Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-975/2023 21.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Biləsuvar rayon Bəydili bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinin sənədlərinin verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Biləsuvar rayon Bəydili bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinin sənədlərinin verilməsi tələbinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsin əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddia tələbindən görünür ki, iddiaçı tələbində 2018-ci ildə Bəydili bələdiyyəsinin bacısı Cəmiləyə 0,05 hektar həyətyanı torpaq sahəsi verdiyini, buna görə 1315 manat ödəniş etdiyini, lakin müvafiq sənədləri bələdiyyədən ala bilmədiyini, ona görə də 0,05 hektar həyətyanı torpaq sahəsinə dair sənədlərin ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İşin yuxarıda qeyd olunan halları iddianın məhkəmə qaydasında baxılmasını istisna edir. MPM-in 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Biləsuvar rayon Bəydili bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinin sənədlərinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Biləsuvar rayon Bəydili bələdiyyəsinə qarşı həyətyanı torpaq sahəsinin sənədlərinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(022)-975/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-975/2023
21.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver