Məhkəmə qərarları › İş №2(022)-34/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-34/2024

21.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-34/2024 21.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh5 qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1ində yerləşən reyester **********07, **********06, **********08 sayli Çıxarışlara əsasən, 3.0193 hektar, 0,4725 hektar və 1.125 hektar pay torpaq sahəsindən payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Biləsuvar rayonunda torpaq islahatı aparılarkən Biləsuvar rayon Aqrar İslahat komissiyasının qərarı ilə Bağbanlar kəndində ona və ailə üzvləri olan cavabdehlərə 3 yerdə 3.0193 hektar, 0,4725 hektar, 1.125 hektar pay torpaq sahəsi verilmişdir. Buna dair rəsmi Çıxarışları vardır. Biləsuvar rayon məhkəməsinin qərarı ilə ümumi mülkiyyətdən payı onda bir hissədə müəyyən edilmişdir. Hazırda həyətyanı torpaq sahəsində payının naturada bölünməsini istəsə də, cavabdehlər buna imkan vermir. Odur ki, Biləsuvar rayon Bağbanlar kəndində yerləşən reyester **********07, **********06, **********08 sayli Çıxarışlara əsasən paylı mülkiyyətdə olan 3.0193 hektar, 0,4725 hektar, 1.125 hektar pay torpaq sahəsindən payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə ünvan 1ində 1.125 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********06, qeydiyyat nömrəsi **********) xx.xx.2023-cü il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, İddiaçı və X2 hər birinə 1/ 10 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə ünvan 1ində 3.0193 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********) xx.xx.2023cü il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, İddiaçı və X2 hər birinə 1/10 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətinə ünvan 1ində 0.4725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi **********) xx.xx.2023cü il tarixdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, İddiaçı və X2 hər birinə 1/10 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 222 223-cü maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli № 3-16-16/2-10/777 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-45/2024 saylı mütəxəssis rəyinə əsasən, 127C, 127Z nömrəli (**********08, **********06 reyestr nömrəli) 1,13 və 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin məkan göstəriciləri ilə naturada plana alınmış faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olması müəyyən edildiyindən həmin torpaq sahələrinin naturada bölünməsi barədə tədqiqat aparmaq mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-45/2024 saylı mütəxəssis rəyində və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, ünvan 1i ünvanında yerləşən, Bölgüsü nəzərdə tutulan 127 (**********07 reyestr) nömrəli 3,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb və şərq istiqamətindən gediş-gəliş yoluna çıxışı olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən İddiaçı payına uyğun sahəsnin (1/10 hissə) naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bunun üçün torpaq sahəsinin şimal-qərb küncündən şərq istiqamətdə yol boyu 10 metr məsafədən və cənubqərb küncündən şərq istiqamətdə yol boyu 10 metr məsafədən sonra sərhəd xətti çəkilməlidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edir ki, iddiaçı və cavabdehlər arasında ailə daxili narazılıq səbəbindən aralarında münasibət pozulmuş və iddiaçı mübahisəli torpaq sahəsindən çıxmış, torpaq sahəsi cavabdehlərin istifadəsində qalmışdır. Tərəflər torpaq sahəsindən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçının ümumi əmlakdan istifadə etməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********) əsasən ünvan 1ində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, İddiaçı və X2 paylı mülkiyyətinə verilmiş 3.0193 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb və şərq istiqamətindən gediş-gəliş yoluna çıxışı olmasını nəzərə alaraq həmin torpaq sahəsinin şimal-qərb küncündən şərq istiqamətində yol boyu 10 metr məsafədən və cənub-qərb küncündən şərq istiqamətində yol boyu 10 metr məsafədən sonra sərhəd xətti çəkilməklə İddiaçı torpaq sahəsində olan 1/10 (onda bir) hissədə payı naturada ayrılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********) əsasən ünvan 1ində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, İddiaçı və X2 paylı mülkiyyətinə verilmiş 3.0193 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərb və şərq istiqamətindən gediş-gəliş yoluna çıxışı olmasını nəzərə alaraq həmin torpaq sahəsinin şimal-qərb küncündən şərq istiqamətində yol boyu 10 metr məsafədən və cənub-qərb küncündən şərq istiqamətində yol boyu 10 metr məsafədən sonra sərhəd xətti çəkilməklə İddiaçı torpaq sahəsində olan 1/10 (onda bir) hissədə payı naturada ayrılsın. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının aparılması üçün çəkilmiş 50 (əlli) manat xərc Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5, İddiaçı və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar