Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-756/2023 23.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Biləsuvar Rayon Ovçubərə kənd tam orta məktəbinə qarşı protokolun ləğvi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Biləsuvar Rayon Ovçubərə kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, Ovçubərə kənd tam orta məktəbinin onun barəsində 27 mart 2023-cü il tarixli 6 saylı protokolu ilə verilmiş töhmət intizam tənbehinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2-cu maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı: 149.2.2. işdə iştirak eədən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir-neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddia ərizəsindən görünür ki, iddiaçı müəllim işlədiyi Ovçubərə kəndində guya 27 mart 2023-cü il tarixdə məktəb pedoqoji şuranın iclasının keçirilməsi, bu barədə məlumat aldıqda qərarın surətini tələb etməsi, çox çətinliklə ona 6 saylı Pritikli verildiyini, həmin protokola əsasən ona töhmət verildiyini müəyyən etdiyini göstərmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı onun xəbəri olmadan Ovçubərə kəndində 27 mart 2023-cü il tarixdə məktəb pedoqoji şuranın iclasının keçirildiyini və ona töhmət verilməsi barədə protokol tərtib edildiyini göstərsə də, ona töhmət veriləsi barədə mübahisə olunan sənədi və ya həmin həmin sənədin təsdiq edilmiş surətini iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh Biləsuvar Rayon Ovçubərə kənd tam orta məktəbinə qarşı Ovçubərə kənd tam orta məktəbinin onun barəsində 27 mart 2023-cü il tatrixli 6 saylı protokolu ilə verilmiş töhmət intizam tənbehinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-756/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-756/2023
23.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver