Məhkəmə qərarları › İş №2(022)-40/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-40/2023

22.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-40/2023 22.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı vəkili X11 cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X7 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X10 əsasən mülkiyyətində olan 1,799 hektar torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X10 əsasən mülkiyyətində olan 1,799 hektar torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə cavabdehlər Cavabdeh1 və X6 həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayır. Ümumi mülkiyyətində 2,52 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə verilmişdir.Həmin torpaq sahəsinin 1,799 hektarı kəndin bir hissəsində, 0,7187 kvadrat metri isə kəndin başqa bir hissəsində yerləşir. Buna dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X5 da vardır. Mülkiyyətində olan torpaq sahəsinin 1,799 hektar hissəsi olan ərazisi cavabdehlər tərəfindən tutulmaqla torpaq sahəsindən istifadə etməyə imkan verilmir. Odur ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X10 əsasən mülkiyyətində olan 1,799 hektar torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilməklə cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili X13 iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X12 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini, ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilini və cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həbibov X9 rayonu Aşağı-Cürəli kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu Aşağı-Cürəli kəndi ərazisində İddiaçı, X8 və X3 ümumi birgə mükiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.7187 ha torpaq sahəsi (reyestr nömrəsi **********73 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il ) verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar rayonu Aşağı-Cürəli kəndi ərazisində İddiaçı, X8 və X3 ümumi birgə mükiyyətlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 1.7999 ha torpaq sahəsi (reyestr nömrəsi **********75 olan, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022ci il) verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyannaməsinin 18-ci maddəsinə əsasən hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X15rşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən tövsifdən asılı deyildir. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da mülkiyyət hüquqları sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/3560 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 2023-cü il tarixli, 3-21-3-44/2-1868/2023 saylı mütəxəssis rəyinə əsasən, Biləsuvar rayonu Aşağı Cürəli kəndi ərazisində Torpağa mülkiyyət hüququna dair JN-027 nömrəli Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş (iki hissəli 27/0,72 ha və 27A/1,80 ha) cəmi 2,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 27A/1,80 ha hissəsinin sənəd üzrə sərhəd mərzlərinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və həmin 27A saylı 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,79 hekatradək hissəsinin Cavabdeh2 faktiki istifadə etdiyi iddia olunan ərazi kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edildmişdir.27A saylı 1,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qalan 0,01 hektaradək hissəsinin isə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin qərb istiqamətində hüdudlarından kənarda, istifadə edilməyən ərazidə yerləşdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Aşağı Cürəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında iş üzrə cavabdeh X1 sakinləri arasında Cavabdeh2 kimi tanındığı, X12 və Cavabdeh2 eyni şəxs olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Biləsuvar rayonu Aşağı-Cürəli kəndi ərazisində İddiaçı, X8 və X3 ümumi birgə mükiyyətinə verilmiş 1.7999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,79 ha hissəsindən çıxarılmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ödənilmiş 103 (yüz üç) manat məbləğdə pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 80 manat cavabdeh X4 tutularaq İddiaçı və ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestrindən 26 iyul 2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Biləsuvar rayonu Aşağı-Cürəli kəndi ərazisində İddiaçı, X8 və X3 ümumi birgə mükiyyətinə verilmiş 1.7999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,79 ha hissəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ödənilmiş 103 (yüz üç) manat məbləğdə pul vəsaiti cavabdeh X4 tutularaq İddiaçı və ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar