Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-966/2023 25.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, cavabdeh Biləsuvar rayon X5 nümayəndəsi X2 iştirak ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı əmək müqaviləsinə dəyişiklik edilməsi və pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı iddia ərizəsi ilə müraciət edərək, onunla Biləsuvar rayonu X5 müdiri vəzifəsini müvəqqəti icra edən X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin və bu barədə verilmiş əmrin dəyişdirilməsi və onunla müddətsiz əmək müqaviləsinin bağlanması və bu barədə əmrin verilməsinə Biləsuvar rayonu Zəhmətabad uşaq bağçasnın borclu olması və bu barədə onun üzərinə öhdəlik qoyulması, mediasiya xərcinə görə ödədiyi 55 manat, dövlət rüsumuna görə ödədiyi 51 manat, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 400 manat, işsiz qalmasına görə 600 manat, mənəvi zərərə görə 2000 manat, cəmi 3106 manatın cavabdeh təşkilatdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılımışdır ki, o, 1992-ci ildə Lənkəran Məktəbəqədər Texnikumunu məktəbəqədər müəssisələrdə tərbiyyəçi ixtisası üzrə bitirmiş, 1999-cu ildən 08 avqust 2022-ci il tarixə qədər olan müddət ərzində Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. O, öz ərizəsinə əsasən Xırmandah kənd uşaq bağçasında tərbiyyəçi vəzifəsinə təyin olunacağına görə Zəhmətabad kənd uşaq bağçasının müdiri vəzifəsindən azad olunmuşdur. Lakin ərizəsinə uyğun olaraq yox, kiminsə istəyinə uyğun olaraq 03 oktyabr 2022-ci il tarixdən 03 aprel 2023-cü il tarixə qədər Zəhmətabad uşaq bağçasında musiqi rəhbəri vəzifəsində işləmişdir. Xəstəxanada müalicə olunarkən ona məlum olmadan qanunsuz olaraq işdən azad olunmuşdur. Uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən imzalanaraq təsdiq olunmuş 26 nömrəli, xx.xx.2023-cü il tarixli əmrə əsasən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddəti bitdiyindən xx.xx.2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, əmək qabiliyyətinin olmaması Seriya SN 00008 №0051492 Vərəqəsindən isə mübahisəsiz qaydada məlur olur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində Biləsuvar rayon ASM-də “Fibromatoz uşaqlıq” diaqnozu ilə müalicə olunmuşdur. Həmin tibbi sənədə əsasən xx.xx.2023-cü il tarixdən işə başlamalı idi. Qeyd etdiyi kimi, onunla bağlanmış əmək müqaviləsinə isə xx.xx.2023-cü il tarixdə əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə əmək qabiliyyətinin müvəqqəti olmadığı dönəmdə xitam verilmişdir. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən səhhətində problemlər olduğundan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində tibbi yardım almış və həmin müddətdə əmək qabiliyyəti olmamışdır. Biləsuvar rayon X6 hüquqi şəxsi tərəfindən verilmiş Seriya SN 00008 №0051492 olan Əmək qabiliyyətinin olmaması vərəqindən də görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə dədər olan müddət ərzində ambulator müalicədə olmuş, həmin müddətdə əmək qabiliyyəti olmamış və ona 07 aprel 2023-cü il tarixdən etibarən işə başlaması tövsiyə olunmuşdur. Uşaq bağçasının müdiri vəzifələrini müvəqqəti icra edən Fatimə Həsənli tərəfindən əmək hüquqları kobud surətdə pozulduğundan Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının vitse-Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Şirvan-Salyan Regional Təhsil İdarəsinə və Əmək Müfəttişliyinə şikayətlər etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdən etibarən Zəhmətabad uşaq bağçasına musiqı rəhbəri vəzifəsinə bərpa olunmuşdur. Lakin əsassız olaraq əmək müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitir. Onunla əmək müqaviləsi bağlanarkən yenidən Fatimə Həsənli tərəfindən əmək hüquqları kobud surətdə pozulmuşdur. Eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə qədər olan müddət ərzində işsiz qalmış və əmək haqqı ala bilməmişdir. Bu müddət ərzində əmək haqqı ala bilməməyinin günahkarı cavabdeh təşkilatdır. Qanunun tələbinə əsasən məcburi boşdayanmağa görə əmək haqqı cavabdeh təşkilatdan alınaraq ona verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyvən edilmədən bağlanmalıdır. Qanunun tələbi baxımından aralarında olan münasibətlərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin müddəaları (Müddətli əmək müqaviləsi bağlanan hallar) tətbiq oluna bilməz. Qanunun mənasına görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən (müddətsiz) bağlanmalıdır. Musiqi rəhbəri vəzifəsinin daimi xarakterə malik olması aralarında əmək müqaviləsi bağlanarkən məlum idi. Başqa sözlə desək, nə qədər ki, Zəhmətabad kənd uşaq bağçası mövcuddur və fəaliyyət göstərir, həmin bağçada musiqi rəhbəri vəzifəsi də mövcud olacaqdır. Qanunun tələbi baxımından belə vəziyyətdə əmək müqaviləsinin müddətli bağlanması qanunsuzdur. O, məcburiyyət qarşısında qaldığından və ona güclü təzyiq və təsirlər olduğundan müddətli əmək müqaviləsinə imza etmişdir. Həmin vaxt həyat yoldaşı da ürəyindən əməliyyat olunmuşdur. Ona qarşı olan qanunsuz hərəkətlərə görə mənəvi zərər çəkmişdir. Belə ki, cavabdeh təşkilatın rəhbərliyinə əmək müqaviləsinin müddətsiz bağlanmalı olmasını bildirsə də, ona əhəmiyyət verən olmamışdır. Regional Təhsil İdarəsinin tapşırığına əsasən iradəsindən asılı olmayan səbəblər üzündən müddətli əmək müqaviləsi bağlanmış və o, da həmin müqaviləyə imza etmişdir. O, məcburiyyət üzündən müqaviləyə imza etmişdir. Çünki, 2 aydan artıq idi ki, işsiz idi. Ailələrində böyük maddi çətinliklər var idi. Həm də onu ələ salmağa başlayaraq bildirmişlər ki, “sənin başın qanundan çıxmır, Sənan müəllimin tapşırığına əsasən müddətli müqavilə bağlanmalıdır, sən qanunları Sənan müəllimdən yaxşı bilirsən? Onun şərəf və ləyaqətinin alçaldılmasına baxmayaraq, həmin vəziyyətdə başqa çıxış yolu olmadığından onlarla razılaşmış və müddətli əmək müqaviləsi bağlandıqdan sonra hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həyat yoldaşı ürəyindən əməliyyat olunub müalicə aldığından çoxlu borc almışdır. Borcları vaxtında qaytara bilmədiyindən qızıllarını lombarda qoyaraq pul götürmüşdür. Bütün bunların günahkarı cavabdeh təşkilat və onun rəhbəridir. Əgər onu qanunsuz və əsassız olaraq işdən çıxartmasaydılar, işləyən şəxs kimi bankdan kredit götürərək problemlərini həll edərdi. Cavabdeh təşkilat və onun rəhbəri, habelə yuxarı rəhbərlik onun şəxsiyyətini və ləyaqətini alçaltmışdır. Ona olmazın mənəvi əzab və işgəncə vermiş, qururunu tapdalamışlar. Uzun illər Zəhmətabad kənd uşaq bağçasında qazandığı hörməti heçə endirmişlər. Kollektivdə onu hörmətdən salmışlar. Bununla da ona mənəvi ziyan vurmuşlar. Qanunun tələbinə əsasən ona yetirilmiş mənəvi ziyan və digər xərclər cavabdeh təşkilatdan alınaraq ona qaytarılmalıdır.Belə ki, Əmək Məcəlləsinin 290cı maddəsdinin 2-ci hissəsinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisələrinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən ziyan tam həcmdə ödəməlidir. Buna görə də hesab edir ki, Biləsuvar rayonu Zəhmətabad kənd uşaq bağçasında müsiqi rəhbəri vəzifəsinə təyin edilməyi barədə əmr və əmək müqaviləsi qanunun yuxarıda göstərilən tələblərinə əsasən dəyişdirilməli və onunla müddətsiz əmək müqaviləsi bağlanmasına Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasının borclu olması, mediasiya xərcinə görə ödədiyi 55 manat, dövlət rüsumuna görə ödədiyi 51 manat, hüquqi yarıma görə vəkilin hesabına ödədiyi 400 manat, işsiz qalmasına görə 600 manat, mənəvi ziyana görə 2000 manatın cavabdeh təşkilatdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Cavabdeh Biləsuvar rayon X5 nümayəndəsi X4 iddianı qəbul etmədiyini, iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar RİHB-nin Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-39-5/2-258/1-2023-cü il tarixli arayışından görünür ki, Əliyeva X1 rayonu Zəhmətabad kəndində yaşayır. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd Uşaq Bağçası ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 03 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 26 saylı əmrdən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd uşaq bağçası bölməsində musiqi rəhbəri işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.1 nömrəli maddəsinin “b” əmək müqaviləsinin müddətinin qurtarması bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Biləsuvar rayonu Zəhmətabad kənd uşaq bağçasının müdiri vəzifəsini müvəqqəti icra edən X4 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasının MŞL/MT014/2023-01208 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 ilkin mediasiyya sessiaysının saatı və yeri barəsində əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır.Lakin, o, ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan- Salyan Regional Təhsil idarəsinin xx.xx.2023-cü il tarixli 3-29-34/2-1205/2023 saylı məktubundan görünür ki, Biləsuvar rayon Zəhmətabad kənd sakini İddiaçı işə qəbulla bağlı sənədlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmaqla 3 (üç) aylıq müqavilə əsasında xx.xx.2023-cü il tarixdən Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasında müsiqi rəhbəri vəzifəsinə qəbul edilməsinin rəsmləşdirilməsi (əmək müqaviləsinin bağlanması və xüsusi əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən elektron informasiya sisteminə dxil edilməsi) Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasının müdiri əvəzi X3 həvalə olunmuşdur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Biləsuvar rayon Zəhmətabad kənd uşaq bağçasının müdir əvəzi X4 ilə İddiaçı arasında müddətli xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Məhkəmə iddiaçının tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçının tələbindən görünür ki, o, 2 aydan artıq işsiz olması, həyat yoldaşının ürək əməliyyatına məruz qalması səbəbəindən müddətli əmək müqaviləsi bağlamağa məcbur olduğunu göstərmişdir. Bununla da iddiaçı müddətli əmək müqaviləsinin onun həqiqi iradə ifadəsi olmadığını göstərsə də, iş materiallarına əlavə edilmiş iddiaçı ilə Zəhmətabad kənd uşaq bağçası arasında bağlanmış əmək müqavilələrindən görünür ki, İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasında daha əvvəl də müddətli əmək müqavilələri üzrə işləmişdir. Bundan başqa, iddiaçı ƏM-nin 45-ci maddəsinə istinad etməklə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olmasını, yəni konkret olaraq Zəhmətabad kənd Uşaq Bağçasında musiqi rəhbəri vəzifəsinin daimi xarakterli iş olmasını əsas gətirməklə onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğunu göstərmişdir. Halbuki, ƏM-nin 47-ci maddəsinin f) bəndi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını istisna etmir. Bundan əlavə, iddiaçı onunla müddətli əmək müqaviləsi bağlananadək və daha sonra onunla müddətli əmək müqaviləsi bağlanmaqla maddi və mənəvi zərər məruz qaldığını göstərsə də, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müddətli əmək müqaviləsi bağlandıqdan sonra öz əmək funksiyasını ardıcıl olaraq yerinə yetirməklə əmək haqqı almışdır. Ona görə də onun maddi və mənəvəi zərər məruz qalmasına dair istinad etdiyi hallar əsaslı hesab edilə bilməz. MPM 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı əmək müqaviləsinə dəyişiklik edilməsi və pul tələbinə dair iddia rədd edilməlidir. MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə mediasiya şurasına ödənilmiş 55 manat, dövlət rüsumuna görə ödədiyi 51 manat, hüquqi yarıma görə vəkilin hesabına ödədiyi 400 manat iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Biləsuvar rayon Zəhmətabad kənd Uşaq Bağçasına qarşı onunla Biləsuvar rayonu Zəhmətabad uşaq bağçasnın müdiri vəzifələrini müvəqqəti icra edən X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin və bu barədə verilmiş əmrin dəyişdirilməsi və onunla müddətsiz əmək müqaviləsinin bağlanması və bu barədə əmrin verilməsinə Biləsuvar rayonu Zəhmətabad uşaq bağçasnın borclu olması və bu barədə onun üzərinə öhdəlik qoyulması, mediasiya xərcinə görə ödədiyi 55 manatın, dövlət rüsumuna görə ödədiyi 51 manatın, hüquqi yardıma görə vəkilin bank hesabına ödənilmiş 400 manatın, işsiz qalmasına görə 600 manatın, mənəvi zərərə görə 2000 manatın, cəmi 3106 manatın cavabdeh təşkilatdan alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №2(022)-966/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-966/2023
25.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver