Məhkəmə qərarları › İş №2(022)-83/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-83/2025

26.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-83/2025 26.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X18 məhkəmə-iclas katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə3, cavabdeh Nümayəndə1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Nümayəndə1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payın müəyyən edilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bildirir ki, Cavabdeh1 qızı Nümayəndə1 ilə 2006-cı ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. 2009-cu ildə qaynatası Vaif bildirmişdir ki, hazırki Biləsuvar şəhəri, H.Əliyev prospekti, B.Vahabzadə küçəsində həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini onlara verir ki, orada ev tikib yaşasınlar. 2009-cu ildən 2013-cü ilə kimi arvadı ilə birlikdə göstərdiyi ünvanda 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, talvar, sanitar qovşağı, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvaza qoymuşlar. 2022-ci ilin fevral ayında arvadı Nümayəndə1 ona xəyanət etdiyi üçün boşanmışlar. Hazırda cavabdeh onu əziyyətlə tikdiyi evdən çıxarmışdır. O, həmin həyətin qaytarılmasına etiraz etmir, lakin həmin həyətdə tikdiyi evi və digər tikililəri cavabdehin razılığı ilə birgə yaşayış dövründə tikmişdir. Hesab edir ki, ev və həyətdəki tikililər qiymətləndirilməklə onun payı müəyyən olunmalıdır. İddiaçının tələbi: İddiaçı Əliyev X4 şəhəri, H.Əliyev prospekti, B.Vahabzadə küçəsində cavabdehlə birgəyaşayış dövründə 3 otaqlı yaşayış evi, 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, talvar, sanitar qovşağı, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvazaya çəkdiyi 32959 (otuz iki min doqquz yüz əlli altı) manat qiymətləndirilməklə onun payı olan 16478 (on altı min dörd yüz yetmiş səkkiz) manat pulun Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 12 oktyabr 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi və cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə təqdim edərək, cavabdeh Nümayəndə1 “birgə nikah dövründə tikilən 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, naves, sanitar qovşağı, hamam, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvazaya dair hissədə payının müəyyən edilməsi tələbi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh1 tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı qarşı tərəflə 2006-ci ildən faktiki nikah münasibətlərinə girdiyini, 2015-ci ildən isə rəsmi qeydiyyat orqanında qeydiyyata alınmaqla nikaha daxil olduqlarını, birgə nikah münasibətllərindən 2007-ci il təvəllüdlü Nəcəfova Arzu və 2010-cu il təvəllüdlü Əliyev Əmrah doğulmuş, mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi cavabdehin atası tərəfindən 2012-ci il tarixdə tərəflərin istifadəsinə verildiyi, 2015-ci il tarixdə həmin tikilməkdə olan evə elektrik enerjisi xətti və su kanalı çəkildiyi, 2018-ci ildə tikintinin başa çatdığı, 2022-ci ilin 24 fevral tarixində isə tərəflər arasında olan nikahın məhkəmə qaydasında pozulduğunu göstərmişdir. Məhkəmənin 20 noyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh Nümayəndə1 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək, mübahisəli tikililərin iddiaçı ilə birlikdə tikdiklərini, ustaların pulunun hər ikisi tərəfindən ödənildiyini göstərmişdir. Cavabdeh Nümayəndə1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Biləsuvar rayonu, Dəvrişli kəndində qeydiyyatda olan İddiaçı Həsənxan oğlu keçmiş arvadı Biləsuvar, rayonu, Dərvişli kənd qeydiyyatlı Nümayəndə1 ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1ünvanında yerləşən fərdi yaşayış evindən payın müəyyən edilməsinə dair iddia tələbi irəli sürmüşdür. Bildirir ki, tərəflər, arasında nikah Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 41/2022 saylı 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı Həsənxan oğlunun keçmiş arvadı X14 qarşı birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən payın müəyyən edilməsinə dair iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Nümayəndə1 nümayəndəsi və vəkili Nümayəndə2 həmçinin bildirmişdir ki, tərəflərin arasında nikah 25 aprel 2015-ci il tarixdə qeydə alınmışdır. Tərəfindən məhkəməyə təqdim edilmiş “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********29-10301 nömrəli dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində cavabdeh Nümayəndə1 mülkiyyət hüququ 21 iyul 2023-cü il tarixdə qeydə alınmışdır. Həmin torpaq sahəsi isə alqı-satqı müqaviləsi əsasında 28 dekabr 2022-ci il tarixdə cavabdeh Nümayəndə1 mülkiyyətinə daxil olmuşdur. İddia tələbinin əsasını birgə nikah dövründə tikilmiş daşınmaz əmlakdan payın müəyyən edilməsi təşkil edir. Deməli iddiaçı ilk növbədə bu əmlakın birgə nikah dövründə tikildiyini sübut etməlidir. X5 mübahisəli evin tikintisində iştirak etdiyini, tərəfindən 2015-ci il tarixdə hörgü və dam örtüyünün yerləşdirilməsi işlərinin görüldüyünü, evin bir mərtəbəli olduğunu, evin damını işlədiyi zaman yeznəsinin aprel döyüşlərində yaralanması xəbərini aldığı üçün işini yarımçıq qoyub həmin vaxt çağrılan yerə getməsi səbəbindən tarixi dəqiq xatırladığını göstərmişdir. X3 2015-2016-cı illərdə mübahisəli tikilinin ərsəyə gətirilməsində usta olaraq iştirak etdiyini, 2017-2018-ci ilədək tikintinin davam etdiyini, emulsiya və boya işlərini gördüyünü, baş ustanın Yaqub adında şəxs olduğunu, mübahisəli evin yerləşdiyi küçənin Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yolunda olduğunu göstərmişdir. X6 mübahisəli tikilinin ərsəyə gətirilməsində usta olaraq iştirak etdiyini, 2015-ci iin əvvəllərində hörgü işlərini yerinə yetirdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlər: Biləsuvar Rayonu İcra Hakimiyyəti Başçısının Dəvrişli kənd inzibati ərazi üzrə nümayəndəliyinin 05 aprel 2022-ci il tarixli, 141 nömrəli arayışından görünür ki, Əliyev X4 rayonu, Dəvrişli kəndində yaşayır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, təqdim edilmiş yaşayış evinin və köməkçi tikililərin faktiki vəziyyəti nəzərə alınmaqla tikintinin ümumi dəyəri 35.000 (otuz beş min) manat məbləğində qiymətləndirilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(022)-41/2022 saylı qətnaməsinin surətindən görünür ki, Nümayəndə1 ilə İddiaçı arasında 25 aprel 2015-ci il tarixdə Biləsuvar Rayon icra Hakimiyyəti Başçısının Amankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında qeydləri kitabında 08 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 1985-ci ildə Biləsuvar rayonunun Dərvişli kəndində doğulmuş İddiaçı, 28 sentyabr 2007-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş X7 atası olması müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında X7 atası İddiaçı göstərilməklə, X7 ad atalığın müəyyən edilməsi və doğum haqqında yeni şəhadətnamə verilməsi vəzifəsi Biləsuvar rayon Qeydiyyat Şöbəsinə həvalə olunması, 28 sentyabr 2007-ci il tarixdə doğulmuş X7 15 dekabr 2010-cu ildə doğulmuş X9 anaları Nümayəndə1 yanında qalmaları müəyyən edilməsi, 28 sentyabr 2007-ci il tarixdə doğulmuş X7 və 15 dekabr 2010-cu ildə doğulmuş X2 üçün İddiaçı hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,4 (sıfır tam onda dörd) misli miqdarında, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində Nümayəndə1 xeyrinə aliment tutulması, 20 sentyabr 2007-ci il tarixdə doğulmuş X1 üçün alimentin tutulması 24 fevral 2022-ci il tarixdən həmin uşaq yetkinlik yaşına çatana qədər müəyyən edilməsi və 15 dekabr 2010-cu ildə anadan olmuş X2 üçün alimentin tutulması 10 sentyabr 2021 -ci il tarixdən həmin uşaq yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/9771/2024 nömrəli 03 aprel 2025-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubundan görünür ki, 2(022)-1415/2024 nömrəli iş üzrə 20 noyabr 2024-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması zəruri olduğundan, bu barədə məhkəməyə 16 dekabr 2024-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətdə baxış keçirilməsinin 17 yanvar 2025-ci il, saat 11:00 tarixində təşkil olunması xahiş olunmuşdur. Tədqiqat obyektinə baxış keçirilməsi qeyd olunan tarixə təyin olunmuşdur. 17 yanvar 2025-ci tarixində iş üzrə tərəflər iştirak etmədiyindən və tədqiqat obyekti təqdim olunmadığından baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də qərarda qoyulan suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın **********29-10301 nömrəli dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi Nümayəndə1dır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 avqust 2025-ci il tarixli 462/E nömrəli mütəxəssis rəyində görünür ki, Biləsuvar şəhəri, H.Əliyev prospekti, B.Vahabzadə küçəsində tikilən 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, talvar, sanitar qovşağı, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvazaya çəkilən xərcin məbləği 36660 (otuz altı min altı yüz altmış) manat müəyyən edilmişdir. AN-İ seriyalı ******* nömrəli, 28 dekabr 2022-ci il tarixli “Daşınmaz Əmlakın alqısatqı müqaviləsi”nin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, satıcı- X17, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini alıcı-Nümayəndə1 satmışdır. Biləsuvar rayon Bələdiyyəsinin 01 iyun 2023-cü il tarixli, 294 nömrəli arayışının surətindən görünür ki, X10 adına Biləsuvar şəhəri, B.Vahabzadə küçəsində 0.06 ha həyətyanı torpaq sahəsi vardır. X22 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş 25 sentyabr 2025-ci il tarixli, 3-53-2-12/2-614/2025 saylı arayışının surətindən görünür ki, ünvan 5 ünvanında yaşayan İddiaçı həqiqətən də X22 Sistemlərinin İstismarı İdarəsinin abonentidir. X28 İdarəsinin iddaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 ünvanladığı 09 oktyabr 2025-ci ilı tarixli, 14-2-2-10/1529/2025 saylı məktubunun surətindən görünür ki, İddiaçı adına 06 noyabr 2013-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsi, təzə məhəllə **********0190 nömrəli kod açılmaqla Biləsuvar Xidmət Sahəsində abonent qeydiyyatına alınmışdır. Addəyişmə ilə bağlı İddiaçı keçmiş arvadı Nümayəndə1 müraciəti əsasında xx.xx.2024-cü il tarixdə addəyişmə edilərək **********0190 saylı abonent kodu Nümayəndə1 adına keçmişdir. “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi”nin çıxarışının surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 0.06 ha yaşayış məntəqələrinə dair torpaq sahəsi 21 iyul 2023-cü il tarixli, ********* nömrəli qeydiyyat əsasında Nümayəndə1 tam mülkiyyətindədir. 02 sentyabr 2024-cü tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun «Ər-аrvаdın ümumi əmlаkının bölünməsi ilə bаğlı mübаhisələrdə qаnunvеriciliyin tətbiqi təcrübəsi hаqqındа» 12 mаrt 2024-cü il tаriхli 1/2024 sаylı Qərаrı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyul 2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: 1.İddiaçı ilə cavabdeh Nümayəndə1 arasında 25 aprel 2015-ci il tarixdə nikah qeydə alınmışdır. 2.Tərəflər arasında bağlanmış nikah Biləsuvar Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(022)-41/2022 saylı qətnaməsi ilə pozulmuşdur. 3.ünvan 3 ünvanında 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, talvar (naves), sanitar qovşağı, hamam, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvaza mövcuddur. 4.Mübahisəli tikililər hazırda cavabdeh Nümayəndə1 faktiki istifadəsindədir və iddiaçı həmin əmlakdan istifadə etmir. 5.Mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsi 21 iyul 2023-cü il tarixli dövlət qeydiyyatı ilə cavabdeh Nümayəndə1 mülkiyyətindədir. 6.İddiaçı mübahisəli əmlakdan payının müəyyən edilməsi tələbi ilə 08 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. 7.İddia nikahın pozulduğu 24 fevral 2022-ci il tarixindən etibarən üç illik iddia müddəti başa çatmamış məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Azərbaycan Respublikası Ailə Məcəlləsinin ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən müddəalarına görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (maddə 36.1, 36.2, 36.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Nümayəndə1 arasında 25 aprel 2015-ci il tarixdə nikah qeydə alınmış, həmin nikah Biləsuvar Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(022)-41/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Mübahisəli tikililər — ünvan 3 ünvanında yerləşən 3 otaqlı yaşayış evi, təsərrüfat sarayı, talvar (naves), sanitar qovşağı, hamam, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvaza tərəflərin birgə nikah münasibətləri dövründə inşa edilmişdir. Bu hal məhkəmə iclasında dindirilmiş şahidlər X11, X8 və X12 ifadələri ilə təsdiq edilmişdir. Şahid ifadələrindən görünür ki, tikinti işləri əsasən 2015–2018-ci illər ərzində aparılmış, tikinti prosesində iddiaçı da bilavasitə iştirak etmiş, ustaların və materialların xərcləri iddiaçı və cavabdeh tərəfindən birgə qarşılanmışdır. Bundan əlavə, cavabdeh Nümayəndə1 da məhkəmə iclasında verdiyi izahatında mübahisəli tikililərin iddiaçı ilə birlikdə tikildiyini, ustaların pulunun hər iki tərəf tərəfindən ödənildiyini təsdiq etmişdir ki, bu hal iddiaçının tələblərinin faktiki əsaslarını möhkəmləndirir. Məhkəmə onu da nəzərə alır ki, mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi 28 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdeh Nümayəndə1 mülkiyyətinə keçmiş və mülkiyyət hüququ 21 iyul 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun nikah münasibətlərinin artıq xitam tapmasından sonra əldə edilməsi, birgə nikah dövründə tərəflərin ümumi vəsaiti və birgə əməyi hesabına yaradılmış tikililər üzərində iddiaçının mülkiyyət xarakterli hüquqlarını istisna etmir və bu hüquqların müdafiəsinə maneə təşkil etmir. Məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən edilməsində əsas meyar yalnız hüququn dövlət reyestrində kimin adına qeydə alınması deyil, həmin əmlakın faktiki olaraq hansı dövrdə, hansı vəsait hesabına və hansı hüquqi münasibətlər çərçivəsində yaradılmasıdır. Bu yanaşma həm Azərbaycan Respublikası mülki qanunvericiliyinin mahiyyətinə, həm də ailə hüququnun qoruyucu xarakterinə tam uyğundur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 saylı Qərarında da sistemli şəkildə ifadə olunmuşdur. Belə ki, həmin Qərarın 4.11-ci bəndində Plenum göstərmişdir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs həmin tikili üzərində mülkiyyət hüququ əldə etmədiyindən, belə tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Lakin eyni zamanda Plenum xüsusi olaraq vurğulamışdır ki, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənədək özbaşına tikinti sökülməmişdirsə, o, hüquqi mənada müstəqil daşınmaz əşya kimi tanınmasa da, fiziki obyekt olaraq ər-arvadın birgə əməyinin və ümumi vəsaitinin maddi ifadəsi kimi qiymətləndirilməlidir. Plenumun mövqeyinə görə, belə hallarda məhkəmə, obyektiv səbəblərdən tikilinin faydalı xüsusiyyətlərindən istifadə etmək imkanından məhrum edilmiş tərəfin iddiası əsasında, həmin tikintinin yaradılmasına sərf edilmiş ümumi vəsaitin əmlakdakı payına mütənasib hissəsinin qarşı tərəfdən tutulmasına dair qərar qəbul etməkdə haqlıdır. Bu yanaşma bir tərəfin əsassız zənginləşməsinin qarşısının alınmasına və ailə münasibətlərində tərəflərin hüquqlarının balanslı şəkildə qorunmasına xidmət edir. Eyni zamanda, Plenumun 4.17-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra tərəflərdən birinin sahibliyinə verilmiş və ya daşınmaz əmlakın dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak, dövlət qeydiyyatının aparılma vaxtından asılı olmayaraq, ər-arvadın ümumi əmlakı hesab edilir. Plenum bu mövqeyi ilə nikah dövründə formalaşmış əmlak hüquqlarının nikahın pozulmasından sonra formal qeydiyyat hərəkətləri ilə aradan qaldırıla bilməyəcəyini birmənalı şəkildə təsdiq etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hüquqi mövqelər hazırkı iş üzrə müəyyən edilmiş faktiki hallarla tam uzlaşır. Belə ki, mübahisəli tikililər tərəflərin birgə nikah münasibətləri dövründə, onların ümumi vəsaiti və birgə əməyi hesabına inşa edilmiş, torpaq sahəsi isə yalnız nikah pozulduqdan sonra cavabdehin adına rəsmiləşdirilmişdir. Bu hal iddiaçının həmin tikililərin yaradılmasına sərf etdiyi vəsaitə və onun ümumi əmlakdan pay hüququna xələl gətirmir. Bu baxımdan məhkəmə torpaq sahəsinin cavabdehin adına sonradan rəsmiləşdirilməsini iddiaçının birgə nikah dövründə yaradılmış tikililər üzrə payının müəyyən edilməsinə maneə kimi qiymətləndirmir və həmin tikililər üzrə tərəflərin ümumi mülkiyyət münasibətlərinin mövcud olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə və Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən isə ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, nikah müqaviləsində başqa qayda nəzərdə tutulmadıqda, onların ümumi birgə mülkiyyəti hesab edilir. Mülki Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən mülkiyyətçilərin payları, əks hal sübut edilmədikdə, bərabər sayılır. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 avqust 2025-ci il tarixli, 462/E nömrəli mütəxəssis rəyindən görünür ki, mübahisəli tikililərə çəkilmiş ümumi xərc 36.660 manat təşkil etmişdir. Məhkəmə bu rəyin digər sübutlarla ziddiyyət təşkil etmədiyini nəzərə alaraq, həmin rəyi əsaslı və mötəbər sübut kimi qiymətləndirir. Məhkəmədə dindirilmiş şahidlərə münasibətdə cavabdeh tərəfin nümayəndəsi və vəkili bildirmişdir ki, həmin şəxslərdən heç biri nə usta kimi, nə də fəhlə kimi mübahisə predmeti olan əmlakın tikintisində iştirak etməyiblər. Məhkəmə bu arqumentə münasibətdə bildirir ki, cavabdeh tərəf bu etirazın əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəf iddiaçının mübahisəli tikililərin yaradılmasında iştirak etmədiyini və ya xərclərin yalnız cavabdeh tərəfindən çəkildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Bu baxımdan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, həmin vəzifə yerinə yetirilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə vəsatətinə gəldikdə isə, məhkəmə həmin vəsatəti əsassız hesab edir. Məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış nikah Biləsuvar Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı isə birgə nikah dövründə əldə edilmiş mübahisəli əmlakdan payının müəyyən edilməsi tələbi ilə 08 oktyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsi nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi barədə tələblərə üç illik iddia müddətinin tətbiq olunmasını birbaşa və birmənalı şəkildə nəzərdə tutur. Qanunun bu norması mübahisəli münasibətlər üzrə xüsusi norma olmaqla, birbaşa tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə müraciət nikahın pozulduğu tarixdən etibarən üç illik iddia müddəti tamam olmamış həyata keçirilmişdir. Bu hal iş materialları ilə təsdiq olunur və əksini göstərən hər hansı mötəbər sübut cavabdeh tərəf tərəfindən təqdim edilməmişdir. Belə olan halda, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə vəsatəti hüquqi əsaslardan məhrumdur, qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalı, ünvan 3 ünvanında yerləşən birgə nikah dövründə tikilmiş üç otaqlı yaşayış evi, təsərrüfat sarayı, talvar (naves), sanitar qovşağı, hamam, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvaza üzrə İddiaçı ½ payı müəyyən olunsun. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ilə bağlı tələb olmadığından, həmin məbləğ İddiaçı aid edilməlidir. İş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 avqust 2025-ci il tarixli 462/E nömrəli mütəxəssis rəyinin əsaslandığı tədqiqatın dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Nümayəndə1 tutularaq tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən birgə nikah dövründə tikilmiş üç otaqlı yaşayış evi, təsərrüfat sarayı, talvar (naves), sanitar qovşağı, hamam, su hovuzu, köməkçi binalar, çəpər və həyətə qoyulmuş darvaza üzrə İddiaçı ½ payı müəyyən olunsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 avqust 2025-ci il tarixli 462/E nömrəli mütəxəssis rəyinin əsaslandığı tədqiqatın dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Nümayəndə1 tutularaq tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hesabına köçürülsün. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar