Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-90/2024 28.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mitzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X2 və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən istifadəsinə mane olan qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,30 ha ölçüdə həyətyanı torpaq sahəsininin şumlanması, cavabdehlərlə aralarında olan mərz nişanlarının (hasarın) yenilənməsi kimi işlərin görülməsinə maneçilik edən qanunsuz hərəkətlərin və həyətyanı torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə edilməsinə dair hərəkətlərin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək göstərmişdir ki, ünvan 1i ünvanda 0,30 ha ölçüdə həyətyanı torpaq sahəsi və üzərində yaşayış evi olmaqla İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində 22 nömrəli kitabın 90 nömrəli vərəqində qeydiyyata alınmış və ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad 8 saylı Ərazi İdarəsi tərəfindən ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçı həmin həyətyanı torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Dədədkişi oğlu və Cavabdeh3 Dədədkişi oğlu onunla qonşuluqda yaşayırlar. X3 onun doğma qardaşıdır. Digər cavabdehlər isə qeyd olunduğu kimi qardaşının övladlarıdır. O, torpaq sahəsində əkin və ya bağçılıq işləri ilə məşğul olmaq üçün oranı şumlalatdırmaq və eyni zamanda aralarında olan köhnə dəmir tordan olan hasarı təzələmək istəyir. Lakin cavabdehlər bu işləri görməyə ona imkan vermirlər. Həmin torpaq sahəsinin onlara məxsus olduğunu, torpaq sahəsini əkib-biçməyə ixtiyarının olmadığını, həmin torpaq sahəsində yaşayış evi tikəcəklərini bildirirlər, onu söyüb təhqir edir və hədələyirlər. Bir neçə dəfə traktor gətirərək həmin torpaq sahəsinin tikili olmayan bağ hissəsini şumlatdırmaq istəsə də, lakin cavabdehlər həmin əraziyə gələrək dava-dalaş edərək şum etmyə dəvət etdiyi traktorçunu qovmuş və onu da yenə də hədələmişlər.Bu haqda adiyyatı üzrə polis orqanlarına müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsini bildirmişlər. Odur ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1i ünvanda yerləşən 0.30 ha ölçüdə həyətyanı torpaq sahəsininin şumlanması, cavabdehlərlə aralarında olan mərz nişanlarının (hasarın) yenilənməsi kimi işlərin görülməsinə maneçilik edən qanunsuz hərəkətlərin və onun həyətindən evlərinə gedişgəliş yolu kimi istifadə etmələrinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil da eyni məzmunda ifadə verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər X4 və Cavabdeh2 məhkəmə iclasında izahatlarında iddia tələbini qəbul etməyərək iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən iddiaçını və cavabdehləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2ində qeydiyyatdadır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, X1 ünvan 2ində 0.30 ha fətdi yaşayış evi üçün verilmiş torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********13-10301, daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli kitabın 90 nömrəli vərəqində qeydiyyata alınmışdır) xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli 10/6783 saylı ekspert rəyində: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-3-44/2-3784/2024 saylı mütəxəssis rəyinə əsasən, **********13-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsinin naturada hüdudlarının müəyyən edildiyi, İddiaçı mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsi ilə birlikdə faktiki istifadəsində 0.425 ha torpaq sahəsinin olduğu, İddiaçı mülkiyyətinə verilmiş 0.30 ha. həyətyanı torpaq sahəsindən əlavə istifadə etdiyi 0.125 ha torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi, (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) torpaqların elektron kadastrı uçotu informasiya sisteminə əsasən, **********13-10301 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsindən gediş-gəliş yolu nəzərdə tutulmadığı göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2003-cü il tarixli 2 nömrəli qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur». İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qanunsuz hərəkətlərə yol verməklə iddiaçının mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,30 ha ölçüdə həyətyanı torpaq sahəsinindən istifadəsinə mane olurlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 2i ünvanında mülkiyyətində olan 0,30 ha torpaq sahəsini şumlatmaqla istifadə edilməsinə mane olan hərəkətlər və 0,30 ha torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadəsinə dair hərəkətlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 2i ünvanında yerləşən 0,30 ha həyətyanı torpaq sahəsini şumlatmaqla istifadə edilməsinə mane olan hərəkətlər və 0,30 ha torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadəsinə dair hərəkətlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Elspertizası Mərkəzinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(022)-90/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-90/2024
28.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver