Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-7/2023 30.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının vəkili X2 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sərhəd mərzlərinin müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətində **********33 reyester nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin sərhəd mərzlərinin müəyyən edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində tikilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2-da yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsi cavabdehə məxsus olan torpaq sahəsi ilə həmsərhəddir. Onun razılığı olmadan cavabdeh sərhəd mərzlərini pozmaqla ona məxsus olan torpaq sahəsinin 0,01 ha sahəsini zəbt etməklə orada toyuq-cücə saxlamaq məqsədilə təxminən 100 kv.m sahəsi olan tövlə inşa etmişdir.Cavabdeh onun doğma əmisidir. Dəfələrlə cavabdehdən xahiş etmişdir ki, onun torpaq sahəsində tikdiyi özbaşına tuikilini söksün və zəbt etdiyi torpaq sahəsini onun sahibliyinə qaytarsın. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək zəbt etdiyi torpaq sahəsini ona qaytarmaqdan imtina edir. O, İİ qrup Qarabağ müharibəsi əlilidir. Bu yaxınlarda Biləsuvar rayon İcra Hakimiyyətindən ona bildirilmişdir ki,”Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nın icrası ilə əlaqədar onun mənzil şəraitinin yaxşılaşdırılması planlaşdırılır. Bunun üçün ona dövlət tərəfindən tikiləcək ev üçün həyətyanı torpaq sahəsi göstərilməlidir. Hazırda cavabdehin ona məxsus torpaq sahəsini zəbt etməsi səbəbindən bu işin icrasında problemlərlə üzləşir. DƏDRX-nin **********33 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışında da ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi göstərilmişdir. Ona görə də ünvan 1 ünvanında yerləşən, Daşınmaz əmlakın Dövlət Reyester Xidmətində **********33 reyester nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin sərhəd mərzlərinin müəyyən edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində tikilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X3 izahatında iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini, ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilini və cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X1 şəhəri, M.F.Axundov küçəsi ev 3, mənzil 1-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 2 ünvanında 0.04 ha (**********33 reyestr nömrəli, tam pay, ********** qeydiyyat nömrəli) torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş və bu barədə adına xx.xx.2021-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X4rşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən tövsifdən asılı deyildir. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da mülkiyyət hüquqları sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahibi olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir». İş materiallarına əlavə edilmiş Azərbacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli 10/4414 saylı ekspert rəyində göstərilmişdir ki, «İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2419/2023 saylı mütəxəssis rəyinə əsasən, Biləsuvar rayonu Biləsuvar şəhərində yerləşən İddiaçı **********33 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə mülkiyyətə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində 0,0151 hektaradək hissəsinin Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində (üst- üstə düşür) yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməyən, İddiaçı **********33 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət retestrindən Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətə verilmiş 0,04 hektar həyətyanı torpaq sahəsinin 0,0022 hektaradək hissəsinin isə hansı fiziki və ya hüquqi şəxslərin istifadəsində olduğunu yəqinləşdirmək mümkün olmamışdır. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin yerləşmə vəziyyəti, faktiki ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında və Biləsuvar rayonu Biləsuvar şəhəri S.Vurğun adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən çıxarışda göstərilmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-7/2023 saylı qərardadına əsasən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6921 saylı ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********33 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə Biləsuvar rayonu Biləsuvar şəhərində yerləşən, İddiaçı mülkiyyətə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin şimal- qərb istiqamətində Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində bir ədəd 3 metr enində, 12,65 metr uzunluğunda, 1,8 m hündürlükdə olan palçıqdan inşa edilmiş və üzərinə şifer təbəqə vurulmuş həyət tikilisinin mövcud olduğu müəyyən edilmişdir. Həmin tikilinin 8,9 m uzunluğunda olan 26,7 kv.m hissəsinin Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin iddiaçıya məxsus 0,04 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0151 hekraradək hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Ekspertiza tədiqatının nəticələrinə dair ekspert rəyləri və iş materialları ilə müəyyən edilmişdir ki, Biləsuvar rayonu Biləsuvar şəhərində yerləşən İddiaçı **********33 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə mülkiyyətinə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində 0,0151 hektaradək hissəsi Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində (üst- üstə düşür) yerləşir. Cavabdehin naturada istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşməyən, İddiaçı **********33 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət retestrindən Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına əsasən mülkiyyətinə verilmiş 0,04 hektar həyətyanı torpaq sahəsinin 0,0022 hektaradək hissəsinin isə hansı fiziki və ya hüquqi şəxslərin istifadəsində olduğunu yəqinləşdirmək mümkün olmamışdır. Bundan əlavə müəyyən olunmuşdur ki, Biləsuvar rayonu Biləsuvar şəhərində yerləşən, İddiaçı mülkiyyətə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin şimal- qərb istiqamətində Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində bir ədəd 3 metr enində, 12,65 metr uzunluğunda, 1,8 m hündürlükdə olan palçıqdan inşa edilmiş və üzərinə şifer təbəqə vurulmuş həyət tikilisi mövcuddur. Həmin tikilinin 8,9 m uzunluğunda olan 26,7 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin iddiaçıya məxsus 0,04 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0151 hekraradək hissəsində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə işin müəyyən edilmiş hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə mülkiyyətinə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin 0,0151 hektaradək hissəsindən Cavabdeh çıxarılmalı və Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən 3 metr enində, 12,65 metr uzunluğunda, 1,8 m hündürlükdə olan palçıqdan inşa edilmiş və üzərinə şifer təbəqə vurulmuş həyət tikilisinin İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin 0,0151 hektaradək hissəsinə düşən 8,9 m uzunluğunda olan 26,7 kv.m hissəsi Cavabdeh tərəfindən və ya onun vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 10 manat Cavabdeh tutularaq İddiaçı verilməli və ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə mülkiyyətinə verilmiş 0,04 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin 0,0151 hektaradək hissəsindən Cavabdeh çıxarılsın və Cavabdeh faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,0587 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşən 3 metr enində, 12,65 metr uzunluğunda, 1,8 m hündürlükdə olan palçıqdan inşa edilmiş və üzərinə şifer təbəqə vurulmuş həyət tikilisinin İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin 0,0151 hektaradək hissəsinə düşən 8,9 m uzunluğunda olan 26,7 kv.m hissəsi Cavabdeh tərəfindən və ya onun vəsaiti hesabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(022)-7/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-7/2023
30.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver