Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-10/2023 16.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçı Cəfər-X6, onun vəkili Vəkil1 Müşafiq oğlunun və Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cəfər-X3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Qazax şəhərində 16 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cəfər-X6 məhkəmədə iddia qaldıraraq Qazax Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(023)-1147/2018 saylı qətnaməsinə əsasən onun mülkiyyətinə verilmiş ünvan 1 ünvanda yerləşən 14,3 kvm yaşayış sahəsi olan evin Cavabdeh tərəfindən sökülərək yenidən tikilmiş olan evə onu və ailə üzvlərinin köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cəfər-X6 məhkəmə iclasında iddianı müdafiə etmiş və izahat verərək göstərmişdir ki, Qazax Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(023)-1147/2018 saylı qətnaməsinə əsasən Qazax şəhəri S.Vurğun küçəsində yerləşən 74.3 kvm-dən ibarət fərdi yaşayış evi naturada ayrılmış, yaşayış evinin plan sxeminə əsasən 14.3 kvmdən ibarət otağın dəhlizə-mətbəxə olan qapısı bağlanmış və həmin otaqdan küçədən həyətə olan hissədən 1x2 metr ölşüdə giriş qapısının açılması və həmin otağın onun mülkiyyətinə verilməsi qət edilmişdir. Cavabdeh həmin evi bütövlükdə sökərək, yenidən həmin həyətdə yeni ev inşa edilmişdir. O, ailə üzvüləri ilə birlikdə yeni inşa edilmiş evə köçmək istəyir. Hazırda kirayədə yaşayır. Başqa yaşayır sahəsi yoxdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı Cəfər-X3 vəkili Vəkil1 Müşafiq oğlu iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, sözügedən yaşayış evi onun tərəfindən sökülməmişdir. Həmin ev istifadəyə yararsız və qəzalı vəziyyətdə olduğundan uçmuşdur. Ev uçmamışdan qabaq evin naturada bölünməsi ilə əlaqədar Qazax Rayon Məhkəməsində iddia qaldırmış, iddia təmin edilmiş, lakin sonradan apellyasiya şikayəti verilmiş, iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilmişdir. Həmin ev uçduqdan sonra həmin həyətdə həyətin başqa bir sahəsində yenidən ev tikmişdir. Evin tikilməsi üçün tikiliyə icazəsidə vardır. Lakin yarım tikili olan ev hazırda yaşayış üçün əlverişli deyil və tikinti başa çatmamışdır. Evin ancaq üstü örtülüb, nə qapıları, nə də pəncərələri, nə də döşəməsi və tavanı yoxdur. Yaşayış üçün heç bir şərait yoxdur. Cavabdeh vəkili Vəkil2 iddianı qəbul etməmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. İşdə olan, Qazax Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(023)-1147/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 15 saylı Ərazi İdarəsinin verdiyi 27 may 2017-ci il tarixli seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və 19 may 2017-ci il tarixli 501-1/1965 nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən Cavabdeh və İddiaçı paylı mülkiyyətlərində olan, Qazax şəhəri S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 74,3 kv.m-dən ibarət fərdi yaşayış evi naturada ayrılması, yaşayış evinin plan sxeminə əsasən 14,3 kv.m-dən ibarət otağın dəhlizə-mətbəx olan qapısı bağlanılması və həmin otaqdan küçədən həyətə olan yol hissəsində 1x2 metr ölçüdə giriş qapısı açılması, həmin otaq cavabdeh İddiaçı mülkiyyətinə verilməsi, Qazax şəhəri S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 74,3 kv.m-dən ibarət fərdi yaşayış evinin qalan hissəsi Cavabdeh mülkiyyətində saxlanılması, iddia tələbi qalan hissədə təmin edilməməsi, cavabdeh İddiaçı 100 (bir yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli 2(104)-1880/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh Cəfər-X5 qarşı real bölgünün aparılması və paylarının yerində müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddiadan imtina barədə ərizəsi qəbul edilmiş, Qazax Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(023)-1147/2018 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İşə əlavə edilmiş, Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2021-ci il tarixli 10/3742 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın 15 saylı Ərazi İdarəsindən verilmiş **********9-10301 reyestr nömrəsi ilə Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh paylı mülkiyyətində olan, Qazax şəhəri S.Vurğun küçəsində yerləşən 172 ünvanındakı onun hesabına tikintisi davam edən fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci maddəsinin (“Tikinti obyektinə dair tələblər) tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının ailə üzvləri ilə köçürülməsini tələb etdiyi Qazax şəhəri Səməd Vurğun küçəsində yerləşən 172 ünvanındakı cavabdehlə onun paylı mülkiyyətində olan fərdi yaşayış evi məhv olmuş və bu əmlak bu gün mövcud deyildir. Bundan başqa iddiaçı ailə üzvləri ilə köçməsini tələb etsə də, iddiaçını ailə üzvləri iddiaçı ilə birlikdə heç bir tələb irəli sürməmişdir. Həmin ünvanda yerləşən torpaq sahəsində başqa yerdən cavabdeh tərəfindən müvafiq icra hakimiyyəti orqanında layihəsi təsdiq edilməklə inşa edilmiş fərdi yaşayış evi üzrə keçirilmiş ekspertiza tərəfindən verilmiş rəydəndə müəyyən edildiyi kimi yaşayış üçün yararsızdır. Bundan başqa iddiaçının və eləcədə onun ailə üzvlərinin bu evdə istifadə və yaşayış hüquqları yoxdur. Buna görədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun 3 dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3- cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verənşəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən”məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Ona görə də hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin oxşar normaları tətbiq olunmalıdır Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin analogiya üzrə tətbiqi adlanan 11-ci maddəsinə istinad etməklə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yaşayış sahəsi mülkiyyətçisinin və ona məxsus olan sahədə yaşayan digər vətəndaşların hüquq və vəzifələrini nizama salan fəslin normalarının tətbiq edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddədə göstərilmişdir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddədə qeyd edilmişdir ki,məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cəfər-X3 Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-10/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-10/2023
16.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver