Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-491/2023 24.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobilin ərizəçinin mülkiyyətində olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobilin ərizəçinin mülkiyyətində olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobil mülkiyyət hüququ ilə Maraqlı şəxs2 məxsus olmuş, lakin o, həmin nəqliyyat vasitəsini 26 may 2022-ci il tarixdə sonuncudan alqı-satqı müqaviləsi əsasında 50.000 manat məbləğinə almışdır. Həmçinin onda həmin avtomaşını idarə etmək, nəqliyyat vasitəsinə dair sərəncam vermək və digər hərəkətlər etmək hüququ verən etibarnamə də vardır. O, “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyət hüququnu qeydiyyata almaq istədiyi zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin ona ünvanladığı məktubla həmin nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun qeydiyyatından imtina edilmiş və məsəslə ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə ki, məktubda ümumi sözlərlə göstərilmişdir ki, güya “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşın “İnterpol” tərəfindən axtarışdadır, buna görə də həmin nəqliyyat vasitəsinə hüquqların dövlət qeydiyyatı mümkün deyil. O, həmin faktla bağlı avtomobili aldığı şəxsə - Maraqlı şəxs2 bildirmiş və sonuncu həmin nəqliyyat vasitəsini X1 adlı şəxsdən 43.300 ABŞ dolları qarşılığında aldığını, lakin alqı-satqı prosesi yekunlaşdıqdan 3 ay sonra “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomaşının qanunsuz yolla əldə edildiyini və “İnterpol” tərəfindən axtarışda olduğunu öyrənmişdir. Maraqlı şəxs2 Z.M.Əsədova məsələ barədə bildirərək, sonuncudan pulunu istəmiş, lakin ala bilməmişdir. 2022-ci ildən hazırki tarixədək “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsindədir və o, həmin nəqliyyat vasitəsini qanuni olaraq Maraqlı şəxs2 almışdır. O, avtomaşının vicdanlı sahibidir və həmin avtomobilin qanunsuz üsullarla əldə edilməsində onun heç bir təqsiri yoxdur. Bundan başqa, o bildirdi ki, onun ərizəsinə əlavə etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2022-ci il tarixli qərarla nəqliyyat vasitəsinin oğurlanması və “İnterpol” xətti üzrə axtarışda olmasından Maraqlı şəxs2 və onun məlumatı olmamış, habelə avtomobilin oğurlanması ilə sonuncunun hərəkətləri arasında heç bir əlaqə olmamışdır. Əgər həmin avtomobil qanunsuz surətdə əldə edilmişdirsə, əvvəlcədən heç bir kəsin adına rəsmiləşdirilməməli idi və həqiqətən də həmin nəqliyyat vasitəsi axtarışdadırsa, bu barədə cinayət işi açılsın, təqsirli şəxslər müəyyən edilsin, nəticədə o da ona dəymiş maddi ziyanın ödənilməsini həmin şəxslərdən tələb etsin. Bundan əlavə o qeyd etdi ki, əgər hazırkı mübahisə predmeti olan avtomaşın qanunsuz olaraq əldə edilmişdirsə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat-imtahan və Texniki baxış Şöbəsi ona 26 may 2022-ci il tarixli nəqliyyat vasitəsinə dair etibarnaməni qeydə almamalı idi. O, həmin avtomobilə xeyli miqdarda xərc çəkmişdir və 1 ildən çoxdur ki, nəqliyyat vasitəsini idarə edir. Lakin ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobilə dair onun xeyrinə qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə məktub gələnə kimi həmin nəqliyyat vasitəsinin axtarışda olması haqqında heç bir məlumatı olmamışdır. Sonda, Ərizəçi “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili vicdanlı şəkildə əldə etdiyini və həmin nəqliyyat vasitəsinin oğurlanmasında onun və ya Maraqlı şəxs2 təqsiri olmadığnı nəzərə alaraq, avtomaşının onun mülkiyyətində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilmir və məhkəmənin nəzərinə çatdırır ki, o, 26 may 2022-ci il tarixdə , “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili Ərizəçi satmışdır, həmin avtomobilə dair heç bir iddiası yoxdur və “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ərizəçi mülkiyyətinə verilməsinə etiraz etmir. Sonda Maraqlı şəxs2 işə onun iştirakı olmadan baxılmasını və ərizəçinin tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat-imtahan və Texniki baxış Şöbəsi tərəfindən tərtib edilmiş qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH- *** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobil 27 yanvar 2022-ci il tarixdə Maraqlı şəxs2 adına rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyatimtahan və Texniki baxış Şöbəsi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli nəqliyyat vasitəsinin etibarnaməsinin surətindən görünür ki, Maraqlı şəxs2 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) nəqliyyat vasitəsinə dair həmin avtomaşını idarə etmək, bağışlamaq, qeydiyyata almaq, qeydiyyatdan çıxarmaq, avtomobilə dair sərəncam vermək və ərizə vermək kimi səlahiyyətləri etibarnamə üzrə Ərizəçi həvalə etmişdir. İş materiallarına əlavə edilmiş 26 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinindən görünür ki, Maraqlı şəxs2 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobili 50.000 manat pul vəsaiti qarşılığında Ərizəçi satmışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 iyun 2022-ci il tarixli qərarın surətindən görünür ki, 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobil rəsmiləşdirilən zaman həmin nəqliyyat vasitəsinin axtarışda olması barədə heç bir məlumat olmamış, habelə avtomaşının oğurlanması və ya axtarışa verilməsi ilə Maraqlı şəxs2 hərəkətləri arasında heç bir səbəb-nəticə əlaqəsi olmamışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 3-13-16/2-8-5878/11 nömrəli məktubdan görünür ki, 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobil Niderlan Krallığında axtarışda olduğuna görə həmin nəqliyyat avsitəsinə dair Ərizəçi xeyrinə qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 06 iyun 2023-cü il tarixli “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyüter çıxarışlarından görünür ki, “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil 25 noyabr 2014-cü il tarixli, 02 mart 2015-ci il traixli, 11 yanvar 2019-cu il tarixli, 12 aprel 2019-cu il tarixli və 07 dekabr 2021-ci il tarixli qeydiyyat şəhadətnamələri ilə “B.İ.R.O” məhdud məsuliyyətli cəmiyyətinə və 27 yanvar 2022-ci il tarixli qeydiyyat şəhadətnaməsi ilə isə Maraqlı şəxs2 məxsus olmuşdur. Maraqlı şəxs2“X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı alqı-satqı müqaviləsi əsasında 26 may 2022-ci il tarixli və 20 iyun 2023cü il tarixli etibarnamələr ilə həmin avtomobilə sərəncam hüququnu Ərizəçi vermişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat-imtahan və Texniki baxış Şöbəsi tərəfindən tərtib edilmiş qeydiyyat şəhadətnaməsi ilə Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş və sonuncu 26 may 2022-ci il tarixdə həmin nəqliyyat vasitəsinə dair hüquqları Ərizəçi etibarnamə üzrə həvalə etmişdir. 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobilin “İnterpol” tərəfindən axtarışda olması və ya qanunsuz surətdə əldə olunması ilə bağlı Bakı şəhəri, Nəsimi rayon polis idarəsi tərəfindən araşdırılma aparılmış və həmin avtomaşının oğurlanması ilə Maraqlı şəxs2 hərəkətləri arasında əlaqənin olmaması müəyyən edilmişdir. Ərizəçi mübahisə predmeti olan avtomaşını Maraqlı şəxs2 26 may 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır, lakin sonradan ərizəçi həmin nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnu qeydiyyata aldırmaq istədiyi zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcələsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır, o cümlədən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına görə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarına görə dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinin tələbinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarına əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmin Qərara əsasən məhkəmə tərəfindən iş üzrə yeni qərar qəbul edilərkən reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının nəzərə alınmaması, mübahisənin vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericiliklə müəyyən edilmiş müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməməsi ərizəçinin və ya iddiaçının mübahisə predmeti olan daşınmaz əşyaya qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz edəcəkdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Nazırlər Kabinetinin 05 mart 1999-cu il tarixli, 39 saylı qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.6-cı bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi vaxtdan bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsini həyata keçirməlidirlər. Həmin Əsasnamənin 2.8-ci bəndinə görə məhkəmə qərarı nəqliyyat vasitəsinin sahibliyini təsdiq edən sənədlər sırasına daxildir. “Mexaniki nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasitəsi nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyata alınır. Həmin Əsasnamənin 14-cü bəndinə görə qeydiyyat məntəqəsi nəqliyyat vasitəsini qeydiyyata almaqdan imtina etdikdə, nəqliyyat vasitəsinin sahibinə imtinanın səbəbləri barədə yazılı məlumat verməlidir. “Mexaniki nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 15-ci bəndinin tələbinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması üşün həmin Əsasnamə ilə müəyyən olunmayan sənədləri tələb edən, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında süründürməçiliyə yol verən və ya nəqliyyat vasitəsinin qeydiyyata alınmasından qanunsuz olaraq imtina edən qeydiyyat məntəqəsinin vəzifəli şəxsləri Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.8-ci maddəsinə əsasən inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam qarşılıqlı etimaddır. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobilin mülkiyyət hüququ ilə ona məxsus olmasını başqa qaydada təsdiq etmək imkanı yoxdur. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə yeni qərar qəbul edilditi zaman nəqliyyat vasitələrinin reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının nəzərə alınmaması, mübahisənin vicdanlı sahiblik, əqdlərin etibarsızlığı ilə bağlı mülki qanunvericiliklə müəyyən edilmiş müddəaların məzmununa və legitim məqsədinə uyğun həll edilməməsi Ərizəçi “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobili qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz edəcəkdir. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. İşdə olan sübutlarla təsdiq olunur ki, Ərizəçi “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobili Maraqlı şəxs2 26 may 2022-ci il tarixdə qanuni əsaslarla almışdır. Ərizəçi həmin avtomaşının alqı-satqı prosesi reallaşdığı zaman nəqliyyat vasitəsinin “İNTERPOL” tərəfindən axtarışda olmasından xəbərdar olmamışdır. Buna görə də Ərizəçi, Azərbaycan Respublikası Mülki Məcələsinin 182.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə vicdanlı əldə edən hesab edilir. Belə ki, Ərizəçi əşya - “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil – ona verilənə qədər, yəni onun mülkiyyətinə keçənə qədər həmin əşyanın qanunsuz olaraq əldə edilməsini və axtarışda olduğunu bilməmişdir. Bundan başqa, ərizəçi həmin avtomaşının özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığını bilməli də deyildir, çünki həmin avtomobil sonuncunun mülkiyyətinə keçənə qədər “B.İ.R.O” məhdud məsuliyyətli cəmiyyətinin və Maraqlı şəxs2 qanuni olaraq mülkiyyətində və onun qanuni sahibliyində olmuş və həmin faktlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat-imtahan və Texniki baxış Şöbəsi tərəfindən Maraqlı şəxs2 verilmiş qeydiyyat şəhadətnaməsi ilə və Ərizəçi verilmiş nəqliyyat vasitəsi üzərində hüquqları təsdiq edən etibarnamə vasitəsi ilə sübut olunur. Buna görə də Ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat-imtahan və Texniki baxış Şöbəsinin təqdim etdiyi həmin sənədlərə etimad göstərərək, mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı alqı-satqı müqavilə tərtib etməklə almışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən Ərizəçi inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş 27 yanvar 2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və Ərizəçi adına rəsmiləşdirilmiş 26 may 2022-ci il tarixli nəqliyyat vasitəsinin etibarnaməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat-imtahan və Texniki baxış Şöbəsi tərəfindən qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobilin Ərizəçi mülkiyyətində olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. 2014-cü il buraxılışlı “X3 Minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı (SALWA2A2FF3EA348075 ban nömrəli) avtomobilin Ərizəçi mülkiyyətində olması faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-491/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-491/2023
24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver