Məhkəmə qərarları › İş №2(022)-91/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-91/2023

24.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-91/2023 24.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin üzərindəki əmlaklardan istifadəyə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkətləri qanunsuz olduğu üçün Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən 0,31 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərindəki əmlaklardan istifadəsi üçün cavabdehlər tərəfindən yaranmış maneələrin aradan qaldırılması və onlara bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 10 yanvar 2023-cü il tarixli məhkəmə iclasıı zamanı dəqiqləşmə barədə ərizə təqdim edərək, Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən 0,31 ha torpaq sahəsindən onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək bildirmişdir ki, Biləsuvar Rayon Aqrar İslahat komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı qərarı ilə Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən 0,31 ha torpaq sahəsi üzərində onun və cavabdehin mülkiyyət hüququ tanınmışdır.Həmin şəhadətnaməyə əsasən mübahisəli torpaq sahəsinin ½ hissəsi onun xüsusi mülkiyyətindədir. Bununla bağlı ona mülkiyyət hüququnu təstiq edən şəhadətnamə verilmişdir. Atası vəfat etmiş, və cavadeh Cavabdeh1 onun anası olsa da, ona qarşı qərəzli mövqe sərgiləyir və Cavabdeh2 ilə ikinci dəfə ailə qurduqdan sonra ona məxsus torpaq sahəsi və torpaq sahəsində yerləşən evi təkbaşına zəbt edərək bu günədək istifadə etməkdədirlər. Bu özbaşınalığın aradan qaldırılması üçün dəfələrlə cavabdehlərə şifahi xəbərdarlıq etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Odur ki, Biləsuvar rayonu, Nərimankənd kəndində yerləşən 0,31 ha torpaq sahəsindən onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-130A Kod 80800068 saylə Şəhadətnamənin surətindənm görünür ki, Biləsuvar rayonu, Nərimankənd kənd sakinləri Cavabdeh1 və İddiaçı Biləsuvar rayon Aqrar İslahat komissiyasının 24 noyabr 1997-ci il tarixli 30 saylı Qərarı ilə 0,31 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 222.1 və 222.2-ci maddələrinin tələbinə görə birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər; Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. MM-in 223.1-ci maddəsinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. MM-in 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-130A Kod 80800068 saylə Şəhadətnaməyə əsasən Biləsuvar rayonu, Nərimankənd kəndində 0,31 ha həyətyanı torpaq sahəsindən İddiaçı ½ hissədə payı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Torpağın Mülkiyyətə verilməsinə dair JN-130A Kod 80800068 saylə Şəhadətnaməyə əsasən Biləsuvar rayonu, Nərimankənd kəndində 0,31 ha həyətyanı torpaq sahəsindən İddiaçı ½ hissədə payı müəyyən edilsin. İddia Cavabdeh2 aid hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar