Məhkəmə qərarları › İş №2(022)-925/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-925/2023

05.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-925/2023 05.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mİrzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, cavabdeh Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbinin direktor əvəzi X2 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbinə qarşı xx.xx.2023-cü il tarixli 34 saylı əmrin və Pedaqoji Şuranın həmin tarixli qərarının ləğv edilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbinə qarşı Biləsuvar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbinin onun barəsində 27 mart 2023-cü il tarixli 6 saylı protokolu ilə verilmiş töhmət intizam tənbehinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə ərizəsi verərək və iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Biləsuvar rayonu Ovçubərə kəndində yaşamaqla, ali təhsilli olmaqla Ovçubərə kənd tam orta məktəbində uzun illərdir ki, tarix müəllimi işləyir.Məktəblərində Üzeyir Eyvazov direktor əvəzi təyin olunduqdan sonra onunla şəxsi qərəzlilik aparır.Bu günlərdə ona məlum olmuşdur ki, guya məktəbdə pedaqoji şuranın iclası olmuş və ona töhmət elan olunmuşdur.O, dəfələrlə direktor əvəzindən qərarın surətinin təqdim edilməsini tələb etsə də, çox böyük bir çətinliklə ona 6 saylı protokol verilmişdir. Ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Ovçubərə kənd tam orta məktəbində Pedaqoji Şuranın iclası keçirilmiş və ona töhmət intizam tənbehi verilmişdir. Pedaqoji Şuranın qərarı əsasında xx.xx.2023-cü il tarixdə 34 saylı əmrlə ona töhmət elan edilmişdir.Ona görə də Ovçubərə kənd tam orta məktəbin X2 xx.xx.2023-cü il tarixdə verilmiş əmrinin və Pedaqoji Şuranın həmin tarixli qərarının ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbinin direktor əvəzi X3 iddianı qəbul etmədiyini bildirməklə, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayonu Ovçubərə kəndində qeydiyyatdadır. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-01072 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 ilkin mediasiya sessiyasının saatı və yeri barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır, lakin X3 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan 6 saylı protokoldan görünür ki, Ovçubərə kənd tam orta məktəbinin Pedaqoji Şuranın ümumi qərarına əsasən məktəbin tarix müəllimi İddiaçı dərs zamanı baş vermiş hadisədən sui-istifadə edərək qərəzli şəkildə heç bir razılıq olmadan gizlin olaraq video çəkiliş edib, ictimaiyyətdə və sosial şəbəkjələrdə paylaşdığı üçün və əvvəlki xəbərdarlıqlar nəzərə alınaraq onun barəsində töhmət inzibati tənbed tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbin xx.xx.2023-cü il tarixli 34 saylı əmrindən çıxarışdan görünür ki, məktəbin ali təhsilli müəllimləri X4 və İddiaçı əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiklərinə, yaxud keyfiyyətsiz yerinə yetirdiklərinə, müəssisədaxili intizam qaydalarını pozduqlarına görə töhmət verilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, habelə, işin faktiki hallarına və qanunvericiliyin imperativ normalarına əsasən hesab edir ki, İddiaçı barəsində töhmət intizam tənbeh tədbirinin tətbiqi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilmişdir.Belə ki, iddiaçı ona töhmət verilməsinin qanunsuz olmasına dair hər hansı dəlil irəli sürməmiş və məhkəməyə bunun əsaslarına dair heç bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş və Ovçubərə kənd tam orta məktəbin direktoru Ü.Eyvazov, müavinləri İ.Şahin və İ. Əsədova, müəllimlər Ə.Şərbətov, M.Şadigarov, V.Əliyev, psixoloq T.Nəsirov tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2023-cü il tarixli aktda Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbinin riyaziyyat-informatika müəllimi X4 tərəfindən qabaqcadan öyrədilmiş məktəbin tarix müəllimi İddiaçı ilə birlikdə direktorun xidməti otağına daxil olaraq kollektiv qarşısında Əmirov Rasimin direktoru təhqir etdiyi, həmin vaxt məktəbin tədris prosesinin pozulduğu, həmin hadisənin icazəsiz olaraq İddiaçı tərəfindən videoçəkiliş aparılmaqla lentə alındığı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; ƏM-nin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşin yuxarıda qeyd olunan faktiki halları belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbinin tarix müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdə əmək vəzifələrinin icrası zamanı müəssisədaxili intizam qaydalarını pozaraq Ovçubərə kənd tam orta məktəbinin direktoru X2 xidməti otağında videoçəkliş aparmış, ona görə də Ovçubərə kənd tam orta məktəbində Pedaqoji Şuranın iclası keçirilmiş və xx.xx.2023-cü il tarixdə 34 saylı əmrlə ona töhmət elan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbinin direktoru X2 xx.xx.2023-cü il tarixdə verilmiş əmrinin və Pedaqoji Şuranın həmin tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbin direktoru X2 xx.xx.2023cü il tarixli 34 saylı əmrinin və Pedaqoji Şuranın həmin tarixli qərarının ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar