Məhkəmə qərarları › İş №2(022)-752/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-752/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-752/2023 14.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN 314 saylı Dövlət Aktına əsasən ümumi mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin özlərinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləsuvar rayonunun Əsgərabad kəndində yaşayırlar. Biləsuvar rayonunda aqrar islahat aparılarkən ailə kimi onlara və İddiaçı1 mərhum atası X4 1,61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Kənd yerində yaşadıqlarından ailənin yeganə gəlir mənbəyi yalnız həmin torpaq sahəsidir. 2015ci ildə maddi vəziyyətləri ağır olduğundan həmin torpaq sahəsini əkə bilməmişlər. Həmçinin 1900 manat borcları olmuşdur. İddiaçı1 əmisi Azər Kərimov onlara bildirmişdir ki, başqa əmisi İlyas Kərimova torpağı icarəyə versinlər ki, o da onların borcunu ödəsin. Anası İddiaçı2 bununla razılaşıb 1,6 hektar torpaq sahəsini İlyasa vermişdir. İlyas da icarə haqqı kimi aldığı 1900 manatı borclu olduqları adama vermişdir. Daha sonrakı İlyas yeri əkə bilmədiyindən həmin yeri qohumları Cavabdeh vermişdir. İlyas anasına bildirmişdir ki, pambıq zavodla Cavabdeh müqavilə bağlayacaq. Odur ki, notariusa gedib icarə sənədləri imzalanmalıdır. Belə ki, Pambıq zavodu ilə müqavilə onun adından bağlanmalıdır. Bunun üçün notariusa gedib sənədlər imzalanmalıdır. İddiaçı2 Seymura inanmış və notariusa gedərək içarə müqaviləsinə imza etmişdir. 2021-ci ildən Seymurdan torpaq sahəsini boşaltmağı tələb etsələr də o, bu gün- sabaha salmış və yaxın vaxlarda onlara bildirmişdir ki, guya onlar mübahisənin predmeti olan torpaq sahəsini ona satmışlar. Halbuki, belə bir hal olmamışdır. Belə ki, əvvəla 1,6099 hektar torpaq sahəsi ümumi mülkiyyətdə olan torpaq sahəsidir. O və mərhum atası İbrahim Kərimovun həmin torpaqda payları vardır. Onun da həmin torpaq sahəsində payı vardır. O, nə alqı- satqı müqaviləsinə imza etmiş, nə də notariat kontoruna getmiş və heç kimə səlahiyyətini həvalə etməmişdir.Onun adından aparılmış sənədləşmələr saxtadır. İkincisi, onun atasının torpaq sahəsi ilə bağlı miras əmlakında payı vardır. O, həmin mirasda payçıdır. Həmin payla bağlı o, heç bir sənədləşmədə iştirak etməmiş və miras əmlakından imtina etməmişdir. Hesab edir ki, ümumi mülkiyyətlərində olan torpaq sahəsinin alqı-satqısı qanunsuz olmaqla saxtadır. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında izahatlarında iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin əsassız olduğunu, ona görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş üzrə iddiaçıları və cavabdehin izahaını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-314 kod 80800018 olan Dövlət Aktından görünür ki, Biləsuvar rayonu Əsgərabad kənd sakini X5, İddiaçı2 və İddiaçı1 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 26 iyul 1997-ci il tarixli 26 nömrəli qərarı ilə 1,61 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. İş materiallarında olan 27 yanvar 2015-ci ol tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar-İddiaçı2, İddiaçı1 adından nümayəndəsi İddiaçı2, X6, X1, X2 adından nümayəndəsi İddiaçı2 tərəfindən alıcı- Cavabdeh ƏMDK yanında DƏDRX 8 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə İddiaçı2 verilmiş **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 1.6099 ha torpaq sahəsini 1000 manata satmışlar. İş materiallarında olan № ******* saylı AR ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı1 xüsusi mülkiyyətinə Biləsuvar rayonu Əsgərabad kəndində reyestr nömrəsi **********30 olan 1.6099 ha kənd təsərrüfatı təyinatlı əkin üçün torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin hüquq sahibləri: İddiaçı2 payı 0.6439 ha, İddiaçı1 payı 0.6439 ha, X3 payı 0.10732 ha, X1 payı 0.10732 ha və X2 payı 0.10732 ha göstərilməklə (Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində) qeydiyyata alınmışdır. İş materiallarında olan 29 dekabr 2014-cü il tarixli AR-İ №310339 saylı etibarnamədən görünür ki, İddiaçı1 (etibar edən) İddiaçı2 (etibar edilən) həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər sərtləri müəyyən edilməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı, mirası qəbul etməyi və ondan iimta etməyi və s. səlahiyyətləri vermişdir. İddiaçı1 izahatında mübahisə olunan torpaq sahəsinin alqı-satqsında iştirak etmədiyini, iş materiallarına əlavə edilmiş mübahisə olunan torpaq sahəsinin ona aid hissəsinə sərəncam verilməsinə dair anası, iş üzrə digər İddiaçı2 etibarnamə vermədiyini, alqı-satqı müqaviləsinə əlavə edilmiş, onun tərəfindən verilməsi göstərilmiş 29 dekabr 2014-cü il tarixli AR-İ №310339 saylı etibarnamədəki imzanın ona məxsus olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, 27 yanvar 2015-ci ol tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı2, İddiaçı1 adından nümayəndəsi İddiaçı2, X6, X1, X2 adından nümayəndəsi İddiaçı2 tərəfindən ƏMDK yanında DƏDRX 8 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə İddiaçı1 verilmiş **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 1.6099 ha torpaq sahəsini Cavabdeh 1000 manata satmışdır. İddiaçı1 27 yanvar 2015-ci ol tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini həmin alqı-satqı müqaviləsinin bağlanması üçün anası İddiaçı2 etbarnə verməməsi, onun adından verilmiş 29 dekabr 2014-cü il tarixli AR-İ №310339 saylı etibarnamədəki imzanın ona məxsus olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2023-cü il tarixli 4/1516 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 44-cü vərəqində olan xx.xx.2014-cü il tarixli 7E- 71006 reyestr nömrəli “Etibarnamə”nin orta hissəsində “İmza” qrafasında “Kərimov” soyadının qarşısında olan imza –İddiaçı1 tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqinə əsasən belə nəticəyə gəlir ki, İddiaçı1 27 yanvar 2015-ci ol tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması üçün anası İddiaçı2 etbarnamə verməməsi, onun adından verilmiş 29 dekabr 2014-cü il tarixli AR-İ №310339 saylı etibarnamədəki imzanın ona məxsus olmamasına dair dəlilləri iş materialları və ekspert rəyi ilə öz təsdiqini tapmadığından iddia tələbi əsaslı hesab edilə bilməz. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Torpağa mülkiyyət hüququna dair JN314 saylı Dövlət Aktına əsasən ümumi mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh satılmasına dair alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin özlərinə qaytarılması tələbinə dair iddiaları rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Torpağa mülkiyyət hüququna dair JN 314 saylı Dövlət Aktına əsasən ümumi mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin özlərinə qaytarılması tələbinə dair iddiaları rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar