Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-69/2023 20.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ İş № 2(022)-69/2023 Azərbaycan Respublikası adından QƏTNAMƏ 20 iyul 2023-cü il Biləsuvar şəhəri Biləsuvar Rayon Məhkəməsi Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın alınıb ona verilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından xx.xx.2020-ci il tarixdə doğulmuş X4 Cavabdeh alınaraq ona verilməsi və hər ay uşağın saxlanılması üçün 200 manat alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Biləsuvar rayonu Ağalıkənd kənd sakini Cavabdeh ilə 2019-cu il tarixdə el adəti ilə toy edərək ailə həyatı qurmuşdur. Onlar qeyri-rəsmi nikahda olmaqla bir yerdə yaşamışlar. Onların qeyri-rəsmi nikahından xx.xx.2020-ci il tarixdə X7 anadan olmuşdur və bundan sonra xx.xx.2021-ci it tarixdə X8 adlı bir qız uşaqları da anadan olmuş, lakin Vəfa adlı uşağı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.Qızının dəfnində cavabdeh onun iştirakına imkan verməmişdir.O, Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət onun valideynlərinə məxsus evdə yaşamışlar. Sonra isə ayrılaraq özlərinə məxsus evdə yaşamağa başlamışlar. O, Arizlə uzun müddət bir yerdə yaşasa da, 2020-ci il tarixindən münasibətləri pozulmuş, son vaxtlar isə Ariz onu edən çıxardaraq bir daha evə buraxmamışdır. Həmin vaxtandan etibarən o, valideynlərinin evində yaşayır. Nəzərə alınmalıdır ki, onun uşağının azyaşlı olmasına baxmayaraq Cavabdeh uşağı öz yanında saxlayır. Uşağının onun yanında qalmasın istəyir. Halbuki, cavabdeh gözdən əlil olduğu üçün uşağa baxa bilməz. Hal-hazırda cavabdeh uşağı ilə əlaqə saxlamağa imkan vermir. Ona görə də uşağını özü saxlamaq istəyir və tərbiyəsi ilə də özü məşqul olmaq istəyir. O, hal-hazırda Biləsuvar rayon Əmənkənd kəndində valideynlərinə məxsus evdə yaşayır və uşağının da onunla bərabər yaşamasını istəyir. Belə ki, cavabdeh onu evdən çıxardıqdan sonra uşaqlarını ona göstərməmiş və nəticədə də bir uşağı vəfat etmişdir. Uşağından ayrı yaşamaq onun üçün bir ana kimi çox çətindir. Odur ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 cavabdehdən alınaraq ona verilməsi və hər ay uşağın saxlanılması üçün 200 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddiaçının eplepsiya xəstəsi olmasını, uşağı tərbiyə etmək iqtidarında olmamasını bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, izahatları dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 1266 saylı doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.2020-ci ildə anadan olmuşdur. Uşağın ata adı qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan 1265 saylı arayışdan görünür ki, xx.xx.2020-ci ildə anadan olmuş X4 xx.xx.2020-ci il tarixdə barəsində Biləsuvar rayon Qeydiyyat Şöbəsi tərəfindən 169 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli MŞİH-11643 saylı ilkin mediasiya sessiyasının arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının saatı və yeri barədə xx.xx.2021-ci il tarixdə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmış, lakin mediasiya sessiyasına gəlməmişdir.Həmçinin İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi» X9 ambulator məhkəmə psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 182 saylı rəyində İddiaçı hal-haxırda öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olduğu göstərilmişdir. İş materiallarında olan Biləsuvar RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində İddiaçı nəvələrini tərbiyə etməsinə əngəl ola biləcək psixi və xroniki xəstəliyinin olmamasını, davranışında uşaq üçün təhlükəli heç bir halın müşahidə edilməməsini, zərərli vərdişinin olmamasını, valideynlik hüquqlarını, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4 və 52-ci maddələrinin tələblərini nəzərə alaraq tərəflərin birgə vətəndaş nikahından olan yetkinlik yaşına çatmayan övladı-27 may 2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmasına əsas verdiyi və uşağın mənafeyinə uyğun olduğu göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uşağın tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 49.2 və 49.3-cü maddəsinin tələbinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikasının qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş X4 azyaşlı olması, bu yaşda olan uşağın müntəzəm olaraq ana qayğısına və himayəsinə ehtiyacının olması, həmin azyaşlı uşağın saxlanılması və maddi tələbağtının təmin edilməsində ananın müstəsna rolunu nəzərə alaraq hesab edir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 Ariz Əliqismət oğlundan alınaraq anası X3 verilməli, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, alimentin tutulması xx.xx.2020-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq anası X3 verildiyi vaxtdan hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir Göstərilənlərə və MPM-nin 216-220, 227, 233.1 və 234-cıü maddələrinə əsasən məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahlarından 27 may 2020-ci ildə anadan olmuş X7 atası Cavabdeh alınaraq anası İddiaçı verilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması xx.xx.2020-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq anası İddiaçı verildiyi vaxtdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev İş № 2(022)-69/2023 Azərbaycan Respublikası adından QƏTNAMƏDƏNÇİXARİŞ 20 iyul 2023-cü il Biləsuvar şəhəri Biləsuvar Rayon Məhkəməsi Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın alınıb ona verilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X7 atası Cavabdeh alınaraq anası X3 verilsin. xx.xx.2020ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat miqdarında aliment alınıb X3 verilsin. Alimentin tutulması xx.xx.2020-ci il təvəllüdlü X4 Cavabdeh alınaraq anası X3 verildiyi vaxtdan hesablansın. Mediasiyaya görə ödənilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 40 (qəırx) manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı X2 xeyrinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(022)-69/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-69/2023
20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver