Məhkəmə qərarları › İş №2(022)-594/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-594/2024

16.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-594/2024 16.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ümumi mülkiyyətdə payın müəyyən edilməsi tələbinə dair iddiasına məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən **********05 saylı Çıxarışa əsasən ümumi birgə mülkiyyətlərində olan 3.0057 ha torpaq sahəsindən payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ümumi mülkiyyətdə payın müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı atası Cavabdeh1 tərəfindən payının ayrılaraq ona verilməsini bildirmiş və işə mahiyyəti üzrə baxılmadan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. MPM-in 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə belə hesab edir ki, iddiaçı işə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ümumi mülkiyyətdən payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən “Kapitalbank” sistemi vasitəsilə Biləsuvar rayon məhkəməsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qatarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar