Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-348/2023 18.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan evin, kənd təsərrüfatlı təyinatlı pay torpaq sahəsindən payın müəyyən edilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 saylı çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən, **********18 saylı çıxarışa əsasən kənd təsərrüfatlı təyinatlı 1.2148 pay torpaq sahəsindən onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1-də qeydiyyatdadır və həmin evdə ailəsi ilə bərabər yaşamışdır.Onlar ailədə 9 uşaq olmuşlar. O, 2013-ci il tarixə kimi ünvan 1 də valideyinlərilə birlikdə ata evində yaşamışdır. O, ata evindən çıxaraq Biləsuvar rayon ərazisində yaşamaqa başlamış, mütəmadi ata evnə getmək istəsə də, qardaşı Cavabdeh onunla yola getməyərək evdən çıxararaq, onu evinə buraxmamışdır. Bundan sonra ona çatası bütün payların müəyyən edilməsini istəsə də sonradan ancaq həyətyanı torpaq sahəsindən payının müəyyən edilməsi barədə Biləsuvar rayon məhkəməsinə müraciət etmiş, Biləsuvar rayon məhkəməsində onun iddia ərizəsinə baxılaraq iddia təmin edilməklə 2(022)-415/2022 saylı 20 iyul 2022-ci il tarixdə qətnamə qəbul edilmişdir.Bundan sonra o, qərara gəlmişdir ki, həmin torpaq sahəsinin üzərində tikilmiş evdən və əkin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi barədə məhkəməyə müraciət etsin. Onlar ayrılandan sonra onunla yola getməyərək onu, mülkiyyətlərində olan ev, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahəsinə qoymurlar. Həmçinin onların ünvan 1 ünvanında yerləşən 0,17 həyətyanı torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı,bir kuxna,bir hamamdan ibarət yaşayış evi yerləşir. Bu da o deməkdir ki, ata və anasının mülkiyyətində olan ev həm də onun mülkiyyətidir. Həttda kənd təsərrüfatı təynatlı torpaq sahəsində 1.2148 kənd təsərrüfatı təynatlı əkin pay torpaq sahələri vardır. Bu o deməkdir ki, mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həm də onun mülkiyyətidir. Digər tərəfdən ata və anası rəhmətə getmişdir. Qeyd olunan ev isə atası X8 və anası X20 ilə birgə nikahda olduqları müddətdə tikilmişdir. Bundan başqa o, özü uzun müddət fərdi əməklə məşğul olmuş, qazandığı vəsait evin təmirinə və həyətdə olan digər tikililərin tikintisinə sərf edilmişdir. Bundan başqa o, bərabər yaşadıqları müddətdə əldə olunan mülkiyyətdir. Həmçinin Biləsuvar rayon X10 1997-ci il 34 saylı qərarı ilə ailəvi birgə mülkiyyətlərinə həyətyanı torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair şəhadətnamədə 0,17 sot həyətyanı torpaq sahəsi verilmişdir.Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin sıralamasında onun da adı vardır.Hazırda həmin torpaq sahəsində üzərində tikilmiş ev və kənd təsərrüfatı təynatlı pay torpağı sahəsində onun payı olmasına baxmayaraq qeyd olunan torpaq sahəsində istifadə edə bilmir. Odur ki, Biləsuvar şəhəri B.Abbasov küçəsi 47-də yerləşən **********60-10301 çıxarışa əsasən ümumi birgə ailəvi mülkiyyətlərində olan 0,17 sot həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 111.6 kv.m fərdi yaşayış evi olan 2 mərtəbəli, 4 otaqlı, bir kuxna, bir hamamdan ibarət olan evdən, həyətdə olan digər tikililərdən, **********18 saylı çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı 1.2148 pay torpaq sahəsindən onun payının müəyyən edilməsinə dair qətnamə qəbul edilmısini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil X11 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova X4 şəhərində anadan olmaqla, Biləsuvar şəhəri B.Abbasov küçəsi ev 17-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, X3 reyestr nömrəsi **********60-10301 olan ünvan 2 ünvanında yerləşən 111.6 kvm-dən ibarət yaşayış evi tam olaraq, 0,164 ha torpaq sahəsi isə X8, Cavabdeh, X14, X9, X12, X13, X15, X17, X21 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, X16 adına reyestr nömrəsi **********16 olan Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı 1.2148 ha torpaq sahəsi X21, Cavabdeh, X14, X8 və İddiaçı ümumi birgə mülkiyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin 21 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyət hüququ ilə bağlı müraciətinə məhkəmə tərəfindən baxıla biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsin əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. İddiaçı tələbində ünvan 3-də qeydiyyatda olmaqla həmin evdə ailəsi ilə 2013-ci il tarixə kimi bərabər yaşadığını, daha sonra ata evindən çıxaraq Biləsuvar rayon ərazisində yaşamağa başladığını, mütəmadi ata evnə getmək istəsə də qardaşı Cavabdeh onunla yola getməyərək, evdən çıxararaq, onu evinə buraxmadığını, bundan sonra o, həmin torpaq sahəsinin üzərində tikilmiş evdən və əkin torpaq sahəsindən ona düşən payın müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəldiyini göstərmişdir. Ona görə də tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onunla yola getməyərək onu mülkiyyətlərində olan ev, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı əkin pay torpaq sahəsinə qoymur. Həmçinin onların ünvan 1 ünvanında yerləşən 0,17 həyətyanı torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı,bir kuxna,bir hamamdan ibarət yaşayış evi yerləşir. Bu da o deməkdir ki, ata və anasının mülkiyyətində olan ev həm də onun mülkiyyətidir. Həttda kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1.2148 ha əkin pay torpaq sahələri vardır. Bu o deməkdir ki, mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həm də onun mülkiyyətidir. Digər tərəfdən ata və anası rəhmətə getmişdir. Qeyd olunan ev isə atası X8 və anası X20 ilə birgə nikahda olduğu müddətdə tikilmişdir. Bundan başqa o, özü uzun müddət fərdi əməklə məşğul olmuş, qazandığı vəsait evin təmirinə və həyətdə olan digər tikililərin tikintisinə sərf edilmişdir. Bundan başqa o, bərabər yaşadıqları müddətdə əldə olunan mülkiyyətdir. İddia tələbindən göründüyü kimi iddiaçı ünvan 3 ünvanında olan yaşayış evinin ata və anasının birgə nikah dövründə tikilməsini və həmin evin təmin edilməsində və həyətdə olan digər tikililərin tikintisində qazandığı vəsait hesabına iştirak etməsini əsas gətirməklə həmin evdən onun paynın müəyyən edilməli olduğunu göstərmişdir. İddiaçının tələbinin işin faktiki halları ilə müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının istinad etdiyi hal, yəni mübahisə olunan yaşayış evinin ata və anasının birgə nikah dövründə əldə etməsi və həmin evin təmir edilməsi və digər tikililərinin tikilməsində iddiaçının öz qazandığı vəsait hesabına iştirak etməsi ünvan 3 ünvanında olan yaşayış evindən iddiaçının paynın müəyyən edilməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 111.6 kvm-dən ibarət yaşayış evi tam olaraq X1 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Qeydiyyat Şöbəsinin 17 may 2022-ci il tarixl AZ-İİ №275110 saylı X7 görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Qeyd olunan hal mirasın açılması və həmin miras əmlakı qəbul etmiş vərəsələrin miras paylarını tələb etmək hüququnu istisna etmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, X16 adına reyestr nömrəsi **********16 olan Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı 1.2148 ha torpaq sahəsi X21, Cavabdeh, X14, X8 və İddiaçı ümumi birgə mülkiyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödənilməsini tələb edə bildər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının X16 adına reyestr nömrəsi **********16 olan Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı 1.2148 ha torpaq sahəsindən paynın müəyyən edilməsi hissəsində tələbi əsaslıdır. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarış ilə X16, Cavabdeh, X5, X1 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/ hissədə payı müəyyən edilməlidir. 5 Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun bir hissəsinin əvəzi 80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarış ilə X16, Cavabdeh, X5, X1 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 1.2148 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/5 hissədə payı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 80 (səksən) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X27
Məhkəmə qərarları › İş №2(022)-348/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-348/2023
18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver