Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-8/2024 15.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3 saylı (Sabirabad) X1 Mərkəzinin Cavabdeh qarşı Salyan meşəbəyliyinin 10-cu kvartalında cavabdeh tərəfindən zəbt edilmiş 3,5 hektar torpaq sahəsində qeyriqanuni istifadə etdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılmaqla iddiaçıya təhvil verilməsi, habelə meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 1400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3 saylı (Sabirabad) X1 Mərkəzinin Cavabdeh qarşı Salyan meşəbəyliyinin 10-cu kvartalında cavabdeh tərəfindən zəbt edilmiş 3,5 hektar torpaq sahəsində qeyriqanuni istifadə etdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılmaqla iddiaçıya təhvil verilməsi, habelə meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 1400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 13 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3 saylı X1 Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Y.E.Məmmədovun iddianın baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə olunmuş sənədlər geri qaytarılması barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə 13 mart 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya münkünsüzülüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının nümayəndəsi ərizə verdiyinə və cavabdeh təkrarən məhkəmə iclaslarına gəlmədiyinə görə iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə görə isə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, üzürlü səbəb olmadan təkrarən məhkəmə çağrışlarına gəlməyən cavabdehin işin mahiyyəti üzrə baxılmasını tələb edib-etmədiyini müəyyən etməyə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 3 saylı (Sabirabad) X1 Mərkəzinin Cavabdeh qarşı Salyan meşəbəyliyinin 10-cu kvartalında cavabdeh tərəfindən zəbt edilmiş 3,5 hektar torpaq sahəsində qeyriqanuni istifadə etdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılmaqla iddiaçıya təhvil verilməsi, habelə meşə fondu sahəsini özbaşına tutması (zəbt etməsi) nəticəsində dövlətə dəymiş zərərin əvəzi qismində 1400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçının nümayəndəsinə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-8/2024
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-8/2024
15.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver