Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-336/2025 06.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, iddiaçı Biləsuvar rayon Amankənd bələdiyyəsinin (keçmiş Dərvişli bələdiyyəsinin) nümayəndəsi X1, Cavabdehnın iştirakları ilə, İddiaçı Biləsuvar rayon Dərvişli bələdiyyəsinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Biləsuvar rayon Dərvişli bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək bələdiyyənin mülkiyyətinə aid 42 kv.metr torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı Biləsuvar rayon Amankənd bələdiyyəsinin (keçmiş Dərvişli bələdiyyəsinin) nümayəndəsi X2 ərizə təqdim edərək hazırda iddia ərizəsinə bxılmasını istəmədiyini və iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh mülki işin baxılmamış saxlanılmasına qarşı etirazının olmadığını bildirdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, tərəfləri dinləyərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Biləsuvar rayon Dərvişli bələdiyyəsinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(022)-336/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-336/2025
06.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver