Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-553/2023 24.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi X8, Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, oğlu Bayramlı Turan Əkrəm oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X10 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2004-cü ildə anadan olmuş ərizəçinin oğlu Bayramlı Turan Əkrəm oğlu uşaqlıqdan serebral iflic xəstəliyindən əzab çəkir və öz hərəkətlərini tam olaraq idarə edə bilmir. Ətraf aləmlə münasibəti yoxdur, hərəkətlərinin mənasını dərk etmir, zəruri emiyaclarını yalnız ərizəçinin köməkliyi ilə yerinə yetirir, bu səbəbdən də ona İ qrup əlillik dərəcəsi verilmiş, təqaüd təyin edilmişdir. Lakin hazırda Turan Bayramlı yetkinlik yaşına çatdığından ərizəçinin himayəçilik hüquqları başa çatmışdır, ona qəyyum təyin edilməlidir. Eyni zamanda Bayramlı Turan öz hərəkətlərini idarə edə bilmədiyindən fəaliyyət qabiliyyəti olmayan sayılmalıdır. Ərizəçi onu Bakı şəhərində Avrasiya Hospitalında, “General Hospital" Tibb Mərkəzində, X6, X5 və digər xəstəxanalarda müayinə və müalicələr etdirmiş, lakin onun xəstəliyi sağalmayan xəstəliklər sırasındadır. Həmin xəstəxanaların verdiyi diaqnoza görə anadangəlmə dekompensə olunmuş hidrosetaliya; spastik tetropleqiya; hər iki beyin yarımkürəsində çox saylı qliotok ocaqlar; simptomatik epilepsiya xəstəliyi aşkar olunmuş nəhayət sonuncu müalicədən sonra əsas diaqnoz kimi G80.0 kvadropleqik spastik serebral iflic diqanozu qoyulmuşdur. Oğlunun orqanizm funksiyasının pozulması 100 faiz müəyyən edilmiş, əmək qabiliyyətsiz hesab edilmişdir. Ona görə də xəstəliyinə görə oğlu üçün təyin edilmiş İ qrup əlillik dərəcəsinə dair ona verilən təqaüd yetkinlik yaşına çatdıqdan sonra dayandırılmış və ona izah edilmişdir ki, Bayramlı Turan məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, sonradan ona qəyyum təyin edilməlidir.Sonda Ərizəçi nümayəndəsi X10 xx.xx.2004-cü ildə anadan olmuş Bayramlı Turan Əkrəm oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Şirvan-Salyan regional filialının 16 mart 2023-cü il tarixli № 3-17-1/2-B-56553/2023 saylı arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı Şirvan-Salyan regional filialının Biləsuvar rayon qəbul şöbəsindən övladı Bayramlı Turan Əkrəm oğluna sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət üzrə aylıq 200 manat olmaqla xx.xx.2022-ci il tarixədək sosial müavinət və xx.xx.2022-ci il tarixədək 80 manat Prezident təqaüdü almışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi bölmələrini idarəetmə birliyi” publik hüquqi şəxs Uşaq nevroloji xəstəxanası publik hüquqi şəxsin 01 dekabr 2020-ci il tarixli № 1486 saylı rəyində Bakı şəhəri X6 ambulator şəkildə xx.xx.2020-ci il tarixdə müayinədən keşirilmiş xx.xx.2004-cü il təvəllüdlü Bayramlı Turan Əkrəm oğluna anadangəlmə dekompensə olunmuş hidrosefliya (Qos) spastik tetrapleqiya (G82.4) simptomatik eplepsiya (G 40.2) diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 xx.xx.2023cü il tarixli 1897 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Bayramlı Turan Əkrəm oğlunda AĞİR ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - körpəlikdən nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X6, Neyrocərrahiyyə Xəstəxanasında, İran İslam Respublikasının Təbriz şəhərində nevroloji klinikada müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, ünsiyyətə çətin daxil olması, söz ehtiyatının son dərəcə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, Bayramlı Turan Əkrəm oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: sual: 25 oktyabr 2004-cü il tarixdə anadan olmuş Bayramlı Turan Əkrəm oğlu psixi vəziyyətinə görə öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarındadırmı? cavab: Bayramlı Turan Əkrəm oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bayramlı Turan Əkrəm oğlu psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Bayramlı Turan Əkrəm oğlunda AĞİR ƏQLİ GERİLİK UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ (F72) xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 24 oktyabr 2004-cü ildə Biləsuvar şəhərində anadan olmuş Bayramlı Turan Əkrəm oğlu fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 24 oktyabr 2004-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş Bayramlı Turan Əkrəm oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə Bayramlı Turan Əkrəm oğlu üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2(022)-553/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-553/2023
24.08.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver