Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-357/2023 02.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı və X2 iştirakları ilə, İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1, X5 və Məmmədova (Əşrəfova) Leyla Əşrəf qızına qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və X8 cavabdehlər Cavabdeh1, X5 və Məmmədova (Əşrəfova) Leyla Əşrəf qızına qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, **********14 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışına əsasən cavabdehlərlə ümumi birgə mülkiyytlərində olan 1.59 hektar torpaq sahəsindən paylarının naturada ayrılıb verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Biləsuvar rayonu Bəydili kəndində yaşayır. ƏMDK yanında hüquqların Dövlət qeydiyyatı haqqınmda saşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almış və həmin çıxarış ilə ona ailə üzvləri ilə birlikdə ümumi paylı mülkiyyətə 1.59 hektar torpaq sahəsi verilmişdir.Mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən qeydə alınmaqla onlara **********14 saylı çıxarış verilmişdir.Hazırda o, ailə üzvlərindən ayrıldığından ümumi paylı mülkiyyətdə olan payının ayrılmasını tələb etsə də, ümumi razılığa gələ bilmirlər. İddiaçı və X8 iddia tələbini dəqiqləşdirərək DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********14 saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ümumi birgə mülkiyytlərinə verilmiş 1.59 hektar torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı X8 məhkəmə iclasında İddiaçı ilə eyni məzmunda ifadə verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, X9 və Məmmədova (Əşrəfova) Leyla Əşrəf qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçıların izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əşrəfova X4 rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsi ev 74-də qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış **********14 reyestr nömrəli çıxarışından görünür ki, Biləsuvar rayonu Bəydili kəndində 1.59 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq olmaqla İddiaçı, Cavabdeh1, X2, X3, Cavabdeh2 və X10 ümumi birgə mülkiyyətinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ № 256653 saylı X7 surətindən görünür ki, X13 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən edir ki, iddiaçı və cavabdehlər arasında ailə daxili narazılıq səbəbindən aralarında münasibət pozulmuş və iddiaçı mübahisəli torpaq sahəsindən çıxmış, torpaq sahəsi cavabdehlərin istifadəsində qalmışdır. Tərəflər torpaq sahəsindən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmiş, həmçinin iddiaçının ümumi əmlakdan istifadə etmələri mümkün olmamışdır. Məhkəmə işin müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda daha sonra göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 222.1 və 222.2-ci maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. İşdə olan Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə dövlət rüsumuna görə 100 manat məbləğdə ödəniş edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və buna görə də, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********14 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı, Cavabdeh1, X2, X3, Cavabdeh2 və X10 ümumi birgə mülkiyyətinə verilmiş Biləsuvar rayonu Bəydili kəndində yerləşən 1.59 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/6 hissədə və X2 1/ hissədə payları müəyyən edilsin. 6 Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı və X6 verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X14
Məhkəmə qərarları › İş №2(022)-357/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-357/2023
02.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver