Məhkəmə qərarları › İş №2(022)-898/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-898/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-898/2023 03.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi2 və Ərizəçi1 doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 307-308-ci maddələrinə əsasən qızları X2 18 dekabr 2021-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi2 məhkəmə iclasında izahatında bildirmişdir ki, o, Ərizəçi1 ilə ailə həyatı quraraq, Biləsuvar rayonu Nəsimi kəndində yaşayırlar. Onların 18 dekabr 2021-ci il tarixdə ev şəraitində Zəhra adlı uşaqları doğulmuşdur.Həmin illər əri Ərizəçi1 müharibədə iştirak etdiyindən uşağa qeydiyyat vəsiqəsi götürə bilməmişlər. Övladları Leylanın doğum faktı ilə bağlı Maraqlı şəxsnə müraciət etsələr də, bundan imtina edilmiş və onlara məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Hazırda o, qızının doğum qeydi ilə bağlı lazımi sənədləri başqa qaydada ala bilmir. Odur ki, 18 dekabr 2021-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində ev şəraitində doğulmuş X2 doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 nümayəndəsi X3 da eyni məzmunda ifadə verərək ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmdən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Nəsimi KİƏDN-nin xx.xx.2023-cü il tarixli 5-39-12/2-303/2023 saylı arayışından görünür ki, Ərizəçi2 və Ərizəçi1 birgə nikahlarından bir qız övladları doğulmuş, uşaq sağ salamatdır və hal-hazırda Nəsimi kəndində yaşayır. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 03-16-05/08-15-119/23 saylı məktubundan görünür ki, doğumun qeydi ilə bağlı Ərizəçi1 Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmış, lakin doğum faktının müəyyən edilməsi ilə bağlı zəruri sənədlər təqdim edilmədiyi üçün doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizənin qəbulundan imtina edilmişdir. İş materilallarında olan AZ-İİ № 475956 saylı Nikah Şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi1 və Ərizəçi2 nikahlarını 08 aprel 2022-ci il tarixdə Biləsuvar RİHB-nın Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 03 nömrə ilə qeydə aldırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçilərlə həmkəndli olmaqla qonşudurlar. Həqiqətən də ərizəçilərin 18 dekabr 2021-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində ev şəraitində bir qız uşaqları doğulmuşdur.O, bir həmkəndli və qonşu kimi bunun şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, ərizəçilərlə həmkəndli olmaqla qonşudurlar. Ərizəçilərin həqiqətən də 18 dekabr 2021-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində ev şəraitində bir qız uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədəlrin bərpası mümkün olmasın. Məhkəmə işdə iştirak edən Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi X1 izahatlarını, şahidlərin ifadələrini dinləyib və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizəçilərin övladları olan Zəhranın 18 dekabr 2021-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində ev şəraitində doğulması faktını təsdiq edə bilən sənədləri başqa qaydada əldə etmək imkanı yoxdur. Beləliklə, məhkəmə işdə olan sənədlərə və şahid ifadələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, X2 18 dekabr 2021-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində doğulması faktı müəyyən edilməli və bu barədə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxs üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 18 dekabr 2021-ci il tarixdə Biləsuvar rayonu Nəsimi kəndində Ərizəçi2 və Ərizəçi1 birgə yaşayışından Zəhra adlı uşağın doğulması faktı müəyyən edilsin, bu barədə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Maraqlı şəxs üzərinə qoyulsun. Doğum haqqında şəhadətnamədə ata qrafasında “Ərizəçi1”, ana qrafasında “Ərizəçi2” qeyd edilsin. Hazırkı qətnamə müəyyən edilmiş fakt üzrə qeydiyyatın aparılması üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar