Məhkəmə qərarları › İş №2(022)-5/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-5/2024

15.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-5/2024 15.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı Sabirabad Regional X1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sabirabad Regional X2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Salyan meşəbəyliyinin 10-cu kvartalında Cavabdeh tərəfindən özbaşına tutduğu (zəbt etdiyi) 1 ha ərazinin üzərində 0.8 ha torpaq sahəsində qeyri-qanuni olaraq kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsi üçün 35 x 8 metr ölçüdə mişar daşından inşa edilmiş tövlə və 7 x 10 metr ölçüdə mişar daşından inşa edilmiş tikili tikilmiş torpağın və tikililərin istifadəsinə qadağa qoyiulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Sabirabad Regional X2nə təhvil verilməsi, meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 6407 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Yusif Məmmədov xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, hazırkı işə baxılmasını istəmədiklərini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Sabirabad Regional X1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar