Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-398/2023 16.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X4 X1 Bəxtiyar Urşan oğluna qarşı Salyan meşəbəyliyinin 5 saylı meşə dolayının 11-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 3,5 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi və meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində vurulmuş zərərin əvəzi qismində 320 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X4 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı Salyan meşəbəyliyinin 5 saylı meşə dolayının 11-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 3,5 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi və meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində vurulmuş zərərin əvəzi qismində 320 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 4-cü bəndinə və Azərbaycan Respublikası Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən meşə fondu torpaqları müstəsna dövlət mülkiyyətidir və həmin torpaq sahələri özəlləşdirilmir. Meşə fondu torpaqlarının təyinatının dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətindədir. Yəni meşə fondu torpaqlarının təyinatı dəyişdirilmədən orada təsərrüfat işlərinin aparılması qadağandır. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 23 may 2022-ci il tarixdə Mərkəzin Salyan meşəbəyliyinin 5 saylı meşə dolayının 11-ci kvartalına baxış zamanı 3,5 hektar torpaq sahəsində Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Cavabdeh qeyri-qanuni olaraq taxıl əkməsi və həmin torpaq sahəsinin 0,8 hektar hissəsində biçənək və otlaq sahəsinin məhv edilməsi faktları aşkar edilmişdir. Fakt üzrə 23 may 2022-ci il tarixdə 002628 saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin 0,8 hektar hissəsində biçənək və otlaqların məhv edilməsi nəticəsində X6 320 manat məbləğində maddi ziyan vurduğu müəyyən olunmuşdur. Cavabdehdən həmin torpaq sahəsinin boşaldılması yazılı qaydada tələb olunsa da, Cavabdeh hal-hazıradək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin X4 Təsərrüfatı Mərkəzi əməkdaşlarının qanuni tələblərinin icrasından imtina etmişdir. Sonda, Nümayəndə iddianın təmin edilərək, Salyan meşəbəyliyinin 5 saylı meşə dolayının 11-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 3.5 hektar torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi və meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində X6 vurulmuş zərərin əvəzi qismində 320 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbləri və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məkəməyə gəlməmişdr. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 may 2022-ci il tarixli, 002628 saylı aktdan görünür ki, Salyan meşəbəylinin 5 saylı meşə dolayının 11-ci kvartalına baxış keçirilmiş, baxış zamanı Biləsuvar rayonu, Aşağı Cürəli kənd sakini Cavabdeh həmin ərazidə 3,5 hektar sahədə taxıl əkdiyi və sonuncu tərəfindən 3,5 hektar torpaq sahəsinin 0,8 hektar ölçüdə hissəsində biçənək və otlaq sahəsinin məhv edildiyi müəyyən edilmişdir. Mülki işdə olan hesabatdan görünür ki, Cavabdeh tərəfindən Salyan meşəbəylinin 5 saylı meşə dolayının 11-ci kvartalında zəbt edilmiş 3,5 hektar torpaq sahəsinin 0,8 hektar hissəsində biçənək və otlaqların məhv edilməsi nəticəsində X6 dəymiş ziyanın miqdarı 320 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci maddəsinə görə meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir. Həmin Məcəllənin 11-ci maddəsinə görə Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 37-ci maddəsinin 1-ci hissəsinə görə meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində istifadə hüququ dedikdə müvafiq qərar (müqavilə) əsasında yalnız torpaq vergisi ödəmək şərti ilə ondan daimi və ya müvəqqəti olaraq əvəzsiz istifadə etmək başa düşülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin X4 X2 meşəbəyliyinin 5 saylı meşə dolayının 11-ci hissəsində özbaşına zəbt etdiyi 3,5 hektar ölçüdə torpaq sahəsi Cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməklə, iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 27 dekabr 1993-cü il tarixli, 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 30 sentyabr 2004-cü il tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 nömrəli Qərarı ilə təsdiq edilmiş «Meşələrin bərpası işləri üçün nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və cücərtilərin məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər»in 3 nömrəli əlavəsinin 2.3-cü bəndinə görə meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarında yaşılaşdırılmamış otların (bataqlaşmış otlardan başqa) məhv edilməsi və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə hər hektar üçün ödənilən zərərin məbləği 400 manatdır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində X6 320 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi qismində 320 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 241-244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X4 Təsərrüfatı Mərkəzinin iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 X2 meşəbəyliyinin 5 saylı meşə dolayının 11-ci kvartalında özbaşına zəbt etdiyi 3,5 (üç tam onda beş) hektar ölçüdə torpaq sahəsindən çıxarılaraq, həmin sahə X4 Təsərrüfatı Mərkəzinə təhvil verilsin və həmin torpaq sahəsi Cavabdeh vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X4 Təsərrüfatı Mərkəzinin xeyrinə vurulmuş zərərin əvəzi qismində 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Biləsuvar Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-398/2023
Biləsuvar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(022)-398/2023
16.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver