Məhkəmə qərarları › İş №2(023)-1073/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1073/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1073/2023 31.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə 31 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuş ünvan 1 ünvanında yerləşən xidməti mənzilin boşaldılıb, Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fondudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə, Müdafiə Nazirinin müvafiq əmr, qərar və sərəncamlarına əsasən Gəncə rayon Mənzil-İstismar hissəsi hərbi şəhərciklərin qorunub saxlanılmasına və təyinatı üzrə istifadəsinə cavabdehdir. Gəncə Qarnizonunun mənzil komissiyasının və Gəncə rayon Mənzil-İstismar hissəsinin mənzil qrupunun inventarlaşdırılması zamanı məlum olmuşdur ki, Qazax şəhəri 5 nömrəli hərbi şəhərcik H. Arif küçəsi ev 3 mənzil 36 Qazax rayonu Xanlıqlar kənd sakini vətəndaş Cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilib. Vətəndaşa dəfələrlə Müdafiə Nazirliyinin mənzil fonduna aid olan və tərəfindən qeyri-qanuni zəbt etdiyi xidməti mənzilin boşaldılması tələbi ilə şifahi və rəsmi xəbərdarlıqlar olunmuş, lakin vətəndaş G. Şahvələdova mənzili boşaltmaqdan imtina etmişdir. Qarnizon ərazisində xidmət edən hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti mənzillərdən istifadələrinə kəskin zərurət yarandığından, Azərbaycan Respublikası Hərbi X3 Qanunun 12-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü bölməsinin müvafiq maddələrinə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin 5.7.3-cü yarımbəndinə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatli yaşayış sahəsi ilə təmin olunma qaydaları barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli Qərarına əsaslanaraq, Cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuş ünvan 1 ünvanında yerləşən xidməti mənzilin boşaldılıb, Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar İdarəsinin nümayəndəsi məhkəməyə teleqram göndərərək, işə onların iştirakı olmadan baxılaraq, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olsa da, hazırda Qazax rayonu Xanlıqlar kəndində yaşayır. Sözügedən ev onun qohumu X2 məxsusdur. Bəzi vaxtlarda həmin evdə qonaq kimi qalmışdır. Belə ki, ev sahibləri hazırda evdə olmadıqlarından vaxtaşırı evi təmizləmək üçün gedir. Onun həmin evlə heç bir əlaqəsi yoxdur. Əfəndi Adıgözəlov mütəmmadi olaraq Bakı şəhərinə gedir və orada qalır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunan 06 avqust 2019-cu il tarixli N nömrəli hərbi hissənin nəzdində olan Qazax-3 komendant sahəsində yoxlama aktından görünür ki, bina 3, mənzil 36 – mənzil fondunda X1 adına sənədsiz qeyd edilməsinə baxmayaraq mənzil 1992-ci ildən bu yana başqa-başqa şəxslərə ötürülmüşdür. Hal-hazırda isə, həmin mənzil soyadı, adı məlum olmayan Qazax rayonu Xanlıqlar kənd sakini tərəfindən özbaşına zəbt edilmişdir. Mənzilə baxış keçirilərkən mənzil bağlı müşahidə edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İddiaçı tərəfindən X2 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məskunlaşdığı və təyinatı üzrə uzun müddət istifadə etmədiyi ünvan 1 ünvanında yerləşən və Müdafiz Nazirliyinin mənzil fonduna aid olan xidməti mənzili aidiyyəti üzrə Gəncə rayon Mənzil İstismar Hissəsinə təhvil verməsi ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İddiaçı tərəfindən Cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hal-hazırda heç bir hüquqi əsas olmadan yaşadığı ünvan 1 ünvanında yerləşən və Müdafiz Nazirliyinin mənzil fonduna aid olan xidməti mənzili aidiyyəti üzrə Gəncə rayon Mənzil İstismar Hissəsinə təhvil verməsi ilə bağlı xəbərdar edilmişdir. Qazax RİHB-nın Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyinin 15 oktyabr 2019-cu il tarixli 11-21/692 saylı arayışından görünür ki, Cavabdeh ailə üzvləri ilə birlikdə Qazax rayonu Xanlıqlar kəndində yaşayır. Qazax Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-186-2008 saylı qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Qazax şəhəri Ə.Süleymanov küçəsi 5 saylı “bağlı” hərbi şəhərciyinin 3 saylı evin 36-cı mənzilindən X1 və onun ailə üzvlərinin çıxarılması tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, işüçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin işüzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Çünki, İddiaçı cavabdehin qeyri-qanuni zəbt olunmuş ünvan 1 ünvanında yerləşən xidməti mənzili boşaldıb, Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsinə dair tələb irəli sürmüşdür və iddia tələbinin irəli sürüldüyü hazırda sözügedən mənzil cavabdehin deyil, X1 istifadəsində olmuşdur. Cavabdeh isə Qazax RİHB-nın Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyinin 15 oktyabr 2019-cu il tarixli arayışına əsasən Qazax rayonu Xanlıqlar kəndində yaşadığı müəyyən olunmuşdur. Həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-186-2008 saylı qətnaməsi ilə sözügedən mənzil cavabdehin deyil, X1 istifadəsində saxlanılmışdır. Bundan başqa iş materillarında olan aktın surətindən də görünür ki, sözügedən evə baxış keçirilməsi barədə yoxlama aktından zaman evin qapısı bağlı olmuşdur. Göründüyü kimi, Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğundan, ona qarşı verilmiş iddia tələbi də təmin edilə bilməz. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən, həmçinin cavabdehin həmin mənzili zəbt etməsi, həmin ünvada yaşaması faktı sübut olunmadığından, İddiaçı ünvan 1 ünvanında yerləşən xidməti mənzilin boşaldılması barədə verilmiş iddia tələbi təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuş ünvan 1 ünvanında yerləşən xidməti mənzilin boşaldılıb, Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar