Məhkəmə qərarları › İş №2(022)-786/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-786/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-786/2023 23.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı 388.04 manat məbləğində borcun ödənilməsi tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixə kimi istehlak etdiyi 357 (üç yüz əlli yeddi) manat 64 (altmış dörd) qəpik debitor borcun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx) qəpik xidmət haqqının, cəmi 388 (üç yüz səksən səkkiz) manat 04 (sıfır dörd) qəpik məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Cavabdeh “Azəriqaz” X1 X2 idarəsinin Biləsuvar rayonu üzrə Xidmət Sahəsindən abonent kodu **********00520 olmaqla xx.xx.2012-ci il tarixli 03683-07-12 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan Cavabdeh mənzilinə təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 357.64 manat məbləğində borcu yaranmışdır.Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsi ilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur.”Azəriqaz” İB Lənkəran RQİİ tərəfindən 357.64 manayt məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıqlar olunmasına və bildiriş verilməsinə baxmayaraq, o, borcunu ödəməmiş, tərəflər arasında başlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Azəriqaz” İB-nin Biləsuvar rayon qaz istismarı sahəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 03683-07-12 saylı müqaviləyə əsasən Biləsuvar Qaz istismarı sahəsi cavabdehi fasiləsiz qaz ilə təmin edəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 357 manat 64 qəpik məbləğdə debitor borc iddiaçı “Azəriqaz” İB-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Azəriqaz” İB məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat 04 qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixə kimi istehlak etdiyi 357 (üç yüz əlli yeddi) manat 64 (altmış dörd) qəpik debitor borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı, cəmi 388 (üç yüz səksən səkkiz) manat 04 (dörd) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azəriqaz” İB-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Nüsrət Mİrzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar