Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-563/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı 07 fevral 2023-cü il tarixli, 13 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının laborant vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasına dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 29 mart 2023-cü il tarixdə İddiaçı Cavabdehnə qarşı 07 fevral 2023-cü il tarixli, 13 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının laborant vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 27 aprel 2023-cü il tarixə təyin edilmişdir. 27 aprel 2023-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən işə bərpa edildiyini, buna görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı 07 fevral 2023-cü il tarixli, 13 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, iddiaçının laborant vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-563/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-563/2023
27.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver