Məhkəmə qərarları › İş №2(022)-401/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-401/2023

16.11.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-401/2023 16.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 07 fevral 2023-cü il tarixdə Ərizəçi qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin ərizə icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 16 noyabr 2023-cü il tarixə təyin edilmişdir. 16 noyabr 2023-cü il tarixdə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hazırki, mülk işlə bağlı məhkəmə-psixiatrik-ekspertizasının təyin edildiyini o, isə qardaşı Ş.B.Kərimovu ekspertizaya apara bilmədiklərinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. O, hazırda mülki işin mahiyyəti üzrə baxılmasını istəmədiyini, işə onun iştirakı olmadan baxılmaqla, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi X3 məhkəmə iclasında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və ərizənin geri qaytarılmasına razı olduğunu bildirdi. Həmçinin maraqlı şəxsin nümayəndəsi M.A.Qurbanov ərizənin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə maraqlı şəxsin nümayəndəsi M.A.Qurbanov dinləyərək və işdə olan sənədləri tədqiq edərək, hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi qardaşı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar