onların Biləsuvar rayonu Günəşli kəndində yerləşən 0,25 həyatyanı torpaq sahələri olmaqla, həmin torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, bir kuxna, bir hamamdan ibarət yaşayış evi yerləşir. Bu da o deməkdir ki, atası və anasının mülkiyyətində olan ev həm də onun mülkiyyətidir. Digər tərəfdən ata və anası rəhmətə getmişdir. Qeyd olunan ev isə atası X18 və anası X13 ilə birgə nikahda olduğu müddətdə tikilmişdir. Bundan başqa o, özü uzun müddət fərdi əməklə məşğul olmuş, qazandığı vəsait evin təmirinə və həyətdə olan digər tikililərin tikintisinə sərf edilmişdir.Bundan başqa o, bərabər yaşadıqları müddətdə əldə olunan mülkiyyətləridir. Biləsuvar rayon X11 1997-ci il 31 saylı qərarı ilə onlara ailəvi birgə mülkiyyətlərinə həyətyanı torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair şəhadətnaməyə əsasən 0,25 sot torpaq sahəsi verilmişdir.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin sıralamasında onların adı vardır.Hazırda həmin torpaq sahəsinə üzərində tikilmiş evdə onların da payı olmasına baxmayaraq qeyd olunan torpaq sahəsində və evdən normal istifadə edə bilmir. Biləsuvar rayon Günəşli kəndində yerləşən JN-099A 80805018 həyətyanı torpq şəhadətnaməsinə əsəsən ümumi birgə ailəvi mülkiyyətlərində olan 0,25 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111,6 kv\m fərdi yaşayış evi olan 1 mərtəbəli, 3 otaqlı, bir kuxna, bir hamamdan ibarət evdən, həyətdə olan digər tikintilərdən onların payının müəyyən edilməsi və ödənilmiş 100 manat dövlət rusumunun alınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçılardan İddiaçı1 izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bağırova X8 rayonu Günəşli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Günəşli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bağırova X10 rayonu Günəşli kəndində qeydiyyatdadır. İş materiallarında olsn AZ-İİ № 398431 saylı X4 surətindən görünür ki, X18 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olsn AZ-İİ № 398432 saylı X4 surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-099A kod 80805018 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Kirovka kənd sakini X15, X6, İddiaçı1, X7, X3, Cavabdeh və X16 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 31 saylı qərarı ilə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şıxsi 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən sorğuya cavab məktubundan görünür ki, X14 adına 7 nəfər ailə üzvləri ilə ümumbirgə 0,25 ha (JN-099A, kod ********) yaşayış məntəqələrinin torpaqları həyətyanı torpaq sahəsi vardır. Sözü gedən toraq sahəsi X14 adına hüquqi qeydiyyatdan keçmədiyindən üzərində fərdi yaşayış evinin olubolmaması barədə məlumat aşkar edilməmişdir. X2 adına 7 nəfər ailə üzvləri ilə ümumbirgə 2.4463 ha (JN-314, kod ********) kənd təsərrüfatı təyinatlı toraq sahəsi vardır. Sözü gedən torpaq sahəsi X14 adına hüquqi qeydiyyatdan keçməmişdir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir. İddia tələbindən görünür ki, iddiaçılar Biləsuvar rayonu Günəşli kəndində Torpağın mülkiyyətə verilməsinə dair JN-099A kod 80805018 saylı Şəhadətnaməyə əsasən X15, X6, İddiaçı1, X7, X3, Cavabdeh və X16 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli 31 saylı qərarı ilə 0,25 ha həyətyanı torpaq sahəsinin verildiyini, həmin torpaq sahəsində valideynlərindən 111,6 kv.m-dən ibarət 1 mərtəbəli, 3 otaqlı, bir kuxna, bir hamamdan ibarət fərdi yaşayış evinin, həyətdə olan digər tikintilərdən ibarət tikililərin miras qaldığını və miras açıldıqdan sonra orada yaşamaqla mirası qəbul etdiklərini, ona görə də hər birinin miras əmlakda paylarının müəyyən edilməli olduğunu göstərmişlər. İş materiallarından görünür ki, iddiaçılar miras paylarının müəyyən edilməsini tələb etdikləri yaşayış evinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şıxsi 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən sorğuya cavab məktubundan da görünür ki, mərhum X14 adına hər hansı daşınmaz əmlakın qeydiyyatdan keçməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq belə hesab edir ki, iddiaçıların istinad etdiyi hal, yəni 0.25 ha həyətyanı torpaq sahəsində müvafiq icra hakimiyyəti orqanında hüquqi qeydiyyyata alınmadan tikilmiş yaşayış evi miras əmlak hesab edilmədiyindən miras payların müəyyən edilməsi qənatinə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, X12, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı 0,25 ha torpaq sahəsi üzərində tikilmiş yaşayış evindən, digər tiklilərdən paylarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X23

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar