Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-488/2025 18.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sərhəd mərzinin bərpası tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan JN-376A saylı şəhadətnaməyə əsasən 0,25 hektar torpaq sahəsindən çıxarılması və sərhəd mərzinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sərhəd mərzinin bərpası tələbinə dair 2(022)-488/2025 saylı mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sərhəd mərzinin bərpası tələbinə dair 2(022)-488/2025 saylı mülki iş üzrə icrrat təzələnmiş, məhkəmə baxış iclası 18 dekabr 2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş, iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmışlar. İş materiallarında olan məhkəmə bildirişinin alınmasına dair xəbərnamədən görünür ki, İddiaçı 18 dekabr 2025-ci il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə baxışının keçirilməsinə dair məhkəmə bildirişini 08 dekabr 2025-ci il tarixdə məhkəmə sənədinə imza etməklə almışdır. Məhkəmə iclasında Cavabdeh iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iddiaçının ərizəsini və əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və sərhəd mərzinin bərpası tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-488/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-488/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver