Məhkəmə qərarları › İş №2(022)-621/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-621/2024

24.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-621/2024 24.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X6 oğlunun katibliyi ilə, X2 Biləsuvar rayon Gömrük İdarəsinə qarşı işlədiyi illər ərzində ona ödənilməyən gecə növbəsinə görə 11.592 manat və 2015-2023-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya pulunun ödənilməsi barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 22 aprel 2024-cü il tarixdə X1 rayon Gömrük İdarəsinə qarşı işlədiyi illər ərzində ona ödənilməyən gecə növbəsinə görə 11.592 manat və 2015-2023-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya pulunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24 aprel 2024-cü il tarixdə iddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin icraata götürülmədən geri qaytarılması barədə ərizə verdiyinə görə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərini, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Biləsuvar rayon Gömrük İdarəsinə qarşı işlədiyi illər ərzində ona ödənilməyən gecə növbəsinə görə 11.592 manat və 2015-2023-cü illər ərzində istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya pulunun ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar