Məhkəmə qərarları › İş №2(022)-840/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-840/2025

16.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-840/2025 16.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Biləsuvar rayon Nərimankənd Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X1rşı ona və ailə üzvlərinə məxsus 8.05 ha pay torpaq sahəsinin 0.89 ha hissəsinin qanunsuz satılmasına əsas olmuş Cavabdeh1 müvafiq sənədinin ləğv edilməsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində torpağının əvvəlki vəziyyətinə bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X2 üzərinə qoyulması tələbinə dair ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Biləsuvar rayon Nərimankənd Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X1rşı iddia ərizəsi ilə müraciət edərək, ona və ailə üzvlərinə məxsus 8.05 ha pay torpaq sahəsinin 0.89 ha hissəsinin qanunsuz satılmasına əsas olmuş Cavabdeh1 müvafiq sənədinin ləğv edilməsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində torpağının əvvəlki vəziyyətinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X2 üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə məxsus ümumi birgə mülkiyyətlərində olan pay torpaq sahəsinin bır hissəsi (0,89 hektar) qanunsuz olaraq Nərimankənd bələdiyyəsi tərəfindən 2021-ci ildə kənar şəxsə satılmışdır. Belə ki, həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən xx.xx.2000- ci il tarixində JN-604 nömrəli (KOD: ********) "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Sözügedən 8,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaq islahatı zamanı o və ailə üzvlərinin adına Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir.Torpaq sahəsinin kənar şəxsin adına sənədləşdirilməsi ilə bağlı qarşılaşdığı problemin həllinə köməklik göstərilməsi üçün "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciət etmişdir. Müraciətinə aidiyyəti üzrə baxılmış və yuxarıda qeyd etdiyi məsələlərin hər biri, Dalınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-2729/2024 saylı və xx.xx.2024- cü il tarixli, 3-21-3- 02/2-13-0869-8/2024 saylı müraciətinə baxılması haqqında cavab məktubu ilə təsdiq edilmişdir. Eyni zamanda həmin cavab məktubları ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan hüquq müəyyənedici sənədlərdə göstərilən 8,05 ha pay torpaq sahəsi ölçüsündən az-7,16 ha olmaqla torpaqların elektron kadastr uçotu informasiya sistemində oz əksini tapmışdır. Onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 8.05 ha pay torpaq sahəsinin qanunsuz özgəninkiləşdirilmiş 0,89 hektar hissəsi **********57 nömrəli çıxarışla digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də torpaqların elektron kadastr uçotu informasiya sistemində sözügedən pay torpaq sahəsi ilə bağlı müvafiq düzəlişlərin edilməsinin mümkün olmaması onlara bildirilmişdir. Onlara məxsus olan 8.05 ha torpaq sahəsinin sonra da əskik gələn 0.89 ha hissəsinin başqa şəxsə hansı yolla və necə verilməsi barədə məlumatları yoxdur, həmin sənədi əldə etmək mümkün deyildir.Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publık huquqı şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən əldə etdiyi plansxemə əsasən də əyani olaraq torpaqlarının qanunsuz olaraq satılması halı bir daha oz təsdiqini tapmış olur. Ona və ailə üzvlərinə məxsus 8.05 ha pay torpaq sahəsinin 0.89 ha hissəsinin qanunsuz satılmasına əsas olmuş Cavabdeh1 müvafiq sənədinin ləğv edilməsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində torpağın əvvəlki vəziyyətinin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olunmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Qeyd olunan maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqinə əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Biləsuvar rayon Nərimankənd Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X1rşı ona və ailə üzvlərinə məxsus 8.05 ha pay torpaq sahəsinin 0.89 ha hissəsinin qanunsuz satılmasına əsas olmuş Cavabdeh1 müvafiq sənədinin ləğv edilməsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində torpağının əvvəlki vəziyyətinə bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X2 üzərinə qoyulmasına dair ərizələrə ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxılmalı olması nəzərə alınmaqla həmin işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmasını istisna edir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1 ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər Biləsuvar rayon Nərimankənd Bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X1rşı ona və ailə üzvlərinə məxsus 8.05 ha pay torpaq sahəsinin 0.89 ha hissəsinin qanunsuz satılmasına əsas olmuş Cavabdeh1 müvafiq sənədinin ləğv edilməsi, torpaqların elektron kadastr uçotu informasiya sistemində torpağın əvvəlki vəziyyətinə bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və X2 üzərinə qoyulması tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar