Məhkəmə qərarları › İş №2(022)-487/2023

Biləsuvar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(022)-487/2023

05.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-487/2023 05.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun müdiri Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh3 Almazxan oğluna, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğluna qarşı cavabdehlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, həmin sahədə iddiaçı tərəfindən əkin, becərmə və biçin işlərinin aparılması, cavabdehlər tərəfindən iddiaçının və onun ailə üzvlərinin həmin torpaq sahəsinə daxil olmasına maneçilik törədilməsinin qadağan edilməsi, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat və hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əliyev X2 Atamalı Almazxan oğluna, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğluna qarşı cavabdehlərin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmaları, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, həmin sahədə iddiaçı tərəfindən əkin, becərmə və biçin işlərinin aparılması, cavabdehlər tərəfindən iddiaçının və onun ailə üzvlərinin həmin torpaq sahəsinə daxil olmasına maneçilik törədilməsinin qadağan edilməsi, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat və hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmədə iddia tələbini müdafiə edərək, bildirdi ki, o, uzun müddətdir ki müəllim kimi fəaliyyət göstərir. O, mübahisə predmeti olan torpaq sahəsini 23 noyabr 2022-ci il tarixdə X1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 5.400 manat məbləğində pul vəsaiti qarşılığında almışdır. Lakin o, həmin torpağı atası İddiaçı adına rəsmiləşdirmişdir. Həmin torpaq 2.2230 hektar ölçüdə olmaqla, əkinçilik üçün yararlı olmuşdur. Sonradan həmin torpaq səhəsində Cavabdeh3 Almazxan oğlu, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlu adlı şəxslər tərəfindən şum işləri aparıldığı xəbər vermilmişdir. O, həmin şəxsləri torpaq sahəsindən çıxarmaq məqsədi ilə sonuncularla görüşmüşdür. Lakin iş üzrə cavabdehlər ona həmin torpaq sahəsini Vəli adlı keçmiş polis mayorundan 10 il müddətinə icarəyə götürdüklərini və həmin şəxsə 10 illik icarə haqqını əvvəlcədən ödədiklərini bildirmişlər. O, cavabdehlərdən həmin torpaq sahəsini rəsmi qaydada aldığını, ərazinin ona məxsus olduğunu və torpaqdan çıxmalarını tələb etsə də, sonuncular onun tələbinə əhəmiyyət verməmiş və torpaq sahəsini şumlamağa davam etmiş, hətta oraya arpa toxumu əkmişlər. Bundan sonra o, bu barədə dərhal torpaq sahəsini aldığı və Biləsuvar rayonu ərazisində müxtəlif yerlərdə torpaq alqı-satqısı ilə məşğul olan E.H.Dadaşova məlumat vermişdir. E.H.Dadaşov ona bildirmişdir ki, təxminən bir il əvvəl Vəli adlı polis mayoru, maddi vəziyyəti aşağı olduğuna görə, həmin torpaq sahəsini ona satmağı təklif etmiş və sonuncu da bu təklifi qəbul edərək, torpaq sahəsini almışdır. Lakin E.H.Dadaşov həmin torpaq sahəsinin ölçüsü 10 hektardan az olduğuna görə orada heç bir tikinti və ya əkinçilik fəaliyyəti həyata keçirməmiş, habelə cavabdehlərin həmin torpaq sahəsində əkin işləri aparmalarına göz yummuşdur. Bundan sonra o, cavabdehlərin həmin torpaq sahəsindən könüllü çıxmayacaqlarını anlayaraq, həmin sahədə özü əkinçiliklə məşğul olmaq qərarına gəlmiş və ərazini traktor vasitəislə şumlatmaq qərarına gəlmişdir, lakin həmin vaxt cavabdehlər torpaq sahəsinə daxil olaraq ona hücum etmiş və traktorun fara şüşəsini sındırmışlar. Bundan sonra o, Biləsuvar rayon polis şöbəsinə müraciət etsə də, polis əməkdaşları məsələnin mülki mübahisə olduğunu və həmin problemin həlli ilə bağlı məhkəmə müraciət etməsini ona məsləhət görmüşlər. Buna görə də o, 2023-cü ilin yanvar ayında hazırkı iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1la görüşmüş və həmin vəkil ona 400 manat qonorar qarşılığında hüquqi yardım göstərmək barədə müqavilə bağlamışdır. Cavabdehlər mübahisə predmeti olan torpaq sahəsində arpa əkmiş və məhkəməyə iddia ərizəsi verildiyi 28 fevral 2023-cü il tarixdən hazırki tarixədək prosesi yubatmağa cəhd etmişlər. Belə ki, artıq iyun ayında onlar əkdikləri məhsulun yığımını həyata keçirmiş və torpaq sahəsindən getmişlər. Lakin o, həmin şəxslərin təkrarən gəlib, onun torpağını zəbt edəcəkələrindən ehtiyat etdiyinə və onun həmin şəxslərin onun həmin torpaq sahəsindən istifadəsinə təkrarən maneçilik yaradacaqlarını güman etdiyinə görə məhkəmə qətnaməsi ilə həmin şəxslərin torpaq sahəsindən çıxarılmasında təkid edir. Sonda, Nümayəndə2 cavabdehlər Cavabdeh3 Almazxan oğlunun, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlunun İddiaçı məxsus torpaq sahəsindən çıxarılmaları, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, həmin sahədə iddiaçı tərəfindən əkin, becərmə və biçin işlərinin aparılması, cavabdehlər tərəfindən iddiaçının və onun ailə üzvlərinin həmin torpaq sahəsinə daxil olmasına maneçilik törədilməsinin qadağan edilməsi, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat və hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmədə iddia tələbini və iddiaçının nümayəndəsi Nümayəndə2 izahatını müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3 Almazxan oğlu, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İşdə olan 23 noyabr 2022-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsindən görünür ki, Biləsuvar şəhəri ərazisində yerləşən 2.223 hektar ölçüdə torpaq sahəsini İddiaçı 5.400 manat məbləğində pul vəsaiti qarşılığında X1 almışdır. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Biləsuvar şəhəri ərazisində yerləşən 2.2230 hektar ölçüdə torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Torpaq sahəsi üzərində həmin hüquq daşınmaz əmlakın dövlət reyetsrində **********18 reyestr nömrəsi ilə qeydə alınmışdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan 2.2230 hektar ölçüdə torpaq sahəsi İddiaçı Şaal oğlunun mülkiyyətindədir və torpaq sahəsi üzərində həmin hüquq daşınmaz əmlakın dövlət reyetsrində **********18 reyestr nömrəsi ilə qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsinə olan mülkiyyət hüququ bu barədə 20 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə 29-cu maddəsinin İV bəndinin tələbinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 152.1-152.3-cü maddələrinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin maddənin 4-cü bəndinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh3 Almazxan oğlu, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Biləsuvar şəhəri ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********18 nömrəsi ilə qeydə alınmış 2,2230 hektar ölçüdə torpaq sahəsindən çıxarlmalı, cavabdehlərin həmin torpaq sahəsindən istifadə ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulmalıı, həmin sahədə iddiaçı tərəfindən əkin, becərmə və biçin işlərinin aparılmasına, habelə iddiaçının və onun ailə üzvlərinin həmin torpaq sahəsinə daxil olmasına cavabdehlər tərəfindən maneçilik törədilməsi qadağan edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 100 manat, habelə iş üzrə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh3 Almazxan oğlu, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş, Biləsuvar şəhəri ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********18 nömrəsi ilə qeydə alınmış 2,2230 hektar ölçüdə torpaq sahəsindən çıxarılsınlar. Cavabdeh3 Almazxan oğlunun, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlunun mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan, Biləsuvar şəhəri ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********18 nömrəsi ilə qeydə alınmış 2,2230 hektar ölçüdə torpaq sahəsindən istifadə ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulsun, həmin sahədə İddiaçı tərəfindən əkin, becərmə və biçin işlərinin aparılmasına, habelə İddiaçı və onun ailə üzvlərinin həmin torpaq sahəsinə daxil olmasına Cavabdeh3 Almazxan oğlu, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlu tərəfindən maneçilik törədilməsi qadağan edilsin. Cavabdeh3 Almazxan oğlundan, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlundan iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat və hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 (dörd yüz) manat, cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə müştərək qaydada tutulsun. Cavabdeh3 Almazxan oğlu, Cavabdeh1 və Cavabdeh2 Almazxan oğlu qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Biləsuvar Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar