Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(023)-1053/2024 27.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə qarşı «2015-2022-ci il tarixlərdə SHXÇDX-nin Qazax rayon şöbəsində əmək hüquqlarının pozulmasına görə əlavə haqqın ödənilməsi qərarının qəbul edilməsi tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2015-2022-ci ilin müxtəlif vaxtları üzrə Qazax Rayon Şöbəsində sutkalıq növbəyə təyin olunmağına dair “Sutkalıq naryadların qeydiyyat kitab”ı üzrə (2024-cü ilin martında işdən ayrılmağı və çalışdığı dövrdə 2019- 2022-ci illər üzrə şəxsən özü sutkalıq naryadların qeydiyyat kitab”ı üzrə çıxarış edib (möhürsüz olaraq), 2015-2018-ci illər üzrə təqribən 25-30 gün növbədə olduğu işə çıxarış edə bilmədiyini) rəsmi olaraq əmrlər üzrə həqiqətən əmək hüquqlarının pozularaq sutkalıq növbətçi təyin olunmağına dair sorğu edilərək dəqiqləşdirilməsinə və “Əmək məcəlləsinə” uyğun olaraq 2019-2022-ci illər üzrə 62 (altmış iki) gün və 2015-2018-ci illər üzrə təqribən 25-30 gün (cəmi min üç yüz səksən saat) əlavə iş saatlarının cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi olmaqla ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı «2015-2022-ci il tarixlərdə SHXÇDX-nin Qazax rayon şöbəsində əmək hüquqlarının pozulmasına görə əlavə haqqın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi təqdim etməmiş və iddia tələbini qeyri-müəyyən formada məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1.4-cü maddəsinə əsasən uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. Həmçinin, həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə qarşı «2015-2022-ci il tarixlərdə SHXÇDX-nin Qazax rayon şöbəsində əmək hüquqlarının pozulmasına görə əlavə haqqın ödənilməsi qərarının qəbul edilməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1053/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(023)-1053/2024
27.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver