Məhkəmə qərarları › İş №2(022)-8/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-8/2025

19.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-8/2025 19.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və X1 qarşı paylı mülkiyyətdə olan payının naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1i ünvanda yerləşən, Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz həyətyanı torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində reyestr nömrəsi **********56 olmaqla qeydiyyata alınması barədə Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışla paylı mülkiyyətilərinə verilmiş 0,35 ha ölçüdə həyətyanı torpaq sahəsindən ona düşən 2/6 hissədə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı ərizə təqdim edərək hazırda iddia ərizəsinə baxılmasını istəmədiyini, iddia tələbini cavabdehlərlə qarşılıqlı razılaşma yolu ilə həll etmək istədiklərini, iddianın baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iddiaçını dinləyərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh və X1 qarşı paylı mülkiyyətdə olan payının naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat (qəbzin nömrəsi **********) dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar