Məhkəmə qərarları › İş №2(022)-77/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-77/2025

17.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-77/2025 17.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmış və həmin reyestrdən 12 avqust 2024-cü il tarixli, **********6 saylı qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş Biləsuvar rayonu, Çaylı kəndi ərazisində yerləşən 10.71 hektar torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 42-də ailə üzvləri ilə birlikdə yaşayır. Onun icarə müqaviləsi əsasında istifadəsində (reyestr nömrəsi:**********5, qeydiyyat nömrəsi 2322.023139) 10.71 ha torpaq sahəsi vardır. O, həmin torpaq sahəsindən ailəsini doladirmaq məqsədi ilə istifadə edir. Həmin torpaq sahəsinin üzərində sahiblik hüququ ona məxsusdur. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona həmin torpaq sahəsindən istifadə etməkdə müəyyən çətinliklər yaradaraq, hazırda faktiki olaraq onun torpağını qanunsuz olaraq zəbt etmişlər. Cavabdehlər onun qanuni tələblərinə məhəl qoymayaraq ona məxsus torpaq sahəsindən istifadə etməsinə maneələr yaradırlar. Buna görə də o,məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Sonda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmış və həmin reyestrdən 12 avqust 2024-cü il tarixli, **********6 saylı qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətinə verilmiş Biləsuvar rayonu, Çaylı kəndi ərazisində yerləşən 10.71 hektar torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahatında iddia tələbini qəbul etmədiyini və iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçını və cavabdehləri dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı Biləsuvar rayonu Çaylı bələdiyyəsi tərəfindən Biləsuvar rayonu Çaylı kəndinin ərizisindən kənd təsərrüfatı təyinatlı 10.7 ha torpaq sahəsi 49 il müddətinə Biləsuvar rayon NK-nun xx.xx.2022-ci il tarixli 3M-133 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 633 kod 80800001 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayon sakini X3 və ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 saylı qərarı ilə 2.16 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, X1 və onun Cavabdeh2 da daxil olmaqla ailə üzvlərinə Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı 1.4685 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh3 Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı 2.0973 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, X2 Biləsuvar şəhərində kənd təsərrüfatı təyinatlı 1.7881 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur». İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2025-ci il tarixli 10/4137 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 8 saylı Cəlilabad Əraz İdarəsinin 20.05.25 tarixli 3-21-3-44/2-3484/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialınca **********35 reyestr nömrəli Çıxarışla İddiaçı Biləsuvar rayonu Çaylı bələdiyyəsi tərəfindən icarəyə verilmiş 10,7 ha kənd təsərrüfatı təyinat torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında JN- 633 nömrəli Dövlət Aktına əsasən Biləsuvar rayon sakini Cavabdeh4 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,16 ha (TEKUİS baza məlumatında 2,05 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Elektron baza məlumatlarında **********89 reyestr nömrəli Çıxarışla Cavabdeh3 mülkiyyətinə verilmiş 2.0973 ha torpaq sahəsi ilə Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında ona və digər ailə üzvlərinə JN-628 nömrəli Dövlət Aktına əsasən qeyd olunan 2,01 ha torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********89 reyestr nömrəli Çıxarışla Cavabdeh3 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.0973 ha (TEKUİS baza məlumatında JN-628/2,01 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********23 reyestr nömrəli Çıxarışla Cavabdeh2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,4685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti müəyyən edilərək rəyə əlavə olunmuş yerquuluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********35 reyestr nömrəli çıxarışla İddiaçı Biləsuvar rayonu Çaylı bələdiyyəsi tərəfindən icarəyə verilmiş 10,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-633 nömrəli Dövlət Aktına əsasən Biləsuvar rayon sakini Cavabdeh4 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,16 ha (TEKUİS baza məlumaında 2,05ha), **********89 (JN-628) reyestr nömrəli Çıxarışla Cavabdeh3 mülkiyyətinə verilmiş 2.0973 ha (TEKUİS baza məlumatında JN- 628/2,01 ha) və **********23 reyestr nömrəli Çıxarışla Cavabdeh2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,4685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşmür. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı icarəsinə verilmiş 10.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etdikləri müəyyən edildi. İddiaçı icarəsinə verilmiş 10.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənubqərb istiqamətində 1.0755 ha hissəsi cavabdehlər Cavabdeh2, cənub-qərb istiqamətində 0.7617 ha hissəsi Cavabdeh4 və cənub istiqamətində 1.9897 ha hissəsi Cavabdeh3 istifadələrində olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********35 reyestr nömrəli Çıxarışla İddiaçı Biləsuvar rayonu Çaylı bələdiyyəsi tərəfindən icarəyə verilmiş 10,7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub istiqamətində 2.0515 ha hissəsi Cavabdeh1 Almazxan oğlunun istifadəsində olduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İş materialları və ekspertiza rəyi ilə müəyyən olunur ki, İddiaçı icarəsinə verilmiş 10.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-qərb istiqamətində 1.0755 ha hissəsi Cavabdeh2, cənub-qərb istiqamətində 0.7617 ha hissəsi Cavabdeh4, cənub istiqamətində 1.9897 ha hissəsi Cavabdeh3 və cənub istiqamətindən 2,0515 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilməklə istifadə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin müyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğuna görə qismən təmin edilməli, iş materiallarında olan torpaq sahəsinin yerquruluşu planında göstərilən İddiaçı Biləsuvar rayonu Çaylı bələdiyyəsi tərəfindən Çaylı kənd torpaq sahəsindən icarəyə verilmiş 10.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-qərb istiqamətində 1.0755 ha hissəsindən Cavabdeh2, cənub-qərb istiqamətində 0.7617 ha hissəsindən Cavabdeh4, cənub istiqamətində 1.9897 ha hissəsindən Cavabdeh3 və cənub istiqamətindən 2,0515 ha hissəsindən Cavabdeh1 çıxarılmalıdırlar. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, cavabdehlərdən ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (bir yüz) manat pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Biləsuvar rayonu Çaylı bələdiyyəsi tərəfindən Çaylı kənd torpaq sahəsindən icarəyə verilmiş 10.7 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında göstərilən cənub-qərb istiqamətində 1.0755 ha hissəsindən Cavabdeh2, cənub-qərb istiqamətində 0.7617 ha hissəsindən Cavabdeh4, cənub istiqamətində 1.9897 ha hissəsindən Cavabdeh3 və cənub istiqamətindən 2,0515 ha hissəsindən Cavabdeh1 çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar