Məhkəmə qərarları › İş №2(022)-939/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-939/2025

02.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-939/2025 02.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X6 oğlunun katibliyi ilə, X2 Cavabdehnə qarşı işə bərpa barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : 29 aprel 2025-ci il tarixdə X2 Cavabdehnə qarşı işə bərpa barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, hazırki iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması yolverilməz olduğuna görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş X3 Sistemləri İstismarı İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinin 2-ci abzasından görünür ki, həmin idarə “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X4 Xidməti” publik hüquqi şəxsinin strukturuna daxil olan hüquqi şəxs olmayan qurumdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə isə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə cavabdeh ola bilməz və tələb həmin idarənin tabe olduğu “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X4 Xidməti” publik hüquqi şəxsinə qarşı yönəldilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina etməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını orada göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya izah edilməlidir ki, onun işə bərpa tələbi ilə bağlı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X4 Xidməti” publik hüquqi şəxsinə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Cavabdehnə qarşı işə bərpa barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, onun işə bərpa tələbi ilə bağlı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X4 Xidməti” publik hüquqi şəxsinə qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.İddiaçı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar