Məhkəmə qərarları › İş №2(022)-768/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-768/2023

12.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-768/2023 12.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi X2 ilə faktiki nikah münasibətindən 13 iyun 2020-ci il tarixdə bir qız uşağı doğması faktının müəyyən edilməsi və həmin uşağa doğum haqqında şəhadətnaməni vermək vəzifəsinin Maraqlı şəxs üzərinə qoyulması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 24 may 2023-cü il tarixdə Ərizəçi X2 ilə faktiki nikah münasibətindən 13 iyun 2020ci il tarixdə bir qız uşağı doğması faktının müəyyən edilməsi və həmin uşağa doğum haqqında şəhadətnaməni vermək vəzifəsinin Maraqlı şəxs üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmə baxışına təyin edildikdən sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılmasını, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, ərizənin geri qaytarılması barədə ərizəçi ərizə verdiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığına görə və ərizəçi xahiş etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd və həmin ərizəyə əlavə edilmiş digər sənədlər, əsilləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi X2 ilə faktiki nikah münasibətindən 13 iyun 2020-ci il tarixdə X3 adlı bir qız uşağı doğması faktının müəyyən edilməsi və həmin uşağa doğum haqqında şəhadətnaməni vermək vəzifəsinin Maraqlı şəxs üzərinə qoyulması barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ərizəyə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar