Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-810/2025 11.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı uşağın doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizəsi ilə müraciət edərək, X7 xx.xx.2024-cü il tarixli doğum faktının müəyyən edilməsi və veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında “X4”, ana qrafasında isə “Ərizəçi” qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X3 ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Lakin onların münasibəti əvvəllər yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və o, 2023-cü ilin yanvar aynda valideyinlərinin evinə Biləsuvar rayonu Xırmandalı kəndinə gələrək orada yaşamağa başlamışdır. Həmin vaxtdan sonra Fəxri Məhərrəmov onunla bütün əlaqələri kəsərək onunla maraqlanmamış və ya heç bir zəng etməmişdir. Lakin bir müddət keçdikdən sonra o, X4 ilə faktiki olaraq ailə həyatı quraraq evlənmişdir. X1 ilə rəsmi nikahı yoxdur. Lakin onlar Bakı şəhəri Sabunçu rayonunda birgə yaşadıqları müddətdə xx.xx.2024-cü il tarixdə Əli adlı övladları doğulmuşdur. Onların nikahı rəsmi olmadığı üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Xəstəxanasında anadan olmuş Əli adlı üşağının soyadı onun soyadı (Məmmədov) yazılmışdır. Onların səhlənkarlığı nəticəsində xx.xx.2024-cü il tarixdə doğulmuş Əli adlı övladına doğum haqqında şəhadətnamə götürülməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etdikdə, oradan ona döğum haqında arayış verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Odur ki, X7 xx.xx.2024-cü il tarixdə doğum faktının müəyyən edilməsi və veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında “X4”, ana qrafasında isə “Ərizəçi” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Axzərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli № 3-16-5/8-15-M-170/2025 saylı Ərizəçi ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, «Sizin Maraqlı şəxsnə daxil olmuş xx.xx.2025-ci il tarixli doğumun qeydə alınması haqqında ərizənizə baxılmışdır. Müəyyən edilmişdir ki, barəsində doğumun qeydə alınması üçün müraciət etdiyiniz uşaq xx.xx.2024-cü il tarixdə doğulmuş, sizin Bərdə ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən qeydə alınan xx.xx.2021-ci il tarixli nikahınız ər-arvadın xx.xx.2025-ci il tarixli birgə ərizəsinə əsasən pozulmuşdur və nikahın pozulması barədə Bərdə ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 15 nömrəli akt qeydi tərtib olunmuşdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Belə olan halda, övladınızın doğumu qeydə alınarkən uşağın atası kimi əvvəllər nikahda olduğunuz şəxs qeyd edilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən müddəaları sizə izah olunmuş, lakin tərəfinizdən uşağın doğumunun yuxanda qeyd edilən qaydada qeydə alınmasına etiraz edilmiş, uşağın doğumunun ananın ərizəsinə əsasən qeydə alınması və uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılması, uşağın atası haqqında məlumatların (uşağın atasının və babasının adı) uşağın anasının göstərişi üzrə qeyd edilməsi istənilmişdir. Övladınızın doğumunun ananın ərizəsinə əsasən qeydə alınması və uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılması, uşağın atası haqqında məlumatların (uşağın atasının və babasının adı) uşağın anasının göstərişi üzrə qeyd edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur». İş materiallarına əlavə edilmiş AZ-İ № 508531 saylı xx.xx.2025-ci il tarixli X6 Şəhadətnamədən görünür ki, X5 ilə X2 birgə ərizələrinə əsasən aralarında olan nikah xx.xx.2025-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Mərkəzi X9 Şəxsin Ərizəçi verilmiş arayışında (arayışın verilmə tarixi göstərilməmişdir) Ərizəçi Bakı Sabunçu Tibb Mərkəzi doğum şöbəsində hamiləlikdən azad olub oğlan uşağı dünyaya gətirdiyi, uşaq X7 tibbi müayinədən keçdiyi, sağlam olduğu və hal-hazırda sağ və salamat olduğu göstərilmişdir. Göründüyü kimi Ərizəçi uşağın doğumunun qeydə alınması üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş həkim arayışını Maraqlı şəxsnə təqdim etmişdir. Qeydiyyat Şöbəsində ərizəçiyə doğum qeydə alınarkən əvvəllər nikahda olmuş şəxsin uşağın atası kimi qeyd edilməli olduğu izah edilmişdir. Lakin ərizəçi etiraz etmiş, ərizəçi uşağın doğumunun ananın ərizəsinə əsasən qeydə alınmasını və uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılması, uşağın atası haqqında məlumatların (uşağın atasının və babasının adı) uşağın anasının göstərişi üzrə qeydə alınmasını tələb etmişdir. Ona görə də Maraqlı şəxs ərizəçinin uşağının doğumunun qeydə alınmasından imtina etmiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Azərbacan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun«Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-su il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin «Qərar»ın 4.1-ci bəndinə əsasən «Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olunmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Qeyd olunan maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqinə əsasən məhkəmə belə hesab edir ki, Ərizəçi xx.xx.2024-cü il tarxdə doğduğu uşağın (uşağın doğulması barədə həkim arayışı təqdim etməklə) doğumun qeydə alınmasına dair ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. X13 uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Qeydyiyat Şöbəsinin inzibati orqan olması nəzərə alınmaqla qeydiyyatdan imtinaya dair ərizələrə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılmalı olması nəzərə alınmaqla həmin işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmasını istisna edir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı uşağın doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(022)-810/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-810/2025
11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver